ABŞ Rusiyanı yeni sanksiyalarla vurdu

Amerika Birləşmiş Ştatları Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edir ki, bu da enerji sektoruna və banklara məhdudiyyətlərlə nəticələnəcək. SİA xəbər verir ki, bu barədə CBS telekanalı ABŞ Prezidenti Donald Trampın administrasiyasındakı mənbələrə istinadla məlumat yayıb. Mənbə bildirib ki, Rusiya tərəfi bu qərarla razılaşmır və bu tədbirləri qanunsuz hesab edir. Lakin Amerika tərəfi məhdudiyyətlərin tətbiqi barədə hələlik rəsmi açıqlama verməyib. Qərb mediası əvvəllər Amerikanın sanksiyalar altında banklar vasitəsilə Rusiyanın enerji resursları üzrə əməliyyatların həyata keçirildiyi ümumi lisenziyanı yeniləmədiyini yazmışdı. Mütəxəssislər hesab edirlər ki, bu taktika Avropaya təzyiq göstərmək üçün seçilib ki,…

Daha çox

Əmək sahəsi üzrə 57 milli standart hazırlanaraq təsdiq edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin sədrliyi ilə fəaliyyət göstərən “Əmək sahəsində” standartlaşdırma (AZSTAND/TK21) üzrə Texniki Komitənin fəaliyyət planına əsasən əmək sahəsi üzrə 57 milli standart hazırlanaraq Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən dövlət standartı kimi təsdiq edilib. SİA xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb. Beynəlxalq Əmək Təşkilatının “Əməyin Təhlükəsizliyi və Gigiyenası haqqında” 155 nömrəli Konvensiyasının tələblərinə uyğun hazırlanan standartlardan: – 10-u fərdi mühafizə vasitələrinə, – 28-i əməyin mühafizəsi üzrə təlimatlara, – 11-i əməyin mühafizəsi üzrə tələblərə, – 8-i istehsalat mühitinin amilləri və fərdi mühafizə…

Daha çox

DGK biznes subyektləri üçün daha əlverişli şərait yaradacaq

Dövlət Gömrük Komitəsinin (DGK) 2025-2030-cu illəri əhatə edən “Gömrük İNKİŞAF modeli”ndə rəqəmsallşma və texnoloji innovasiyaların tətbiqi əsasında səmərəli gömrük nəzarətinin təşkili vasitəsilə iqtisadi və milli təhlükəsizliyin qorunması gələcəyə baxış kimi müəyyən edilib. SİA xəbər verir ki, bunu “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş “Maliyyə nəzarəti – dövlətin və özəl sektorun konstitusion hüquqlarının qorunmasının təminatçısı kimi” mövzusunda keçirilən konfransda Dövlət Gömrük Komitəsi sədrinin müavini Natiq Şirinov deyib. Onun sözlərinə görə, xüsusilə “Elektron Hesablaşma Sistemi”, “Optimallaşdırılmış Risk Analiz Sistemi” və “Səlahiyyətli İqtisadi Operatorlar” kimi layihələr biznes subyektləri üçün daha əlverişli şərait yaradacaq.…

Daha çox

Prosedurların asanlaşdırılması istiqamətində işlərə başlanılıb

Ötən il münaqişə baş verən ölkələrdə yaşayan və həmin ölkələrin vətəndaşı olan azərbaycanlıların Azərbaycan vətəndaşlığına qəbul edilməsi üçün müəyyən güzəştlərin tətbiq edilməsi və prosedurların asanlaşdırılması istiqamətində işlərə başlanılıb. SİA xəbər verir ki, bununla bağlı məlumat Nazirlər Kabinetinin 2024-cü ildəki fəaliyyəti haqqında hesabatında əks olunub. Bildirilib ki, bu addım azərbaycanlıların müharibələrdə həlak olmasının qarşısının alınması məqsədilə atılıb. Həmçinin xarici ölkələrdə hərbi münaqişə, dini radikalizm, ekstremizm və insan alveri qurbanı olmuş və ya bu sahədə müəyyən çətinliklərlə üzləşmiş Azərbaycan vətəndaşlarına konsulluq və hüquqi yardımın daha da gücləndirilməsi istiqamətində işlər görülüb. Bunlarla yanaşı,…

Daha çox

Türkiyə regionda sülhün təmin olunması üçün lazım olan hər şeyi edir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaranın regionda sülhün yaxınlaşdırılmasına töhfə verəcək addımlar atmaq niyyətində olduğunu bəyan edib. SİA xəbər verir ki, Ankarada “Beştepe” Konqres Mərkəzində çıxış edən Türkiyə dövlət başçısı vurğulayıb ki, Ankara “regionda və onun hüdudlarından kənarda sülhün, ədalətin və sabitliyin təmin edilməsi” məsələsində qətiyyətlidir. Ərdoğanın sözlərinə görə, Türkiyə ədalətsizliyi aradan qaldırmağa və dost ölkələrə təzyiqlərin qarşısını almağa çalışır. “Bizə harada ehtiyac varsa, oradayıq. Türkiyəni ziddiyyətlərin həlli mərkəzinə çevirmək yolunda qətiyyətlə irəliləyirik”, – deyə Prezident bildirib. Dövlət başçısı, həmçinin, Türkiyədə xeyriyyə həftəsinin təsis edildiyini elan edib. Bu çərçivədə hər…

Daha çox

YAP Səbail rayon təşkilatı şəhid ailələri və qazilər üçün iftar süfrəsi açıb

Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı müqəddəs Ramazan ayı münasibətilə şəhid ailələri və qazilər üçün iftar süfrəsi açıb. SİA xəbər verir ki, iftar mərasimində YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, şəhid ailələri və qazilər iştirak ediblər. Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mərasimdə çıxış edənlər Ramazan ayının insanlarda mənəvi saflıq və paklıq hisslərini gücləndirdiyini vurğulayıblar. Eyni zamanda, şəhid ailələrinə göstərilən diqqət və qayğının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğu qeyd olunub. Ölkə başçısının şəhid…

Daha çox

BƏƏ şirkəti ilə “Qaradağ” GES və “Meqa” layihənin icrası müzakirə olunub

“AzərEnerji” ASC və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında istismarda olan “Qaradağ” Günəş Elektrik Stansiyası və “Meqa” layihənin icra strategiyası barədə müzakirələr aparılıb. Bu barədə SİA “AzərEnerji”yə istinadən xəbər verir. Müzakirələr səhmdar cəmiyyətin rəhbəri Baba Rzayevlə “Masdar” şirkətinin əməliyyat üzrə rəhbəri Abdulaziz Alobaidlinin başçılıq etdiyi nümayəndə heyəti arasında keçirilən görüşdə baş tutub. Görüşdə əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivlər haqda fikir mübadiləsi aparılıb.

Daha çox

Azərbaycan ATƏT-in vahid büdcəsindən pul ayrılmasının əleyhinə olub

Azərbaycan 2024-cü ildə ATƏT-in vahid büdcəsi üzrə müzakirələrdə Minsk Prosesinə aid ATƏT təsisatlarının proqram fəaliyyətlərinə vahid büdcədən vəsait ayrılmasının əleyhinə olub. SİA xəbər verir ki, bununla bağlı məlumat Nazirlər Kabinetinin 2024-cü ildəki fəaliyyəti haqqında hesabatında əks olunub. Bildirilib ki, buna səbəb Minsk Prosesinə aid ATƏT təsisatlarının (Minsk Qrupu, şəxsi nümayəndə A.Kaspşik və Yüksək Səviyyəli Planlaşdırma Qrupu) program fəaliyyətləri ilə bağlı konsensusun olmaması olub. Diqqətə çatdırılıb ki, il ərzində ATƏT-in strukturlarında aparılan müzakirələr izlənmiş, Azərbaycan üçün əsas əhəmiyyət kəsb edən məsələlərə, o cümlədən postmünaqişə dövrü ilə əlaqədar ATƏT-in icraçı strukturlarının Azərbaycanın…

Daha çox

Bəzi Fransa həbsxanalarında dustaq sayı normadan 2 dəfə çoxdur

Fransada həbsxanada olanların sayı rekord həddə çatıb. SİA “Figaro”ya istinadla xəbər verir ki, bu barədə ölkənin Ədliyyə Nazirliyi məlumat yayıb. Fevralın 1-nə olan məlumata görə, Fransanın cəzaçəkmə müəssisələrində 81 599 nəfər saxlanılır. Normativə görə ölkə həbsxanalarının tutumu 62363 yerdir. Penitensiar müəssisələrdə ümumi sıxlıq 130,8 faizdir. 18 həbsxanada sıxlıq 200 faizi ötüb. İstintaq təcridxanalarında isə bu göstərici 159 faizdir. Bundan başqa, ölkədə 17 181 nəfər elektron qolbaq tətbiq edilməklə ev dustağıdır. Avropa Şurasının 2024-cü ildəki hesabatında göstərilir ki, Penitensiar müəssisələrdəki sıxlığa görə Fransa qitədə yalnız Kipr və Rumıniyadan geri qalır. Qısamüddətli…

Daha çox

“Məqsədə gedən yolu qiymətləndirmək vacibdir”

“Bir çox insan uzun müddət arzuladığı bir şeyi əldə etdikdən sonra ona qarşı marağının və həvəsinin azaldığını hiss edir”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Zeynəb Eyyubova deyib. Psixoloq sözlərinə belə davam edib: “Bu hal psixologiyada geniş tədqiq olunan mövzulardandır və bir neçə əsas səbəbi var: Beynimiz motivasiyanı artırmaq üçün dopamin adlı neyrotransmitterdən istifadə edir. Bir şeyi əldə etmək yolunda dopamin səviyyəsi artır və biz həmin məqsədə çatmaq üçün böyük istək hiss edirik. Lakin məqsəd reallaşdıqdan sonra dopamin səviyyəsi enir və artıq eyni dərəcədə həzz hiss olunmur. Bu, insanın təbii olaraq…

Daha çox