Böyük Britaniyanın Kral Apellyasiya məhkəməsi Nyuport şəhər zibilxanasında itmiş, içərisində 7500 bitkoin olan sərt diskin axtarışına icazə verilməsi ilə bağlı Ceyms Hauelsin vəsatətini rədd edib. SİA “Cointelegraph”a istinadla xəbər verir ki, 12 il əvvəl içində minlərlə kriptovalyuta olan sərt diski təsadüfən atan britaniyalı Ceyms Hauels bitkoinlərini qaytarmaq cəhdlərindən əl çəkmək niyyətində deyil. Bu illər ərzində o, zibilxanada kriptovalyutanın olduğu cihazı tapmaq üçün Nyuport şəhər administrasiyasına tullantıların çeşidlənməsi və tapılan kriptovalyutanın bölüşdürülməsi ilə bağlı planlar təklif edib. Lakin rəsmilər dəfələrlə onun müraciətini rədd ediblər. Məhkəmə sənədləri ilə tanış olan jurnalistlər bildiriblər…
Daha çoxDay: March 18, 2025
6 rəqəmi ona uğur gətirdi – Lotereyada 50.000 manat qazandı – VİDEO
6 rəqəmi ona uğur gətirdi – Lotereyada 50.000 manat qazandı – VİDEO
Daha çoxQızılın qiyməti tarixi maksimumu yeniləyib
Əmtəə bazarlarında qızılın bir troya unsiyası üzrə fyuçerslərin qiyməti yenidən tarixi maksimumu yeniləyib. SİA birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə aprel fyuçerslərinin qiyməti 0,64% artaraq 3 025,22 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün bir unsiyası üzrə may fyuçerslərinin qiyməti isə 0,73% artaraq 34,56 ABŞ dollarına bərabər olub.
Daha çox“Azərbaycan dünyada sülhün və istiqrarın bərpa olunması üçün səylə çalışır”
“Bir neçə gün bundan öncə Azərbaycan növbəti dəfə mötəbər tədbirə ev sahibliyi etdi”. Bunu SİA-ya Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib. Onun sözlərinə görə, bütün dünyanın nəbzi yenidən Azərbaycanda döyüldü, dünyanın aparıcı media qurumlarının, dünya liderlərinin diqqəti yenidən Azərbaycana yönəldi: “Prezident İlham Əliyevin bilavasitə diqqət və qayğısı ilə fəaliyyətə başlayan XII Qlobal Bakı Forumu həm də Azərbaycanın dünyada həllini gözləyən qlobal məsələlərin həllinə mühüm töhfəsidir. Bu bir daha onu göstərdi ki, bir çox dövlətlərdən fərqli olaraq Azərbaycan dünyada baş verən qlobal hadisələrə laqeyd və biganə deyil, Azərbaycan dünyada sülhün və…
Daha çoxABŞ Ukraynaya hərbi yardımın bərpa olunduğunu təsdiqləyib
ABŞ Ukraynaya hərbi yardımın və kəşfiyyat məlumatlarının mübadiləsini bərpa edib. SİA xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələri Mərkəzi Komandanlığının (CENTCOM) Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Aleksus Qrinkeviç jurnalistlər üçün keçirdiyi brifinqdə deyib. O bildirib ki, hər şey əvvəlki kimi davam edir. Qeyd edək ki, daha əvvəl ABŞ-nin Ukraynaya hərbi yardımı və kəşfiyyat məlumatlarının mübadiləsini dayandırması barədə məlumat yayılmışdı.
Daha çoxNiyə insanlarda bayrama həvəs yoxdur?
“Son dövrlərdə insanların bayram əhvalının azalması, cəmiyyətdə psixoloji və sosial dəyişikliklərin nəticəsidir. Bu dəyişikliklər, təkcə iqtisadi və texnoloji sahələrdəki inkişaflarla əlaqəli deyil, həm də insanların həyat tərzinin və mənəvi vəziyyətinin dəyişməsi ilə sıx bağlıdır”. Bu sözləri SİA-ya açıqlamasında sosial məsələlər üzrə ekspert Ramal Əliyev deyib. Ramal Əliyev sözlərinə belə davam edib: “Əvvəllər, yəni 30-40 il əvvəl, insanların həyat səviyyələri bir-birinə çox yaxın idi. Evlərindəki məişət əşyaları, avtomobillər, hətta tikdikləri evlərin layihələri eynilik təşkil edirdi. İnsanlar daha sadə və təbii həyat tərzi keçirir, daha az maddi qayğılara sahib olurdular. Bu dövrdə,…
Daha çoxKriptovalyuta bazarının son göstəriciləri
Martın 18-də kriptovalyuta birjalarında “Bitcoin”in qiyməti cüzi azalıb. SİA xəbər verir ki, dünyanın ən bahalı kriptovalyutası Bakı vaxtı ilə saat 9:45-də “CoinMarketCap” platformasında 0.21% ucuzlaşaraq 83 049 ABŞ dolları təşkil edib. Son bir gündə “Ethereum”un qiymətində isə artımmüşahidə edilib. Sözügedən kriptovalyutanın dəyəri 0.57% artaraq 1 908 ABŞ dollarına bərabər olub. İlk beşlikdə olan XRP son sutkada 1.88% azalıb, BNB isə 1.28% bahalaşıb. Qeyd edək ki, “Bitkoin”in ən yüksək qiyməti ötən il dekabrın 16-da qeydə alınıb və qiyməti 108 min dolları ötüb.
Daha çoxBaydenin övladlarını daha Məxfi Xidmət qorumayacaq
ABŞ lideri Donald Tramp keçmiş prezident Co Baydenin övladları Hanter Bayden və Eşli Bayden üçün Məxfi Xidmətin mühafizəsini ləğv edib. SİA xəbər verir ki, Tramp bu barədə “Truth Social” hesabından yazıb. Onun sözlərinə görə, Hanter və Eşli Məxfi Xidmət tərəfindən qorunan şəxslərin siyahısından çıxarılacaq. “Bu andan etibarən Hanter Bayden daha Məxfi Xidmətin mühafizəsi altında olmayacaq. Eşli Bayden də siyahıdan çıxarılacaq”, – paylaşımda deyilir. Tramp qeyd edib ki, Hanteri 18, Eşli və Cil Baydeni isə 13 işçi mühafizə edirdi.
Daha çoxMüddətdən artıq həqiqi hərbi xidmətə qəbul elan edilib
Müdafiə Nazirliyi müddətdən artıq həqiqi hərbi xidmətə qəbul elan edib. SİA xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb. Sənəd qəbulu cari ilin 30 aprel tarixinədək baş tutacaq. “Sənəd qəbulu 18 mart – 30 aprel tarixlərində (bayram və qeyri-iş günləri daxil) elektron qaydada, həmçinin 1 aprel – 30 aprel tarixlərində regional sənəd qəbulu mərkəzlərində olmaqla iki formada həyata keçiriləcək. Sənəd qəbulu mərkəzləri Gəncə, Sumqayıt, Lənkəran, Mingəçevir, Quba, Ağcabədi və Şirvan şəhərlərində yerləşən Dövlət Məşğulluq Agentliyinin məşğulluq filiallarında və xidmət şöbələrində, Bakı şəhərində isə Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi…
Daha çoxNəqliyyat və turizm xidmətləri üzrə balansımız profisitlidir
Sevindirici haldır ki, Azərbaycanın xidmətlər balansında iki maddə – Bunlar nəqliyyat və turizm xidmətləri üzrə balans profisitlidir. SİA xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən mətbuat konfrasında qurumun Statistika departamentinin direktoru Samir Nəsirov bildirib. Onun sözlərinə görə, ötən il nəqliyyat xidmətləri balansında 1,3 milyard ABŞ dolları profisit qeydə alınıb: “Nəqliyyat xidmətləri dedikdə burda əsasən yük daşımaları, o cümlədən tranzit daşımaları nəzərdə tutulur. Hesabaat dövründə turizm xidmətləri balansında isə 451 milyon ABŞ dolları profisit qeydə alınıb. Bu da əvvəlki illə müqayisədə 32 % çoxdur”.
Daha çox