Azərbaycan multilateralizm prinsipinə əsaslanan yeni dünya düzəninə transformasiya prosesinə töhfələr verir

Milli maraqlara hörmət və ədalət prinsiplərinə əsaslanan yeni çoxtərəfli əməkdaşlıq mühitinin yaradılması məqsədilə Azərbaycan Qlobal Cənub ilə Qlobal Şimal arasında dialoq və konstruktiv əməkdaşlıq mühitinin təmin olunmasının tərəfdarı kimi bu prosesdə fəal rol oynamaq niyyətini nümayiş etdirir. SİA-nın Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu “Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar” mövzusunda beynəlxalq konfransda çıxış edən Yeni Azərbaycan Partiyası Sədrinin müavini Tahir Budaqov deyib. T.Budaqov bildirib ki, ölkəmiz dayanıqlı sülh, təhlükəsizlik və tərəfdaşlıq naminə hərbi-siyasi təhdidlərin qarşısının alınması, iqtisadi, ekoloji, humanitar və digər sahələrdə təhlükəsizliyin təmin olunması…

Daha çox

Qırğızıstan vətəndaşları İrandan Azərbaycana təxliyə edilir

Azərbaycan Respublikasına edilmiş müraciətlər əsasında ölkəmiz İran İslam Respublikasından təxliyələrin həyata keçirilməsinə dəstək göstərir. SİA xəbər verir ki, görülən müvafiq tədbirlər nəticəsində, yeddi nəfər diplomatik heyət daxil olmaqla, ümumilikdə 28 Qırğızıstan vətəndaşının Astara sərhəd-keçid məntəqəsindən quru yolla İrandan Azərbaycana gəlməsi gözlənilir. İrandan təxliyə edilən xarici vətəndaşlara tibbi xidmət göstərilməsi üçün şərait yaradılıb, onlara səhər süfrəsi açılıb.

Daha çox

Qırğızıstanın İrandakı səfirliyi Azərbaycan hökumətinə təşəkkür edib

“Qırğızıstanın İrandakı səfirliyi adından bizim üçün yaradılan şəraitə görə Azərbaycan hökumətinə təşəkkür edirəm. Ona görə ki, təxliyəmizə kömək etdilər və bu proses yüksək səviyyədə həyata keçirilib”. SİA xəbər verir ki, bunu Qırğızıstan Respublikasının İrandakı səfirliyinin əməkdaşı Nazim Beişekeev deyib. “Azərbaycan hökumətinin dəstəyi ilə İrandan Astaraya keçməyimiz təmin olunub. Yeddisi diplomat olmaqla ümumilikdə 28 nəfər dövlət sərhədini müəyyən intervallarla keçəcək. İki qrup halında gələcəklər. İkinci qrup isə yaxın vaxtlarda daha sonra gələcək. İranda vəziyyət həqiqətən gərgindir. Ümidvaram ki, hər iki tərəf arasında müəyyən diplomatik danışıqlar nəticəsində vəziyyət sabitləşəcək. Mən fikirləşirəm ki,…

Daha çox

İsrailin Cənubi Pars obyektlərinə hücumu münaqişə zonasını genişləndirir

İsrailin İranın Fars körfəzindəki Cənubi Pars qaz yatağının işlənməsində iştirak edən obyektlərə hücumu münaqişənin genişləndiyini və regionun digər ölkələrini də bu işə cəlb edə biləcəyini göstərir. SİA xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib. “Cənubi Parsa zərbə strateji səhvdir və bu, münaqişə zonasının İrandan kənara çıxması deməkdir. Bu hərəkətlər təkcə bütün regionu deyil, həm də dünyanı müharibəyə sürükləyə bilər”, – o bildirib.

Daha çox

“Azərbaycanın yeni dünya nizamında tutacağı mövqe xüsusi əhəmiyyət kəsb edir”

“Şuşada keçirilən ənənəvi konfrans bu gün dünyada mövcud olan ən aktual problemlərdən birinə həsr olunmuşdur”. Bu sözləri Şuşada keçirilən “Yeni dünya nizamı və mümkün əməkdaşlıq prespektivləri” mövzusunda keçirilən konfransda SİA-ya açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib. Onun sözlərinə görə, konfransın əsas mövzusu “Yeni dünya nizamı və mümkün əməkdaşlıq perspektivləri” olub və bu istiqamətdə olduqca maraqlı çıxışlar səsləndirilib. Tədbirdə iştirak edən nümayəndələrin əksəriyyəti Türk Dövlətləri Təşkilatına üzv ölkələri təmsil edən, eyni zamanda Azərbaycanla ikitərəfli münasibətləri ən yüksək səviyyədə olan dost və qardaş ölkələrin nümayəndələri idi: “Bu çıxışlar bir daha təsdiq etdi…

Daha çox

İran Müdafiə Nazirliyinin İsfahandakı obyektinə hücum edilib

İranın mərkəzindəki İsfahan əyalətində yerləşən obyektə hücum edilib. SİA xəbər verir ki, bu barədə “NourNews” agentliyi vilayət qubernatorunun müavininə istinadən məlumat yayıb. “Bir saat əvvəl İsfahanda Müdafiə Nazirliyinə bağlı mərkəzə hücum edilib”, – agentlik rəsmi mənbədən sitat gətirir. Qeyd olunur ki, əyalət hakimiyyət orqanları mümkün zərərin həcmini dəqiqləşdirir.

Daha çox

“Konfrans təkcə siyasi deyil, həm də strateji baxımdan mühüm qiymətləndirilə bilər”

“Bu il Şuşa şəhərində keçirilən Yeni Azərbaycan Partiyasının növbəti beynəlxalq konfransı müasir dövrün çağırışlarını və qlobal trendləri özündə əks etdirən olduqca əhəmiyyətli bir tədbirə çevrildi. Bu konfrans təkcə siyasi deyil, həm də strateji baxımdan mühüm mərhələ kimi qiymətləndirilə bilər. Artıq konfransın ilk mərhələsi uğurla başa çatıb və bir neçə dəqiqə sonra növbəti sessiya başlayacaq”. Bu sözləri SİA-ya açıqlamasında konfransda iştirak edən millət vəkili Vüqar Rəhimzadə deyib. Onun sözlərinə görə, iştirakçıların sayı və tərkibi baxımından builki tədbir əvvəlkilərlə müqayisədə daha zəngin və daha əhatəli oldu. Burada bir çox ölkələrin, xüsusən də…

Daha çox

Ukrayna Azərbaycanla akademik əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır

Ukrayna Azərbaycanla təhsil sahəsində əlaqələrin genişləndirilməsində maraqlıdır. SİA xəbər verir ki, bunu Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev Bakıda Ukrayna ali təhsil müəssisələrinin sərgisinin açılış mərasimində deyib. O, həmçinin bildirib ki, azərbaycanlı tələbələrin Ukraynada təhsil alması yerli universitetlərin təhsil sisteminə inamı nümayiş etdirir. “Bu gün dörd mindən çox Azərbaycan vətəndaşı Ukraynada ali təhsil alır. Bu, Ukrayna universitetlərinə və təhsil sistemimizə etimadın bariz göstəricisidir”, – səfir bildirib. Y.Qusev əlavə edib ki, Kiyev Bakı ilə təhsil mübadiləsində maraqlıdır. “Biz Ukrayna ilə Azərbaycan arasında akademik mübadilələrin, ikili diplom proqramlarının, birgə tədqiqat layihələrinin və tələbə…

Daha çox

“Qurtuluş Günündə – gələcək naminə: Azərbaycan yeni aqrar əsasları necə qurur”

Milli Qurtuluş Günü münasibətilə Azərbaycanda Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Göyçaydakı dayaq məntəqəsində yeni tinglik təsərrüfatının təməli qoyulub. SİA xəbər verir ki, bu gün – Azərbaycanın ən mühüm dövlət bayramlarından biri olan Milli Qurtuluş Günündə Göyçayda yeni tinglik təsərrüfatının rəsmi açılış mərasimi keçirilib. Bu tədbir Xəzəryanı Regionun Aqrar Tədqiqatları Mərkəzi (CARCAS) ilə Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu arasında strateji əməkdaşlığın ilk əhəmiyyətli mərhələsi oldu. Mərasim çərçivəsində tərəflər arasında bağçılıq sektorunun davamlı inkişafına xidmət edən əməkdaşlıq sazişi də imzalanıb. Xüsusi diqqət müasir meyvəçilik və dekorativ yaşıllaşdırma sahəsində yüksək…

Daha çox