BDYPİ əhaliyə müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) qeyri-iş günlərində xidmətin təşkili ilə bağlı əhaliyə müraciət edib. SİA-nın məlumatına görə, müraciətdə qeyd olunub ki, bayramla əlaqədar qeyri-iş günlərində vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə, paytaxtın Sabunçu və Qaradağ rayonları ərazisində yerləşən texniki müayinə mərkəzləri fasiləsiz olaraq, hər gün saat 09:00-dan 23:00-dək fəaliyyət göstərəcək. Bununla yanaşı, qeyri-iş günlərində nəqliyyat vasitələri ilə bağlı qeydiyyat hərəkətlərinin aparılması, həmçinin təyin olunmuş imtahanların keçirilməsi prosesində fasiləsizliyin təmin edilməsi üçün Baş DYP İdarəsinin Qeydiyyat-imtahan idarəsində, eləcə də regionlarda fəaliyyət göstərən qeydiyyat-imtahan və texniki baxış şöbələrində xidmət saat 09:00-dan 18:00-dək…

Daha çox

MM vergi-rüsumdan azadetmə sənədinin icazələr siyahısına salınmasını təsdiqləyib

Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların idxalının 2033-cü ilə qədər əlavə dəyər vergisindən (ƏDV) və gömrük rüsumlarından azad edilməsi ilə bağlı təsdiqedici sənəd icazələrin siyahısına daxil edilir. SİA xəbər verir ki, bununla bağlı “Lisenziyalar və icazələr haqqında” qanunda dəyişikliklər Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Qeyd edilib ki, qanun layihəsi “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 9 dekabr 2022-ci il tarixli və “Gömrük tarifi haqqında” qanunda dəyişiklik edilməsi haqqında” 23 dekabr 2022-ci il tarixli qanunlara…

Daha çox

Azərbaycan Prezidenti şimali makedoniyalı həmkarına başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev şimali makedoniyalı həmkarı Qordana Silyanovska-Davkovaya başsağlığı məktubu göndərib. SİA-nın məlumatına görə, başsağlığında deyilir: “Hörmətli xanım Prezident, Koçani şəhərində baş vermiş faciəli hadisə nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması xəbəri bizi son dərəcə sarsıtdı. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Şimali Makedoniya xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm”.

Daha çox

Rusiya və ABŞ münasibətləri canlandırmaq yolundadır

Rusiya Federasiyası və Amerika Birləşmiş Ştatları münasibətləri canlandırmaq yolundadır. SİA-nın məlumatına görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Birinci Kanalın efirində deyib. O qeyd edib ki, Rusiya lideri Vladimir Putin və Ağ Ev rəhbəri Donald Tramp arasında gözlənilən söhbət mühüm addımdır. Kreml rəsmi olaraq Putinlə Tramp arasında telefon danışığının martın 18-də baş tutacağını təsdiqləyib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov onun gündəliyini açıqlamasa da, Amerika lideri daha əvvəl Putinlə ərazi məsələsini və AES üzərində nəzarəti müzakirə etmək niyyətində olduğunu bildirmişdi. Almaniyanın xarici işlər naziri Annalena Baerbok Trampı Ukraynanın zərərinə…

Daha çox

İlham Əliyev Bosniya və Herseqovinanın Nazirlər Şurası sədrinin müavinini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev martın 17-də Bosniya və Herseqovinanın Nazirlər Şurası sədrinin müavini və müdafiə naziri Zukan Helezi qəbul edib. SİA xəbər verir ki, söhbət zamanı Azərbaycan ilə Bosniya və Herseqovina arasında müxtəlif sahələrdə, o cümlədən hərbi sahədə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb, ölkələrin Müdafiə nazirliklərinin və müdafiə sənayesi qurumlarının əməkdaşlığının genişləndirilməsinin önəmi vurğulanıb. Qonaq Vətən müharibəsində Azərbaycanın qazandığı Qələbənin əhəmiyyətini qeyd edib. Zukan Helez Azərbaycanın Bosniya və Herseqovinada müxtəlif sahələrdə təmsil olunmasının önəmini diqqətə çatdırıb və gələcəkdə də bu istiqamətdə əməkdaşlığa hazır olduqlarını deyib. Bosniya və Herseqovinaya rəsmi səfərini…

Daha çox

İraqda 7 milyon ədəd narkotik həbin qaçaqmalçılığının qarşısı alınıb

İraqda 7 milyon ədəd amfetamin tərkibli narkotik həbin qaçaqmalçılıq cəhdinin qarşısı alınıb. SİA AZƏRTAC-a istinadən xəbər verir ki, əməliyyat narkotik qaçaqmalçılığı ilə məşğul olan cinayətkar şəbəkələrin fəaliyyətini öncədən izləmək məqsədilə aparılan təhlükəsizlik tədbirləri çərçivəsində Səudiyyə Ərəbistanının Narkotiklərlə Mübarizə Baş İdarəsi ilə İraqın müvafiq qurumu arasında əməkdaşlıq nəticəsində baş tutub. Qeyd olunur ki, narkotik tərkibli həblər uşaq oyuncaqları və ütü masaları yüklü bir ticarət göndərişində gizlədilibmiş.

Daha çox

Türkiyənin tarixi irsi olan Karahantəpə xüsusi örtüklə mühafizə olunacaq

Türkiyənin Şanlıurfa şəhərində yerləşən və dünyanın ən qədim arxeoloji abidələrindən biri sayılan Karahantəpə – Neolit dövrü məkanı qoruyucu dam örtüyü ilə təchiz ediləcək. SİA xəbər verir ki, bu layihə, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçirilən və ölkə boyunca qazıntı və bərpa işlərini bütün fəsillər ərzində davam etdirməyi hədəfləyən “Gələcək üçün İrs” proqramı çərçivəsində icra olunur. Son dam örtüyü təşəbbüsü Karahantəpənin minilliklər boyu qorunub saxlanılmış irsini mühafizə edəcək və onun gələcək nəsillərə ötürülməsini təmin edəcək. Təxminən 5,000 kvadratmetr sahəni əhatə edəcək bu dam örtüyü tarixi məkanı təbii təsirlərdən qorumaq…

Daha çox

“Qlobal istiləşmə ciddi fəsadlar verir”

İqlim dəyişmələri nəticəsində atmosferə buraxılan korbin emisyonları orta illik temperaturun 1.5 dərəcə artmasına səbəb olub. Bu tendensiya davam etsə, orta ilik temperaturun gələcək onilliklərdə 2 dərəcəyə yaxınlaşma riski var. Alimlərin hesablamalarına görə, bu da gələcəkdə böyük təbii fəlakətlərin olmasına səbəb ola bilər”. Bu sözləri SİA-ya açıqlamasında ETSN yanında ictimai şuranın sədri Amin Məmmədov deyib. Onun sözlərinə görə, bir çox qitələrdə əsasən quraqlıq geniş yayılır: “Bu da ərzaq təhlükəsizliyinə birbaşa təsir edir. Həmçinin daşqınlar və sellər, meşə yanğınları baş verir. Bunlar hamısı təbiətə çox böyük ziyan vurur. Yəni biomüxtəlifliyinə, bitki aləmin…

Daha çox

Bəzi küçələrdə qaz olmayacaq

Bu gün Bakının Yasamal və Suraxanı rayonlarının bəzi küçələrində qaz təchizatı dayandırılacaq. Bu barədə SİA Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir. Bildirilib ki, Yasamal rayonu, H.Zərdabi küçəsində qaz quyusundakı siyirtmədə aşkar olunmuş sızmanın aradan qaldırılması, Suraxanı rayonu, O.Şabanov küçəsinda qaz sayğaclarının giriş hissələrinin fleks üsulu ilə yığılması məqsədilə martın 18-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Qaz təchizatı dayandırılan müddətdə Yasamal rayonunun H.Zərdabi küçəsi və Tiblisi prospektinin bir hissəsinin, Suraxanı rayonunun isə O.Şabanov küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Daha çox

Parlamentlərarası əlaqələr Azərbaycan və Rusiya əməkdaşlığında xüsusi yer tutur

Azərbaycan və Rusiyanı çoxəsrlik dostluq əlaqələri bağlayır. SİA xəbər verir ki, bunu Milli Məclisin birinci vitse-spikeri Əli Əhmədov Azərbaycan-Rusiya Parlamentlərarası Əməkdaşlıq Komissiyasının 22-ci iclasında bildirib. “Parlamentlərarası əlaqələr iki ölkənin əməkdaşlığında xüsusi yer tutur, bu, əməkdaşlığımızın formalaşmasına töhfə verən mühüm mexanizmdir”, – o qeyd edib. Ə.Əhmədov, həmçinin Azərbaycan və Rusiyada keçirilən seçkilərdə müşahidə missiyalarının mübadilə təcrübəsinin səmərəliliyini də vurğulayıb. Milli Məclisin birinci vitse-spikeri parlamentlər arasında əməkdaşlığın yüksək səviyyəyə çatdığını və münasibətlərin gələcək inkişafına ümid ifadə edib.

Daha çox