Zelenski Kanadanın Kananaskis şəhərində keçirilən G7 sammitinə gəlib. SİA-nın məlumatına görə, bu barədə Ukraynanın “Obşçestvennoe” nəşri məlumat yayıb. Bildirilir ki, dövlət başçısı G7 ölkələri liderlərinin “Güclü və suveren Ukrayna” adlı xüsusi iclasında iştirak edəcək. Əli Babayev
Daha çoxQazaxda növbəti qanvermə aksiyası keçirilib
Bu gün Səhiyyə Nazirliyinin Respublika Qan Bankı, Qazax Rayon İcra Hakimiyyəti və Qazax Rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə talassemiyadan əziyyət çəkən uşaqlara və qana ehtiyacı olan digər xəstələrə dəstək olmaq məqsədilə Qazax rayonunda növbəti qanvermə aksiyası keçirilib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, tədbir Qazax Rayon Mərkəzi Xəstəxanasında təşkil olunub. Müxtəlif qan xəstəliklərindən əziyyət çəkənlərə kömək məqsədilə keçirilən tədbirdə Respublika Qan Bankının Gəncə bölməsinin əməkdaşları qan vermək istəyən vətəndaşları müayinə edib və onlara məsləhətlər verdikdən sonra qanverməyə hazırlayıblar. Aksiya çərçivəsində qan vermək üçün xəstəxanaya 500 nəfərdən çox könüllü…
Daha çoxVardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi iyunun 17-də davam etdirilib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub. Hakim Zeynal Ağayev dindirmədən əvvəl məhkəmə…
Daha çoxİsrailin İranın nüvə obyektlərinə zərbə endirməsinin mənası nədir?
Əsas hədəf sentrifuqalardır İranın Natanz uranın zənginləşdirilməsi zavodunun sentrifuqaları “tamamilə məhv edilməsə də, ciddi şəkildə zədələnib”. SİA-nın məlumatına görə, bunu MAQATE rəhbəri Rafael Qrossi bildirib. “Biz izah edə bilərik” İsrailin İranın nüvə proqramına qarşı əməliyyatı ilə bağlı əsas sualları ekspertlərlə cavablandırır. İsrail hansı obyektləri bombalayır? İsrailin hücumunun ilk günündə Natanzdakı uranın zənginləşdirilməsi zavodu vurulub. Peyk görüntüləri onun yerüstü infrastrukturunun məhv edildiyini göstərir. İsfahandakı nüvə mərkəzinə də ziyan dəyib. Qrossinin sözlərinə görə, Fordodakı digər zənginləşdirmə zavodu zədələnməyib, baxmayaraq ki, İran mediası orada zərbələr endirir. Fordoda sentrifuqalar yerin dərinliklərindədir…
Daha çoxUseyn Bolt Belqradda keçiriləcək “Expo 2027” sərgisinin səfiri olub
Dəfələrlə Olimpiya çempionu və sprint qaçışı üzrə rekordçu olan Useyn Bolt Serbiyanın paytaxtı Belqradın ev sahibliyi edəcəyi “Expo 2027” ixtisaslaşdırılmış sərgisinin ilk səfiri olub. SİA xəbər verir ki, səkkizqat Olimpiya və on birqat dünya çempionu “Expo 2027”ni dünyaya təqdim etməkdən çox həyəcanlı olduğunu bildirib. Serbiya Prezidenti Aleksandar Vuçiç isə “Expo 2027”nin ölkəsinin simasının dəyişməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini deyib. O, sərgini Serbiyanın dünyanın ən inkişaf etmiş dövlətləri kimi uğurlu ola biləcəyinin göstəricisi kimi qiymətləndirib. “Expo 2027” ixtisaslaşdırılmış sərgisi 2027-ci il mayın 15-dən avqustun 15-dək Belqradda keçiriləcək.
Daha çoxİqtisadi fəal əhalinin sayı açıqlanıb
Cari il iyunun 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5 milyon 332,6 min nəfər olub, onlardan 5 milyon 49,7 min nəfərini məşğul əhali təşkil edib. SİA-nın məlumatına görə, Dövlət Statistika Komitəsindən bildirilib ki, cari il mayın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 milyon 771,7 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 876,3 min nəfər, qeyri-dövlət sektorunda isə 895,4 min nəfər təşkil edib. İqtisadiyyatın neft-qaz sektorunda 31,2 min nəfər, qeyri-neft-qaz sektorunda isə 1 milyon 740,5 min nəfər çalışıb. Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 22,7 faizi məhsul…
Daha çoxİsraildə vətəndaşlarımız qonşu Misir və İordaniyaya yönləndirilir…
İrandakı səfirliyimizə və baş konsulluğumuza 500 nəfərə yaxın Azərbaycan vətəndaşının müraciəti daxil olub İsrail və İran arasında yaranmış mövcud qarşıdurma ilə əlaqədar İsrail Dövlətindəki səfirliyimizdə, İran İslam Respublikasındakı səfirliyimizdə, habelə Təbriz şəhərindəki baş konsulluğumuzda yaradılmış qaynar xətlərə daxil olan müraciətlərə gündəlik əsasda baxılır. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə bildirib. O deyib ki, İranı tərk etmək istəyən Azərbaycan Respublikası vətəndaşlarının, eləcə də digər ölkələrin vətəndaşlarının quru sərhədindən keçidi istiqamətində müvafiq icazələrin alınması üçün tədbirlər davam etdirilir.…
Daha çoxMüttəfiqlər Ukraynaya silahdan başqa nə verə bilər?
Politico: “Qərb əsas rol oynaya bilər…” Ukraynada uzun sürən müharibə fonunda getdikcə daha çox ekspert və siyasətçi hərbi dəstəyin vacib olduğu qənaətinə gəlir, lakin diplomatik yol heç də az əhəmiyyət kəsb etmir. Bu kontekstdə Qərbin rolu yeni ölçü götürür – təkcə Ukraynaya özünü müdafiə etməkdə kömək etmək deyil, həm də onun suverenliyini və davamlı gələcəyini qorumaqla müharibədən çıxmağı asanlaşdırmaq… SİA-nın məlumatına görə, bunu Politico yazır Son aylarda beynəlxalq tərəfdaşlar Ukraynanı dəstəkləməyə sadiq olduqlarını nümayiş etdirdilər: ABŞ 61 milyard dollarlıq yeni yardım paketini təsdiqlədi, Avropa ölkələri müdafiə…
Daha çoxEnergetika naziri Pərviz Şahbazov vətəndaşlarla görüşüb
Energetika naziri Pərviz Şahbazov Bakı şəhəri, Biləsuvar və Sabirabad rayonlarından olan vətəndaşların müraciətlərini dinləyib. SİA-nın məlumatına görə, nazirlikdən xəbər verilir ki, görüş zamanı vətəndaşların elektrik naqilləri və dirəklərinin istismar vəziyyəti, enerji sərfiyyatının hesablanması, elektrik enerjisi və təbii qazdan istifadəyə görə borcun yaranması, sayğacların quraşdırılması, işlə təminat və digər məzmunlu müraciətləri dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib. Qeyd edək ki, Energetika Nazirliyi tərəfindən vətəndaş müraciətlərinə baxılması işinin səmərəli təşkili məqsədilə rəhbər vəzifəli şəxslərin vətəndaş qəbulu qrafiki nazirliyin rəsmi internet saytında yerləşdirilib.
Daha çox“İlk gündən etibarən Azərbaycan 5 baza prinsipi əsasında sülh sazişi təklif etdi”
“Məlumdur ki, Azərbaycanla Ermənistan arasında sülh sazişi mətni ilə bağlı əldə edilən razılaşma sırf Azərbaycanın təşəbbüsü və qətiyyəti sayəsində mümkün olub. Bu razılşama rəsmi Bakının davamlı təzyiqi nəticəsində əldə edilən razılaşmadır. Yəni ilk gündən etibarən Azərbaycan 5 baza prinsipi əsasında sülh sazişi təklifi ilə çıxış etdi”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib. Onun sözlərinə görə, Ermənistanın bütün sülhdən yayınma cəhdlərinə baxmayaraq, Azərbaycan həmin sazişdəki müddəalarla bağlı Ermənistan tərəfinin yekunda müsbət cavab verməsinə nail oldu: “Bu, Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərindən çıxış etməsindən və ədalətli mövqeyindən irəli gəldi.…
Daha çox