Sentyabrın 18-də Bakı Konqres Mərkəzində QHT-lərə Dövlət Dəstəyi Agentliyinin 2026-cı il üzrə elan etdiyi qrant müsabiqələrinə dair növbəti infosessiya keçirilib. SİA xəbər verir ki, toplantıya Azərbaycan Respublikasının Konstitusiya quruluşunun müdafiəsi, ərazi bütövlüyünün və dövlət suverenliyinin müdafiəsi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb. Görüşdə Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva, Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Pərvanə Vəliyeva və digər məsul şəxslər iştirak edib. İnfosessiyada qrant müsabiqələrinə…
Daha çoxYağıntılı və küləkli hava şəraiti müşahidə olunur
Sentyabrın 19-u saat 9:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən xəbərə görə, ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur. Düşən yağıntının miqdarı Lənkəranda 9, Biləsuvarda 6, Sabirabadda 5, Tovuzda 4, Balakəndə 3, Zaqatala, Ceyrançöl, Ağstafa, Astarada 2, Bakıda və Abşeron yarımadasında, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Gəncə, Xınalıq, Şəmkir, Qax, Şəki, Qobustan, Yevlax, Göyçay, Şahdağ, İmişli, Yardımlı, Lerikdə 1 mm-dək qeydə alınıb. Bəzi rayonlarda şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Naftalanda 25, Goranboyda 23, Gəncədə 20 m/s-dək güclənir. Daşkəsən, Göygöl,…
Daha çoxBu günün valyuta məzənnələri
Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb. SİA-nın məlumatına görə, sentyabrın 19-da ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat,Türkiyə lirəsi 0,0411 manat təşkil edib. Rusiyanın 100 rublu 2,0433 manata kimi bahalaşıb, avro isə 2,0017 manatadək ucuzlaşıb. 1 ABŞ dolları USD 1,7 1 Avro EUR 2,0017 1 Avstraliya dolları AUD 1,1227 1 Belarus rublu BYN 0,565 1 Bolqarıstan levi BGN 1,0237 1 BƏƏ…
Daha çoxPutin onu vəzifəsindən azad etdi
Rusiya Prezidenti Vladimir Putin administrasiya rəhbərinin müavini Dmitri Kozakı vəzifəsindən azad edib. SİA xəbər verir ki, Rusiya liderinin bu haqda sərəncamı rəsmi hüquqi informasiya portalında dərc olunub. Qeyd edək ki, “Vedomosti” Kozakın avqustun sonunda istefa vermək planları barədə məlumat yaymışdı. Nəşrin mənbələri qeyd ediblər ki, məmur Rusiya liderinin ən yaxın müttəfiqlərindən biridir, ona görə də onun gedişi ilə bağlı qərarı Putin şəxsən verəcək.
Daha çoxBakıda 17 istiqamətdə nəqliyyatın sıxlığı yaranıb
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb. SİA xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 3. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər; 4. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində; 5. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər; 6. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində; 7. Yusif Səfərov küçəsi,…
Daha çoxNoyabrda Ciddədə beşinci Həcc konfransı və sərgisi keçiriləcək
Noyabrın 9-dan 12-dək Səudiyyə Ərəbistanının Ciddə şəhərində beşinci Həcc konfransı və sərgisi keçiriləcək. SİA yerli mediaya istinadla xəbər verir ki, İki Müqəddəs Ocağın Xadimi Kral Salman bin Əbdüləzizin himayəsi ilə “Məkkədən dünyaya” şüarı altında keçiriləcək tədbir çərçivəsində 80-dən çox iclas və 60 ixtisaslaşmış seminar planlaşdırılır. Tədbirlərdə diplomatik korpus nümayəndələrinin, dünyanın müxtəlif ölkələrindən alimlərin, tədqiqatçıların, zəvvar işləri üzrə fəaliyyət göstərən qurumların təmsilçilərinin, eləcə də 2400-dən artıq həcc təlimçisinin iştirakı gözlənilir. Bundan başqa, konfrans çərçivəsində “Həcc və İki Müqəddəs Ocağın tarixi forumu” adlı elmi-mədəni toplantı təşkil ediləcək. Forum həccin tarixi və mədəni…
Daha çoxErməni separatizminə son qoyulan antiterror əməliyyatından iki il ötür
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən 2 il ötür. SİA xəbər verir ki, lokal xarakterli antiterror tədbirlərindən bir neçə ay əvvəl Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi, döyüş mövqelərinin mühəndis cəhətdən təkmilləşdirilməsi, eləcə də səngər və sığınacaqların sayının artırılması gərginliyin artmasına səbəb olub. Bu xüsusda, döyüş mövqelərinin şəxsi heyət, zirehli texnika, artilleriya qurğuları və digər atəş vasitələri ilə gücləndirilməsi, bölmələrin yüksək döyüşə hazırolma səviyyəsinə gətirilməsi, səfərbərlik üzrə əlavə bölmələrin yaradılması, Azərbaycan Ordusunun…
Daha çoxABŞ Çinə qarşı rüsumların tətbiqini yenidən təxirə sala bilər
ABŞ Çindən idxal edilən mallara tətbiq olunacaq rüsumların artırılmasını yenidən təxirə sala bilər. SİA xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyanın Baş naziri Kir Starmer ilə birgə keçirdiyi mətbuat konfransında bildirib. O, vurğulayıb ki, Vaşinqton və Pekin yekun razılaşmaya nail olmaq üçün kifayət qədər yaxınlaşıblar.
Daha çoxSakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq
Daha çoxİrlandiya Ukraynaya yeni hərbi yardım paketi göndərib
İrlandiya Ukraynaya yeni hərbi yardım paketi göndərib. SİA xəbər verir ki, bu barədə İrlandiyanın müdafiə naziri Simon Harris “X” məlumat yayıb. Onun sözlərinə görə, yardım paketinə avtomobillər və minaların zərərsizləşdirilməsi üçün robotlar daxildir. “İrlandiyanın Ukraynaya dəstəyi sarsılmazdır. Bu gün Ukraynanın müdafiəsini dəstəkləmək və humanitar ehtiyaclarını qarşılamaq üçün 34 avtomobil və minaları zərərsizləşdirən 3 robot göndərdik”, – Harris bildirib.
Daha çox