Sabah Şərur rayonunun bir sıra kəndlərinə qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
SİA-nın məlumatına görə, Naxçıvan Qaz İstismar Xidmətindən bildirilib ki, rayonun Mahmudkənd, Zeyvə, Düdəngə və Cəlilkənd kəndlərini mavi yanacaqla təchiz edən 159 millimetrlik boruda çat yaranıb.
Martın 23-də saat 10-00-dan 12:00-dək təmir işlərinin aparılması məqsədilə həmin kəndlərə qazın verilişində müvəqqəti fasilə yaranacaq. Təmir işləri başa çatdıqdan sonra qaz təchizatı bərpa ediləcək.