ABŞ lideri Donald Tramp keçmiş prezident Co Baydenin övladları Hanter Bayden və Eşli Bayden üçün Məxfi Xidmətin mühafizəsini ləğv edib. SİA xəbər verir ki, Tramp bu barədə “Truth Social” hesabından yazıb. Onun sözlərinə görə, Hanter və Eşli Məxfi Xidmət tərəfindən qorunan şəxslərin siyahısından çıxarılacaq. “Bu andan etibarən Hanter Bayden daha Məxfi Xidmətin mühafizəsi altında olmayacaq. Eşli Bayden də siyahıdan çıxarılacaq”, – paylaşımda deyilir. Tramp qeyd edib ki, Hanteri 18, Eşli və Cil Baydeni isə 13 işçi mühafizə edirdi.