Xaçmazın bəzi kəndlərində işıq olmayacaq

Bu gün Xaçmaz rayonunda elektrik enerjisinin verilişində fasilə yaranacaq. SİA xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb. Bildirilib ki, Xaçmaz Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) Xudat Elektrik Şəbəkəsinin (EŞ) xidməti ərazisində iyulun 23-də 35/10 kV-luq Seyidli yarımstansiyasında profilaktik təmir və ölçü sınaq işlərinin aparılması məqsədi ilə Xaçmaz rayonu Nabran, Seyidli, Meşəli, Muxtardır, Aşağı oba, Sahillər və Dalğalı kəndlərində 11:00-dan 16:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra həmin yaşayış məntəqələri daha keyfiyyətli elektrik

Daha çox

Azərbaycan neftinin qiyməti 70 dollardan aşağı düşüb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,84 ABŞ dolları, yaxud 2,58 % azalaraq 69,39 ABŞ dolları təşkil edib. Bu barədə SİA-ya neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin sentyabr fyuçerslərinin qiyməti 69,79 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,79 ABŞ dolları və ya 2,56 % azalaraq 68,09 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı…

Daha çox

Pakistanda ölənlərin sayı 242 nəfərə çatdı

Musson yağışlarının səbəb olduğu daşqın və torpaq sürüşmələrində ölənlərin sayı 242-yə yüksəlib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Pakistan ərazisində iyunun sonunda başlayan və hazırda davam edən musson yağışları sel və torpaq sürüşməsinə səbəb olub. Son 24 saat ərzində daşqın və torpaq sürüşmələri nəticəsində ən azı 21 nəfərin daha həlak olduğu bildirilir. Hadisələr nəticəsində yaralananların sayı isə 600-ə çatıb. Yağışlardan ən çox Pəncab əyalətinin zərər gördüyü, bölgədə ölənlər arasında 40 qadın və 104 uşağın olduğu bildirilir. Pəncabda ümumilikdə 135 nəfər həlak olub, 470 nəfər isə yaralanıb. Musson yağışlarının başlamasından…

Daha çox

Süveyş kanalının gəlirləri kəskin azalıb

Süveyş kanalının gəlirləri cari maliyyə ilinin ilk doqquz ayında 54,1 faiz azalaraq 2,6 milyard dollar olub. Bu eniş Qırmızı Dəniz regionunda davam edən geosiyasi gərginliklər fonunda tranzit gəmilərin sayının 44,8 faiz azalması ilə əlaqədardır. Bu vəziyyət, Süveyş kanalının beynəlxalq ticarətdəki roluna ciddi təsir göstərib. SİA xəbər verir ki, bu barədə Misir Mərkəzi Bankı məlumat verib. Bununla belə, Bankın statistikasına görə, qeyd olunan dövr ərzində xaricdən ölkəyə göndərilən pul vəsaitlərinin həcmi 82,7 faiz artaraq 26,4 milyard dollara çatıb. Xarici ölkələrdə işləyən misirlilərin göndərdikləri pul ölkə iqtisadiyyatı üçün mühüm dəstək mənbəyi olaraq…

Daha çox

İran Prezidenti İsraili cavab zərbələri ilə hədələdi

İsrail yeni hücumlara başlayarsa, Tehran yeni hərbi əməliyyatlara hazırdır”. SİA xəbər verir ki, bu xəbərdarlığı “Əl-Cəzirə” telekanalına müsahibə verən İran Prezidenti Məsud Pezeşkian edib. “İran ordusu tam döyüş hazırlığındadır və İsrail ərazisinə cavab zərbələri endirməyə qadirdir. Biz İsrailin istənilən hərbi əməliyyatına hazırıq və qüvvələrimiz yenidən İsrail ərazisinin dərinliklərinə zərbə endirmək üçün tam döyüş hazırlığındadır”, – İran prezidenti bildirib.

Daha çox

Fransanın xarici işlər naziri Rusiyaya qarşı yeni sanksiyalar hazırlandığını bildirib

Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Barro Avropa İttifaqı səviyyəsində Rusiyaya qarşı yeni sanksiyalar paketinin hazırlandığını elan edib. Barronun sözlərinə görə, məqsəd Rusiyanın “hərb iqtisadiyyatını tükətmək” və Moskvanı atəşkəsə məcbur etməkdir. SİA xəbər verir ki, bu bəyanatı Barro Ukraynaya iki günlük rəsmi səfəri zamanı “FranceInter” radiosuna müsahibəsində səsləndirib. Diplomat bildirib ki, yeni sanksiya paketi hazırlanır. Məqsəd döyüşlərin dayandırılması, danışıqlara dönüşün təmin olunmasıdır. O, Avropa İttifaqı iqtisadiyyatının Rusiyadan on dəfə böyük olduğunu vurğulayıb. Səfəri çərçivəsində Barro Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb və bir daha Fransanın qəti dəstəyini ifadə edib.…

Daha çox