ABŞ senatoru Rusiya və Çini ittiham edib

Rusiya və Çinin ABŞ administrasiyasının yüksək rütbəli rəsmiləri tərəfindən Yəməndəki zərbələr barədə məlumat vermək üçün istifadə edilən Signal messencerini sındırmağa cəhd etdiyi iddia edilir. SİA-nın məlumatına görə, ABC News xəbər verir ki, bunu ABŞ Senatında Demokratlar Partiyasının kokusunun rəhbərinin müavini və Senatın Kəşfiyyat Komitəsinin sədr müavini Mark Uorner bildirib. …Bizdə Çin və Rusiyanın “Signal”ı sındırmağa çalışdığı barədə məlumatlar var,- o, məlumatının mənbəyini açıqlamadan telekanala deyib. Siyasətçi əlavə edib ki, özü də bu messencerdən istifadə edir və həmçinin, onun sözlərinə görə, istifadəçi məlumatlarını oğurlamaq üçün istifadə oluna bilən zərərli proqramların smartfonlara…

Daha çox

Sabahdan Abşeron dairəvi marşrutu üzrə qatarlar yeni qrafiklə hərəkət edəcək

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin sıxlığının qismən tənzimlənməsi məqsədilə 1aprelin 1-dən Abşeron dairəvi dəmiryol marşrutu üzrə qatarların qrafikini optimallaşdırır. SİA xəbər verir ki, bu marşrut üzrə həftənin iş, şənbə və bazar günləri ümumilikdə 61 reys əlavə olunur. İş günləri (həftəiçi) reyslərin sayı 66-dan 92-yə çatdırılır. Yeni hərəkət cədvəlinə əsasən, Bakı–Pirşağı–Sumqayıt və Bakı–Xırdalan–Sumqayıt marşrutları üzrə reyslərin sayı artırılır və xüsusən günorta saatlarında qatarlararası interval azaldılır. Həmçinin qatarların iş günləri, şənbə və bazar günləri üçün ayrı-ayrılıqda üç hərəkət cədvəli tərtib edilib. İş günlərində Bakı–Xırdalan–Sumqayıt–Bakı marşrutu üzrə reyslərin sayı 24-dən 36-ya, Bakı–Pirşağı–Sumqayıt–Bakı…

Daha çox

Dünya Bankı Qazaxıstanda karbon bazarının inkişafı üçün 4,8 milyon dollar ayırıb

Dünya Bankı Qazaxıstanda tullantıların kvotası üzrə ticarəti sisteminin inkişafına və karbon qiymətlərinin müəyyən edilməsi mexanizmlərinin ölkənin iqtisadi strategiyasına inteqrasiyasına yönəlmiş “Bazarın Reallaşdırılması üzrə Tərəfdaşlıq” (PMI) layihəsinin həyata keçirilməsi üçün 4,8 milyon ABŞ dolları məbləğində qrant ayırıb. SİA banka istinadən xəbər verir ki, layihə Qazaxıstanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi və ölkənin karbon bazarının operatoru olan “Jasıl Damu” SC ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Layihə 2028-ci il iyunun 30-dək həyata keçiriləcək. Qeyd edək ki, Qazaxıstan istixana qazları emissiyalarının ticarət sistemini tətbiq edən ilk Mərkəzi Asiya ölkəsi olub. Bu sistemin gücləndirilməsi və…

Daha çox

“Ermənistan tərəfinin təxribatçı cəhdlərinin qarşısı alınıb”

Martın 30-u saat 21:25 radələrində Ermənistan silahlı qüvvələri pilotsuz uçuş aparatı və dronlar vasitəsilə Qerenzur yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri ilə üzbəüz istiqamətdəki Azərbaycan Ordusunun mövqeləri üzərində yenidən kəşfiyyat xarakterli uçuşlar həyata keçirməyə cəhd edib. SİA xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi xəbər yayıb. Bildirilib ki, bölmələrimizin sayıqlığı nəticəsində Ermənistanın təxribatçı cəhdinin qarşısı alınmışdır. Bundan başqa, martın 30-u saat 22:30-dan 31-i saat 04:35-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus, Basarkeçər və Çəmbərək rayonları istiqamətlərindən Azərbaycan Ordusunun mövqelərini bir neçə dəfə atıcı silahlardan fasilələrlə atəşə tutub.

Daha çox

Britaniyada siyasətçilərin əksəriyyəti müsəlmandır…

Britaniyada ölkənin siyasi elitasında çoxlu müsəlmanların olduğunu müşahidə edilməkdədir. …Və bu arada SİA-nın məlumatına görə, bloqçu Averi Uorvik müsəlman inancını qəbul edən şəhər merlərinin siyahısını təqdim edib. Deməli, Londonun sükanı arxasında bir müsəlman var. Birminqem Şəhər Şurasına müsəlman rəhbərlik edir. Lids bir müsəlman tərəfindən idarə olunur. Blekbern də müsəlman tərəfindən idarə olunur. Şeffild müsəlmanların hakimiyyəti altındadır. Oksford meri müsəlmandır. Qeyd edək ki, TikTok kanalında bunu bildirən bloqqer, hazırda İngiltərədə 4 milyon müsəlmanın olduğuna da diqqət çəkib. Sonda Uorvik vurğulayıb ki, hər bir Britaniya məktəbi öz tədris proqramına İslamın əsaslarını daxil…

Daha çox

Niderlandda Azərbaycan icmasının üzvləri Ramazan bayramını qeyd ediblər

Haaqada “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Assosiasiyasının təşkilatçılığı ilə Ramazan bayramı qeyd edilib. SİA xəbər verir ki, bayram tədbirində Azərbaycanın Niderland Krallığındakı səfirliyinin diplomatları, Niderlandda, Almaniyada və Belçikada yaşayan Azərbaycan icmasının fəal üzvləri iştirak ediblər. Əvvəlcə Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçən oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Dövlət Himni səsləndirilib. “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Assosiasiyasının rəhbəri Mayisə Ağamirzəyeva assosiasiyanın fəaliyyəti haqqında məlumat verib və iştirakçıları bayram münasibəti ilə təbrik edib. Azərbaycanın Niderland Krallığındakı səfiri Məmməd Əhmədzadə Ramazan bayramı münasibətilə Azərbaycan icmasının üzvlərini təbrik edib və…

Daha çox

Azərbaycan Türkiyədən taxıl və paxlalıların idxalına çəkdiyi xərci 7 %-ə yaxın azaldıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan Türkiyədən 25,829 milyon ABŞ dolları dəyərində taxıl, paxlalılar, yağlı toxumları və onun məhsullarını idxal edib. SİA Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 6,7 % azdır. Təkcə fevralda isə Türkiyə Azərbaycana 14,035 milyon ABŞ dollarlıq taxıl, paxlalılar, yağlı toxumları və onun məhsullarını ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 3,2 % azdır. İki ayda Türkiyənin taxıl, paxlalılar, yağlı toxumları və onun məhsullarını ixracının ümumi dəyəri illik müqayisədə 2 % artaraq 2,098 milyard ABŞ dollarına, fevralda isə…

Daha çox

Hannoverdə qocalar evində yanğın baş verib, 25 nəfər xəsarət alıb

Almaniyanın Hannover şəhərində qocalar evində baş verən yanğın nəticəsində 25 nəfər xəsarət alıb. SİA yerli mənbələrə istinadən xəbər verir ki, onlardan üçünün vəziyyəti ağırdır. Xəsarət alanların əksəriyyəti tüstüdən zəhərlənib. Yanğının söndürülməsi üçün hadisə yerinə 140 yanğınsöndürən və 33 texnika cəlb edilib. Təxminən yüzə yaxın sakinin yaşadığı qocalar evinin binasının bir hissəsi yanğın nəticəsində yararsız vəziyyətə düşüb. Hazırda hadisənin səbəbləri araşdırılır.

Daha çox

Bibiheybət məscid-ziyarətgah Kompleksində Soyqırım Gününə həsr edilən tədbir keçirilib

Bibiheybət məscid-ziyarətgah Kompleksində 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı şəhid ailələrinin üzvləri və qazilərin iştirakı ilə anım tədbiri keçirilib. SİA xəbər verir ki, tədbirin əvvəlində Ulu Öndər Heydər Əiyevin, soyqırım qorbanıarının, torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Anım tədbirini açıq elan edən Bibiheybət Məscid-ziyarətgah Kompleksi dini icmasının rəhbəri, Qafqaz Müsəlmanları İdarəsi Qazilər Şurasının üzvü hacı Rahib Babayev bildirib ki, son iki yüz il ərzində ermənilərin “böyük Ermənistan” yaratmaq xülyalarını həyata keçirmək istiqamətində atdıqları addımlar Azərbaycan xalqına qarşı kütləvi…

Daha çox