“İnsanın dünyaya gəlməsi, cinsiyyətini təyin etməsi öz əlində deyil”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, i.f.d. Vüqar Səmədov deyib. O bildirib ki, insan elə şeylərlə öyünməli, üstün olduğunu söyləməlidir ki, onun çalışaraq əldə etdiyi bir şey olsun: “Amma bioloji olaraq insanın qadın, yaxud kişi kimi dünyaya gəlməsi öz əlində deyil, ikisi də insandır. Allah-taala qadını da, kişini də fərqli fiziki quruluş və qabiliyyətdə yaradıb. Elə şeylər var ki, kişini o nöqteyi-nəzərdən üstün qılıb, elə nöqtələr də var ki, qadını üstün qılıb. Məsələn, şəfqət, mərhəmət, övlada baxmaq, hiss etmək,…
Daha çoxDay: March 12, 2025
Əmtəə bazarlarında qızıl cüzi ucuzlaşıb
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə aprel fyuçerslərinin qiyməti 0,06% azalaraq 2 919,2 ABŞ dollarına bərabər olub. SİA birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyası üzrə may fyuçerslərinin qiyməti isə 0,33% artaraq 33,26 ABŞ dollarına bərabər olub.
Daha çoxCavid Vəliyev Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü təyin edilib
Cavid Vəliyev Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü təyin edilib. SİA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Qeyd edək ki, C.Vəliyev 1979-cu ildə Sumqayıt şəhərində anadan olub. 1998-2002-ci illərdə Türkiyənin Ege Universitetində jurnalistika üzrə bakalavr təhsili alıb. Qazi Universitetinin Beynəlxalq münasibətlər fakültəsində magistr, Ankara Universiteti Beynəlxalq münasibətlər fakültəsində doktorantura dərəcələrinə yiyələnib. O, 2005-2009-cu illərdə Türkiyə Milli Təhlükəsizlik Strateji Araşdırmalar Mərkəzi (TUSAM), 2009-2019-cu illər arasında Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində çalışıb. C.Vəliyev Türkiyənin “Hurriyetdailynews” (İngilis), “Yeni Şafak”, “Cümhuriyyət” qəzetlərində, “Anadolu” Agentliyində, ABŞ-də nəşr olunan “Eurasia…
Daha çoxABŞ Kiyevi müdafiə üçün kəşfiyyatla təmin etməyi dayandırmayıb
…Birləşmiş Ştatlar Kiyev hakimiyyətinə müdafiə məqsədləri üçün zəruri olan kəşfiyyat məlumatlarının verilməsini dayandırmayıb. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoff deyib. …Mən başa düşdüyüm kimi, biz heç vaxt ukraynalıların müdafiə ehtiyacları üçün kəşfiyyat məlumatları təqdim etməyi dayandırmamışıq. O, bunu Fox News-da deyib. Əli Babayev
Daha çoxYeni sosial xidmət müəssisələri yaradılacaq
Bu il paytaxt və bölgələrdə daha 5 sosial xidmət mərkəzinin, bir sıra bölgələrdə yeni günərzi qayğı mərkəzləri yaradılacaq. SİA xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin və Sosial Dəstək Mərkəzinin fəaliyyətinə həsr olunanş infosessiyada məlumat verilib. Sosial xidmətlərin əhatəsinin genişlənməsi, həssas qrupların sosial xidmətlərə əlçatanlığının artırılması, bu sahədə ixtisaslı kadr potensialının formalaşdırılması innovativ həllərin tətbiqinin və s. əsas hədəflərdən olduğu bildirilib. Ötən il Sosial Xidmətlər Agentliyinin 21 sosial xidmət müəssisəsində 3 356 nəfərə xidmət göstərildiyi, qurumun sosial sifarişləri üzrə icra olunan layihələr…
Daha çoxAzərbaycanda əmək müqavilələrinin sayı
Azərbaycanda əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 461,1 minvahid artaraq bu il martın 1-nə 1 milyon 862 min 981-ə çatıb. Bu barədə SİA-ya İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib. Məlumata görə, bu illər ərzində qeyri-neft sektorunun özəl bölməsində həmin göstərici 435 264 vahid artaraq 975 186olub. “Təşviq əsaslı vergi siyasətinin əmək bazarına müsbət təsirləri davam edir”, – deyə məlumatda qeyd olunub.
Daha çoxSahibə Qafarova Gürcüstanda rəsmi səfərdədir
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Gürcüstanda rəsmi səfərdədir. Bu barədə SİA-ya parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Tbilisinin Şota Rustaveli Beynəlxalq Aeroportunda nümayəndə heyətini Gürcüstan parlamentinin sədr müavini Nino Tsilosani, hər iki ölkənin səfirləri Zurab Pataridze, Faiq Quliyev və digər rəsmi şəxslər qarşılayıblar. Səfər çərçivəsində spiker Sahibə Qafarovanın Gürcüstan rəhbərliyi ilə bir sıra görüşləri nəzərdə tutulub.
Daha çoxABŞ USAID proqramlarının 83 faizini rəsmən bağlayır
DOGE-nin altı həftəlik auditindən sonra ABŞ hökuməti USAID-in 1000-ə yaxın proqramı və ya ümumi məbləğin 17 faizi üçün maliyyəni saxlamaq qərarına gəlib. SİA-nın məlumatına görə, DW xəbər verir ki, onları birbaşa Dövlət Departamenti idarə edəcək. ABŞ dövlət katibi Marko Rubio martın 10-da bildirib ki, Vaşinqton ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) proqramlarının 83 faizini ləğv edir. Dövlət Departamenti USAID-in qalan proqramlarını idarə edəcək, Bunu Rubio bildirib. …USAID mülki xarici yardım və inkişaf əməkdaşlığının idarə edilməsinə cavabdehdir. Müstəqil agentliyin illik büdcəsi əvvəllər 42,8 milyard dollar (41,5 milyard avro) olub. Əli Babayev
Daha çoxÖtən ay 12 uşaq övladlığa verilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən bu ilin fevral ayında 12 uşaq övladlığa verilib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, ümumilikdə ötən dövrdə övladlığa və himayədar ailəyə verilmiş uşaqların ailədəki vəziyyətinin öyrənilməsi məqsədilə son bir ayda 112 monitorinq keçirilib. Ötən ay reinteqrasiya tədbirləri də davam etdirilib və 19 uşağın müəssisələrə düşməsinin qarşısı alınıb, 11 uşaq isə müəssisələrdən ailələrinə reinteqrasiya edilib.
Daha çoxASCO-nun “Professor Gül” gəmi-bərəsi təmirdən sonra istismara qaytarılıb
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Professor Gül” gəmi-bərəsinin tərsanə təmiri yekunlaşıb. SİA ASCO-ya istinadən xəbər verir ki, təmir işləri “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılıb. Gəmi üzrə gövdə qaynaq, avtomatika və boru işləri görülüb, müxtəlif təyinatlı nasoslar təmir olunub. Bərənin sualtı və suüstü hissəsi təmizlənərək rənglənib. Həmçinin gəmi heyətinin yaşayış şəraitini yaxşılaşdırmaq üçün kayutlarda lazımi işlər görülüb. Gəmidə nasaz vəziyyətdə olan rabitə və elektroradionaviqasiya avadanlıqları da yenilənib. Həmçinin gəmi-bərədə müasir tip “Inmarsat-C” peyk rabitə terminalları, orta və qısa dalğalı radiostansiya, stasionar ultraqısa dalğalı radiostansiyalar, qəza radiomayakı, qəza-xilasetmə radiostansiyalar…
Daha çox