“Karyerada Biz Forumu – 2025” keçirilib

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin tərəfdaşlığı, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi və Azərbaycan Texniki Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə 12 mart tarixində Azərbaycan Texniki Universitetində “Karyerada Biz Forumu” keçirilib. SİA xəbər verir ki, Forumda Destec Group İdarə Heyətinin sədri, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektor müşaviri, fəlsəfə doktoru Sakit Səmədov, AKİAB mmc həmtəsisçi və direktoru Vəfəddar Babayev, İşartı şirkətinin təsisçi direktoru Cahan Hommadova, Səfəvi.org şirkətinin təsisçisi Könül Quliyeva, Qanun Mühasibatlıq Xidmətləri MMC, Hanoğlu Baklava & Lokum və Şəki Agro Suvarma Sistemlərinin…

Daha çox

Qızılın qiymətində kəskin artım müşahidə olunur

Azərbaycanda qızıl bazarına daim maraq yüksəkdir. İnsanlar həmn sərmaye, həm də zinət əşyası kimi qızıl alırlar. Qızılın bazarda qiymətinə gəldikdə isə, qlobal tendensiyalara əsasən qızıl bazarlarında qiymətlər müxtəlifdir. İnsanlar həm yerli, həm də xarici qızıllara üstünlük verməsi də müşahidə olunur. Bəs hazırda qızılın bazarda qiyməti necədir? İnsanlar əsasən hansı növ qızıla üstünlük verirlər? SİA bu barədə reportaj hazırlayıb. Məsələ ilə bağlı Zərgərlər Assosiasiyanın İdarə heyətinin sədrinin müavini Rövşən Əmircanov qeyd edir ki, 2024-cü ildə dünyada qiymətli metallarda xeyli artım müşahidə olunmuşdur. Bu tendensiya 2025-ci ildə də davam edir: “Burada əsasən…

Daha çox

“Paşinyan Azərbaycanın tələblərini yerinə yetirmək iqtidarında deyil”

Ermənistanın davranışları, sülh üzərindən etdiyi imitasiyalar onu qeyd etməyə əsas verirki, 2025-ci ildə sülh sazişi imzalanmayacaqdır. Çünkü Azərbaycanın çox haqlı tələbləri mövcuddur. Yəni sülh sazişinin imzalanması üçün Ermənistan konstitusiyasında dəyişiklik etməlidir. Azərbaycana olan ərazi iddialarından birdəfəlik əl çəkməlidir”. Bu sözləri politoloq Elşad Mirbəşiroğlu SİA-ya açıqlamasında deyib. Onun sözlərinə görə, ATƏT-in Minsk qrupunun fəaliyyəti qarşılıqlı müraciət əsasında dayandırılmalıdır və bu istiqamətdə Ermənistan hər hansı real addım atmaq niyyətində deyil: “Sadəcə olaraq Ermənistan sülhdən çox danışır və bilir ki, Azərbaycanın şərtləri təmin olunmayınca sülh imzalanmayacaqdır. Ermənistan özünün pozitiv imicini formalaşdırmağa çalışır, guya…

Daha çox

Qazaxıstan OPEC+ sazişinə sadiq olduğunu bəyan edib

Qazaxıstan Respublikasının Energetika Nazirliyi bir sıra xarici medianın nəşrlərinə cavab olaraq, OPEC+ sazişinə tam sadiq olduğunu bəyan edir və öhdəliklərin yerinə yetirilməsi, o cümlədən müəyyən edilmiş kvotadan artıq hasil edilən həcmlərin kompensasiyası üzrə məqsədyönlü işi davam etdirir. SİA Qazaxıstan Energetika Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, eyni zamanda, cari ilin fevral ayında kvotaların artırılması Tengiz yatağında gələcək artım layihəsi çərçivəsində texnoloji proseslərlə şərtləndirilib. Bu layihə uzunmüddətli xarakter daşıyır və enerji resurslarının sabit təchizatını təmin etmək, eləcə də ortamüddətli öhdəlikləri yerinə yetirmək məqsədi daşıyır. Qeyd olunur ki, Qazaxıstanın energetika naziri…

Daha çox

“Münaqişələrdə ən çox zərər çəkən uşaqlardır”

“Zorakılıq adət edilən, zamanla öyrənilən bir davranışdır”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Lalə Mehralı deyib. O bildirib ki, təəsüflə qeyd etmək olar ki, uşaqlar ailədən təsirlənir, zorakılığı elə ailəsindən öyrənir: “Uşaqlıq və yeniyetməlik dövründə məişət zorakılığının tez-tez yaşandığı bir ailədə böyüyənlərin zorakılığa meyilli olduğu müşahidə edilir. Bundan əlavə, zorakılıq ailədən-ailəyə miras kimi keçə bilən, nəsildən-nəsilə ötürülən davranış növüdür. Ailədaxili zorakılıqdan ən çox zərər çəkənlər uşaqlardır. Ana-ata arasındakı mənəvi və fiziki basqının altında çox vaxt uşaqlar qalırlar. Valideynlər arasındakı anlaşmazlıqlardan, davalardan, zorakılıqdan uşaqların da payına düşür. Ailədaxili zorakılıq zamanı uşağa yönəlmiş,…

Daha çox

ADY gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) bütün strukturları bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. SİA-nın məlumatına görə, ADY-dən bildirilib ki, hərəkətin təhlükəsizliyinin davamlı təmin edilməsi, yüklərin və sərnişinlərin mənzil başına vaxtında çatdırılması məqsədilə hərəkət vasitələrinə texniki baxış keçirilib, reyslər üzrə mütəmadi reydlər, yoxlamalar təşkil edilib. Artan sərnişin tələbatı nəzərə alınaraq, 20-31 mart tarixlərində Bakı–Ağstafa–Bakı marşrutu üzrə 26 əlavə reys, həmin tarixlərdə Bakı–Qəbələ–Bakı marşrutu üzrə isə 20 əlavə reys təyin edilib. Belə ki, marşrutlar üzrə qatarlar hər gün hər iki istiqamətdə hərəkətdə olacaq. Bayram günlərində Bakı–Ağstafa–Bakı xətti üzrə hərəkət edən sürətli…

Daha çox

“Türkiyə-Azərbaycan iqtisadi gücünün artması türk birliyinin gücü deməkdir”

“İğdır- Naxçıvan qaz kəmərinin açılışı Türkiyə və Azərbaycan münasibətlərinin daha da genişlənməsi və dərinləşməsi istiqamətində əhəmiyyətli addımlardan, eyni zamanda Türk dünyasına verilən töhfələrdən biridir. Azərbaycan və Türkiyə qardaş dövlətlərdir, biz bir millət iki dövlətik və bu prinsiplərlə bütün platformalarda bir-birimizi dəstəkləyirik”. Bu sözləri Milli Məclisin deputatı Aydın Hüseynov SİA-ya açıqlamasında deyib. Onun sözlərinə görə, Azərbaycanın həyata keçirdiyi layihələrinin tam əksəriyyəti Türkiyə üzərindən reallaşmaqdadır və növbəti ən uğurlu layihələrdən biridə məhz İğdır-Naxçıvan qaz kəməridir: “İğdır-Naxçıvan qaz kəmərinin çəkilişi Naxçıvanın qaza, mavi yanacağı olan tələbatını tam ödəyəcək. Eyni zamanda bu qaz tələbatının…

Daha çox

Avropa İttifaqı Serbiyada gərginliyin azaldılmasına çağırıb

Serbiyadakı mövcud daxili siyasi vəziyyəti diqqətlə izləyirik, gərginliyin azaldılmasına və dialoqa çağırırıq. SİA xəbər verir ki, bu barədə martın 15-də Belqradda keçirilməsi nəzərdə tutulan etiraz aksiyasından əvvəl Aİ-nin informasiya xidmətinin açıqlamasında bildirilir. Avropa İttifaqı Serbiyanın ittifaqa üzvlük yolunda zəruri islahatları həyata keçirməklə bağlı bütün maraqlı tərəflərin, o cümlədən siyasi aktorların, institutların və vətəndaş cəmiyyəti üzvlərinin inklüziv dialoquna şərait yaratmaqla ölkədə gərginliyin azaldılmasına çağırıb. Aİ hesab edir ki, vətəndaşların iştirakı şəffaflığın və hesabatlılığın təşviqi də daxil olmaqla sağlam və demokratik cəmiyyətin inkişafında mühüm rol oynayır. Qeyd edək ki, martın 15-də Belqradda…

Daha çox

“Tonqal üzərindən tullanan şəxlər bir-birini gözləməlidir”

“Novruz bayramında Novruz şənliklərinin keçirildiyi məkanlarda, insanların cəmləşdiyi məkanlarda mütləq təhlükəsizlik məsələsi ön planda olmalıdır”. Bu sözləri SİA-ya təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev deyib. Onun sözlərinə görə, birinci növbədə tonqal qalanarkən onun yerini doğru-düzgün seçmək lazımdır: “Tonqal nəqliyyat sahələrindən, yaşayış və qeyri-yaşayış sahələrindən, elektrik dirəklərindən, yanma qabiliyyəti yüksək olan materiallardan minimum 15 metr məsafədə olmalıdır. Tonqal asfalt örtüyün üzərində deyil, metal örtüyün üzərində qalanmalıdır. Tədbir bitdikdən sonra mütləq odun tam söndüyünə əmin olduqda ərazi tərk edilməlidir. Əlverişsiz hava şəraitində tonqalın qalanması məqsədəuyğun deyil. Çünki külək yanan köz parçalarını ətrafa səpələyə…

Daha çox

Azərbaycan-İspaniya biznes forumu keçirilib

Bakıda İqtisadiyyat Nazirliyinin, İspaniyanın İqtisadiyyat, Ticarət və Biznes nazirliklərinin dəstəyi, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO, İspaniya İşəgötürənlər Təşkilatları Konfederasiyası, İspaniya İxrac və İnvestisiyalar İnstitutu və İspaniya Ticarət Palatasının birgə təşkilatçılığı ilə Azərbaycan-İspaniya biznes forumu keçirilib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, forumda hər iki ölkədən rəsmi şəxslərlə yanaşı, enerji, tikinti, logistika, infrastruktur və digər sahələrdə fəaliyyət göstərən 90-dan çox şirkətin nümayəndələri iştirak ediblər. Forumda çıxış edən iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev vurğulayıb ki, ölkələrimiz arasında iqtisadi əməkdaşlıq strateji səviyyəyə çatıb. Qeyd olunub ki, İspaniya…

Daha çox