“Ölkəmiz dünyəvi sistemlə idarə olunur”


“Ölkəmiz dünyəvi sistemlə idarə olunur”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, i.f.d. Vüqar Səmədov deyib.

O bildirib ki, bu dünyəvi sistemdə də hər şey bəllidir: “Din dövlətin işlərinə qarışmır. Dövlət dinlə idarə olunmur, konstitusiya ilə idarə olunur. Xalqımızın çoxu müsəlman olsa da, dövlət bütün dinlərə eyni yanaşır. Hər kəs konstitusiya qarşısında eyni məsuliyyəti daşıyır. Ölkəmizdə olan digər dinlərə də konstitusiyamız təminatını verib. Çox multikultural, mədəni şəkildə ölkəmizdə həm yəhudilər, həm xiristianlar, müxtəlif din mənsublarının haqları, hürriyyətləri təmin olunur.

Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınmışdır. Multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olmuş, bu gün isə milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyat tərzinə çevrilmişdir. Azərbaycan xalqının zəngin multikultural keçmişi təkcə xalqımızın bugünkü tolerant yaşam tərzi ilə deyil, həm də yaratmış olduğu ədəbi-bədii, elmi-fəlsəfi, siyasi-hüquqi qaynaqlarda, sənədlərdə yaşayır.

Zərərli cərəyanlarla da hər zaman Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi iş görür. Ölkəmizin daha gözəl, daha uğurlu gələcəyi uğrunda lazımi addımları atırlar. Bunlar sadəcə müşahidəyə dayanan bilgilərdir”.

Əlaqəli Xəbərlər