ABŞ Rusiyaya fasilə verməyi təklif edib..?

ABŞ Rusiyaya ikitərəfli münasibətləri normallaşdırmaq üçün təmaslara fasilə verməyi təklif edib, lakin tərəflər tezliklə növbəti görüşlə bağlı yeni razılığa gələcəklər. SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə Rusiya liderinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov məlumat verib. …Əvvəlcə Rusiya-Amerika münasibətlərinin normallaşdırılması kontekstində növbəti təmasların Moskvada keçirilməsi barədə razılıq əldə edilib, lakin sonra ABŞ fasilə verməyi təklif edib. Bunu Kreml sözçüsü bildirib. Uşakov aydınlıq gətirib ki, Rusiya Xarici İşlər Nazirliyi və ABŞ Dövlət Departamenti növbəti görüşün vaxtını və yerini müzakirə edəcəklər, lakin hələlik bu “məsələ asılı vəziyyətdədir”. Əli Babayev

Daha çox

“Hazırda biz Azərbaycandan öyrənərək Belemə hazırlıq görürük…”

COP29-a hazırlıq dövründən başlayaraq azərbaycanlı həmkarlarımızla çox sıx əməkdaşlıq edirik. Bu güclü tərəfdaşlığı COP30-a hazırlıq zamanı da davam etdiririk. Hazırda Bonn şəhərində iqlim görüşlərindəyik. Azərbaycanın ev sahibliyi etdiyi COP29-un baş danışıqçısı Yalçın Rəfiyevin buradakı iclasın başlanması üçün çalışdığını görürəm. Aydındır ki, o, danışıqları aparır və biz də bununla bağlı Azərbaycanın bütün ehtiyaclarına dəstək verməyə hazırıq. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Braziliyanın iqlim dəyişikliyi üzrə katibi, COP30-un icraçı direktoru Ana Toni deyib. “Bu həftə TROYKA görüşümüz də olacaq. Hazırda biz Azərbaycandan öyrənərək Belemə hazırlıq görürük.…

Daha çox

İranın uranın zənginləşdirilməsi salonları zədələnib…

…Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) İranın nüvə obyektlərinin peyk görüntülərini təhlil etdikdən sonra İsrailin Natanzdakı yeraltı uranın zənginləşdirilməsi obyektlərinə zərbələr endirdiyinə dair sübutlar aşkar edib. SİA-nın məlumatına görə, bu barədə agentliyin X sosial şəbəkəsində yaydığı məlumatda deyilir. …Cümə günü hücumlardan sonra toplanmış yüksək ayırdetmə qabiliyyətinə malik peyk görüntülərinin davamlı təhlili əsasında MAQATE Natanzdakı yeraltı uranın zənginləşdirilməsi obyektlərinə birbaşa təsir göstərən əlavə elementləri müəyyən edib. Məlumatda bildirilir. Eyni zamanda agentlik qeyd edir ki, İsfahan və Fordodakı zavodlarda heç bir dəyişiklik qeydə alınmayıb. Bundan əvvəl İranın Rusiyadakı səfiri Kazem Cəlali xəbərdarlıq etmişdi…

Daha çox

Xankəndi şəhərində İşçi qrupun iclası keçirilib

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun növbəti iclası Xankəndi şəhərində keçirilib. SİA-nın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) və İşçi qrupda təmsil olunan müvafiq dövlət qurumlarının nümayəndələri ANAMA tərəfindən Ağdam rayonunun Sarıcalı kəndi ərazisində və Fövqəladə Hallar Nazirliyi tərəfindən rayonun Əlimədətli kəndində icra edilən humanitar minatəmizləmə fəaliyyəti ilə tanış olublar. İşçi qrupun üzvləri həyata keçirilən layihələrin gedişatını, o cümlədən aşkar olunan mina…

Daha çox

Bolqarıstan Milli Assambleyasının sədri Fəxri xiyabanı ziyarət edib

Azərbaycanda səfərdə olan Bolqarıstan Respublikası Milli Assambleyasının sədri Nataliya Kiselova iyunun 17-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin məzarını ziyarət edib. SİA xəbər verir ki, Milli Assambleyanın sədri Ulu Öndərin məzarı önünə əklil qoyub, xatirəsini dərin hörmət və ehtiramla anıb.

Daha çox

Körfəz kampaniyası

2025-ci il iyunun 13-nə keçən gecə Benyamin Netanyahunun başçılıq etdiyi İsrail hökuməti İrana qarşı gizli (danışıqlar adı altında), amma bir çox elementləri daha uzun müddətə hazırlanmış ən azı bir illik hərbi əməliyyata başladı. İlk bir neçə gündə İsrail sürpriz elementindən, dərin yerləşdirilmiş təxribat hücrələrindən və pilotsuz təyyarələrdən istifadə edərək İrana ciddi ziyan vurmağı bacardı. Buna baxmayaraq, İsrail internetində və simpatik ictimaiyyətdə hökm sürən qalib eyforiyasına baxmayaraq, Netanyahunun farslar üzərində qəti qələbəsi göz önündə deyil. Amma müəyyən məsafədən “Yüksələn Aslan” əməliyyatının arzuolunmaz nəticələri görünür, bütün dünya üçün təhlükəlidir. Həqiqətən nə görürük?…

Daha çox

İctimai Şuranın üzvləri Müqəddəs Məryəm Katolik Kilsəsini ziyarət ediblər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvləri Bakıda yerləşən Müqəddəs Məryəm Katolik Kilsəsini ziyarət edib, dini icmanın fəaliyyəti ilə tanış olublar. SİA xəbər verir ki, görüşdə Katolik kilsəsinin Apostol Prefekturasının yepiskopu Vladimir Fekete, qurumun mətbuat katibi Toral Ağayev, İctimai Şuranın sədri Elnur Mustafayev və sədr müavini Səadət Məmmədova, üzvləri Nigar Axundova, Tural Əhmədov, eyni zamanda Komitənin əməkdaşı Vüsalə Hüseynova iştirak edib. Katolik kilsəsinin Apostol Prefekturasının yepiskopu Vladimir Fekete ölkəmizdə katolikliyin tarixi və fəaliyyəti haqqında geniş məlumat verib, dövlətin icmaya göstərdiyi qayğıdan məmnunluğunu ifadə edib. Azərbaycan Respublikasının Prezidenti…

Daha çox

“İsrail tərəfi ABŞ-ın münaqişəyə birbaşa şəkildə cəlb olunmasını dəstəkləyir”

“İran və İsrail arasında baş verən hadisələr göstərir ki, qarşılıqlı zərbələr sürətlə idarəolunmaz bir səviyyəyə çatıb. İsrailin İrana qarşı tətbiq etdiyi hərbi əməliyyatlara cavab mesajı gəldi. Artıq 5-ci gündür ki, iki təfəf də bir-birilərini dron və raket hücümları ilə məruz qoymaqdadır. Hələlik münaqişənin sadəcə bir istiqamətdə eskolasiyası müşahidə olunur”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Mirbəşiroğlu deyib. Onun sözlərinə görə, hazırkı mərhələdə münaqişənin eskalasiyası əsasən birtərəfli xarakter daşıyır və hər hansı bir tənzimləmə perspektivi müşahidə olunmur: “Bu proses qısa müddətdə dayandırılmadığı təqdirdə, regionda idarəolunmaz və dərin nəticələrə səbəb ola bilər,…

Daha çox

Bakıda iki yolun kəsişməsində hərəkət qismən məhdudlaşdırılacaq

İyunun 18-də saat 08:00-dan 19 iyun saat 20:00-dək Bakı şəhəri, Binəqədi-Görədil avtomobil yolu ilə Binəqədi-Balaxanı avtomobil yolunun kəsişməsində aparılacaq təmir işləri ilə əlaqədar, avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. Bu barədə SİA-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki. aparılacaq cari təmir işləri ilə əlaqədar olaraq, sürücülərdən qeyd olunan hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.

Daha çox