Ceyhun Bayramovla gürcüstanlı həmkarı arasında təkbətək görüş başlayıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili arasında təkbətək görüş başlayıb. SİA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə Azərbaycan-Gürcüstan ikitərəfli münasibətlərinin cari vəziyyəti və perspektivləri, regional məsələlər üzrə əməkdaşlıq və strateji tərəfdaşlığın dərinləşdirilməsi imkanları müzakirə olunur.

Daha çox

Azercell-in təşəbbüsü ilə yaradılan “Qadın Dəstək Xətti” 2025-ci ilin ilk yarısında 1300-dən çox müraciət qəbul edib

Azercell Telekom, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin tərəfdaşlığı və dəstəyi ilə fəaliyyət göstərən “Qadın Dəstək Xətti”nə (QDX) 2025-ci ilin ilk altı ayında 1306 müraciət daxil olub. Müraciətlərin təsnifatına əsasən, psixoloji dəstək üzrə 329, məişət zorakılığı halları ilə bağlı 209, hüquqi yardımın göstərilməsi üçün isə 187 müraciət qeydə alınıb. Bununla yanaşı, sosial və maddi rifahla bağlı problemlərlə əlaqəli 150, boşanma prosesində yaşanan çətinliklərlə bağlı 119, sığınacaqla təmin olunma üzrə 73, səhiyyə hüquqlarının təmin olunması üçün isə 15 müraciət daxil olub.…

Daha çox

Ceyhun Bayramov Gürcüstanda səfərdədir

Xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanda səfərdədir. SİA xəbər verir ki, nazir Tbilisidə gürcüstanlı həmkarı Maka Boçorişvili ilə görüşəcək. XİN başçıları görüşdən sonra mətbuata birgə açıqlama ilə çıxış edəcəklər. Ceyhun Bayramov gün ərzində Gürcüstan parlamentində də görüşlər keçirəcək.

Daha çox

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

İyulun 21-də Amerika fond bazarlarında Dow Jones indeksi 0,04% – 44,323.07 bəndədəkazalıb, S&P 500 indeksi 0,14% – 6,305.60 bəndədək, Nasdaq indeksi isə 0,38% – 20,974.18 bəndədək artıb. SİA-nın məlumatına görə, Avropa fond bazarlarında iyulun 21-də FTSE 100 indeksi 0.23% – 9,012.99 bəndədək, Almaniyanın DAX indeksi 0.08% – 24,307.80 bəndədək artıb, Fransanın CAC-40 indeksi isə 0.31% – 7,798.22bəndədək azalıb. Dünya bazarlarında avronun dollara qarşı məzənnəsi 0,04% azalaraq 1.1689 dollar təşkil edib.

Daha çox

Rusiya Sumi və Odessanın yaşayış məntəqələrini vurub…

10-dan çox insan yaralanıb… …İyulun 21-i axşam saatlarında Rusiya hərbçiləri Ukraynanın Sumı şəhərinə pilotsuz təyyarə ilə zərbə endirib. Yaşayış məntəqələrindən birinə – beş çoxmərtəbəli bina, ticarət mərkəzi və 18 avtomobilə ziyan dəyib. SİA-nın məlumatına görə, vilayət hərbi idarəsinin rəisi Oleq Qriqorov bildirib bunu. Ən çox ziyan çəkən evin iki sakini xəstəxanaya yerləşdirilib, daha 12 nəfər tibbi yardıma müraciət edib. Yaşayış sahəsinin qalan sakinləri şok vəziyyətindədir, onlarla psixoloqlar işləyir. Bundan sonra rus ordusu Odessaya pilotsuz təyyarələrlə zərbələr endirib. Hücum nəticəsində şəhərin rayonlarından birində çoxmərtəbəli binaların şüşələri…

Daha çox

Azərbaycan neftinin qiyməti 71 dollara düşüb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,95 ABŞ dolları, yaxud 1,32 % azalaraq 71,23 ABŞ dolları təşkil edib. Bu barədə SİA-ya neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin sentyabr fyuçerslərinin qiyməti 70,53 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,99 ABŞ dolları və ya 1,4 % azalaraq 69,88 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı…

Daha çox