“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində 15 və 26 iyun qeyri-iş günü olacaq

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində 15 və 26 iyun tarixlərində qeyri-iş günü olacaq. SİA xəbər verir ki, bu barədə xidmət məlumat yayıb. “Milli Qurtuluş Günü ilə əlaqədar 15 iyun tarixində, Silahlı Qüvvələri Günü ilə əlaqədar isə 26 iyun tarixində “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü olacaq”, – məlumatda bildirilir.

Daha çox

Şuşa Bəyannaməsi: sarsılmaz qardaşlıq nümunəsi

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə olunan tarixi qələbə nəticəsində, otuz ilə yaxın işğal altında qalan torpaqlarımız azad edilmiş, ölkəmizin ərazi bütövlüyü tam bərpa olunmuşdur. Bu misilsiz zəfər, xalqımızın qəhrəmanlıq salnaməsində silinməz izlər buraxaraq, milli tariximizə qızıl hərflərlə yazılmışdır. Eyni zamanda, bu qələbə, Azərbaycanla qardaş Türkiyə arasındakı dostluq və strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə səbəb olmuşdur. SİA xəbər verir ki, Vətən müharibəsindəki uğurumuzun arxasında duran əsas dayaqlardan biri də Türkiyə Respublikasının verdiyi prinsipial və sarsılmaz dəstəkdir. Müharibənin ilk…

Daha çox

İranın üç əsas general və aparıcı nüvə fizikləri məhv edilib..?

SİA-nın məlumatına görə, kanal 9 xəbər verir ki, İrandan gələn son xəbərlərə görə, yüksək rütbəli hərbçilər və aparıcı nüvə fizikləri İsrailin hava hücumları nəticəsində həlak olublar. Media aydınlaşdırıb ki, söhbət generallar Hüseyn Səlami, Məhəmməd Baqiri və Qulaməli Rəşid, həmçinin alimlər Fereydun Abbasi-Dəvani və Məhəmməd Mehdi Tehrançidən gedir. İranın dövlət televiziyası iki nüvə alimi, həmçinin generallar Səlami və Rəşidin ölümünü təsdiqləyib. General Hossein Salami 2019-cu ildən SEPAH-ın baş komandanıdır. O, Qərbi tənqid edirdi və hərbi əməliyyatların planlaşdırılmasında fəal iştirak edirdi. General Qulaməli Rəşid Xatam əl-Ənbiya Strateji Komandanlığının rəhbəridir. Müdafiə əməliyyatlarına və…

Daha çox

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

İyunun 12-də Amerika fond bazarlarında Dow Jones indeksi 0.24%- 42,967.62 bəndədək, S&P 500 indeksi 0.38% – 6,045.26 bəndədək, Nasdaq indeksi isə 0.24% – 19,662.48 bəndədək artıb. SİA-nın məlumatına görə, Avropa fond bazarlarında iyunun 12-də FTSE 100 indeksi 0.23% – 8,884.92 bəndədək artıb, Fransanın CAC-40 indeksi isə 0.14% – 7,765.11 bəndədək, Almaniyanın DAX indeksi isə 0.74% – 23,771.45 bəndədək azalıb. Dünya bazarlarında avronun dollara qarşı məzənnəsi 0.47% azalaraq 1.1530 dollar təşkil edib.

Daha çox

“AZAL”ın Təl-Əviv, Dubay və Tehran reysləri ləğv edilib

Yaxın Şərqdə baş verən son hadisələr və ölkələrin hava məkanlarının təhlükəsizlik səbəbindən bağlanması ilə əlaqədar, “Azərbaycan Hava Yolları” aviaşirkətinin 13 və 14 iyun 2025-ci il tarixlərinə nəzərdə tutulan bəzi reysləri ləğv edilib. Bu barədə SİA-ya Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən məlumat verilib. Məlumata əsasən Bakı – Təl-Əviv – Bakı J2 021/022 (13 iyun) J2 321/322 (13 iyun) J2 021/022 (14 iyun) Bakı – Dubay – Bakı J2 011/012 (13 iyun) Bakı – Tehran – Bakı J2 8017/8018 (13 iyun) reysləri ləğv edilib Qeyd olunub ki, uçuşların təhlükəsizliyi AZAL üçün…

Daha çox

Milli Məclis yenidən toplaşır – Gündəlikdə 12 məsələ var

Bu gün Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçiriləcək. SİA xəbər verir ki, gündəliyə 12 məsələ daxil edilib. Həmin məsələlər aşağıdakılardır: 1. “Türk Dövlətləri Təşkilatının mülki müdafiə mexanizminin təsis edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi. 2. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 3. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 4. Azərbaycan Respublikasının Əmək Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması…

Daha çox

Bakının bəzi yollarında tıxac yaranıb

Bakının bəzi yollarında tıxac yaranıb. SİA xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində; 2. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər; 3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 4. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metrostansiyası istiqamətində; 5. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində; 6. Binəqədi şosesi, “Azadlıq prospekti” metrostansiyası istiqamətində; 7. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində sıxlıq müşahidə olunur.

Daha çox

İsrail səfərbərlik elan etdi

İsrail hərbçiləri İrana qarşı əməliyyatın başlamasından sonra ehtiyatda olan hərbçiləri kütləvi şəkildə orduya çağırmağa başlayıb. SİA “Ynet” portalına istinadla xəbər verir ki, 8 saylı fövqəladə hallar əmrinə əsasən minlərlə ehtiyatda olan hərbçi səfərbər olunacaq. İlk növbədə, əlavə qüvvələr əsas bölmələrə – Hərbi Hava Qüvvələrinə, Arxa Komandanlığa, Şimal və Mərkəzi Komandanlıqlara, eləcə də hərbi kəşfiyyat və maddi-texniki təchizata göndəriləcək. Xatırladaq ki, İran hakimiyyəti İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri general Səlaminin, eləcə də iki aparıcı nüvə proqramı üzrə mütəxəssis doktor Tehrançi və Fereydun Abbasinin ölümünü rəsmən təsdiqləyib.

Daha çox

10-dan çox beynəlxalq reys Bakı aeroportuna endi

İran, İraq və İsrailin hava məkanlarında tətbiq olunan uçuş məhdudiyyətləri fonunda, bir sıra beynəlxalq aviaşirkətlər tərəfindən uçuşların təhlükəsiz şəkildə davam etdirilməsi məqsədilə Heydər Əliyev Beynəlxalq Aeroportuna ehtiyat eniş üçün sorğular daxil olub. Bu barədə SİA-ya Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən məlumat verilib. Belə ki, operativ qərarlar və koordinasiya nəticəsində səhər saatlarında aşağıdakı beynəlxalq reyslər Bakı hava limanına uğurla eniş edib: ”AJet” – İstanbul–Tehran (Boeing 737) ”Fly Dubai” – Minsk–Dubay, Kazan–Dubay, Sankt-Peterburq–Dubay, Moskva–Dubay (Boeing 737) ”Air Arabia” – Moskva–Şarjah (Airbus A320) ”Jazeera Airways” – Maxaçqala–Küveyt, Moskva–Küveyt (Airbus A320) ”Etihad Airways”…

Daha çox