Sabah hava necə olacaq?

Aprelin 2-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. SİA xəbər verir ki, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub şərq küləyi əsəcək. Havanın maksimal temperaturu, 18-22 dərəcə olacaq. Bölgələrdə də əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılır. Lakin səhər dağlıq ərazilərdən başlayaraq, bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli xarakterli olacağ və dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb külək gündüz arabir güclənəcək. Havanın maksimal temperaturu Aran rayonlarında 20-25, dağlıq ərazilərdə isə…

Daha çox

Prezident gənc istedadlara xüsusi təqaüdlər verilməsi üçün vəsait ayırıb

Gənc istedadlara xüsusi təqaüdlər veriləcək. SİA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sənədə əsasən, adları “Qızıl kitab”a yazılmış gənc istedadlara xüsusi təqaüdlərin verilməsi məqsədilə Prezidentin ehtiyat fondundan Mədəniyyət Nazirliyinə 98 min 794 manat məbləğində vəsait ayrılıb.

Daha çox

Beynəlxalq Novruz Festivalı Azərbaycan layihəsi həyata keçirilib

Avropa Tələbələr Forumu Bakı İctimai Biriliyi tərəfindən 17-23 mart tarixlərində paytaxt Bakı və Şamaxı şəhərlərində keçirilən Novruz bayramına həsr edilmiş Beynəlxalq Novruz Festivalı Azərbaycan (INFA) layihəsi uğurla yekunlaşıb. SİA xəbər verir ki, festivalın keçirilməsində əsas məqsəd Azərbaycan və Avropa ölkələrindən olan gənclər arasında mədəniyyətlərarası mübadilənin inkişafına töhfə vermək, onlar arasında ölkəmizin zəngin mədəni və tarixi irsinin tanıdılmasını təmin etmək, həmçinin qədim Novruz adət-ənənələrini beynəlxalq ictimaiyyətə təqdim etməkdir. Novruzun rəngarəng atmosferini birlikdə paylaşdığımız, 7 gün davam edən festivalda Türkiyə, Rusiya, İspaniya və Çexiya kimi müxtəlif ölkələrdən 25 xarici qonaq olmaqla, ümumilikdə…

Daha çox

Bayram günlərində 130 000-ə yaxın sərnişin daşınıb

Respublika ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar bayram günlərində əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün 19-31 mart tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərib. SİA xəbər verir ki, şəhərlərarası və rayonlararası marşrutlar üzrə sərnişin daşımalarının fasiləsiz və qrafiklərə uyğun həyata keçirliməsinə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən nəzarət olunub. Gücləndirilmiş iş rejimi ərzində paytaxtdan bölgələrə və əks istiqamətə 7386 reys həyata keçirilib, 130 000-ə yaxın sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb. Bu, son illərin rekord göstəricisidir. Adi günlərlə müqayisədə sərnişin tələbatını qarşılamaq üçün…

Daha çox

İvanovka kəndində əkin sahələrinin su təminatı yaxşılaşdırılacaq

İsmayıllı rayonunun İvanovka kəndində əkin sahələrinin suvarma suyu ilə təminatı yaxşılaşdırılacaq. SİA-nın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sənədə əsasən, İsmayıllı rayonunun İvanovka kəndində 1250 hektar əkin sahəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması üçün Prezidentin ehtiyat fondundan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə ilkin olaraq 5 milyon manat ayrılıb.

Daha çox

ABŞ-ın yeni avtomobil tarifləri Britaniyaya da təsir edəcək

Böyük Britaniya hökuməti ABŞ Prezidenti Donald Trampın aprelin 2-dən etibarən avtomobil və avtomobil hissələrinə tətbiq edəcəyi 25 faizlik yeni gömrük rüsumlarının ölkəyə təsir edəcəyini gözləyir. SİA “BBC”yə istinadla xəbər verir ki, Britaniya mallarının bu tariflərdən azad edilməsi üçün razılaşmanın vaxtında əldə olunmayacağı ehtimal edilir. Tramp, yeni tariflərin yalnız ABŞ ilə böyük ticarət balanssızlığı olan ölkələrə deyil, bütün ölkələrə şamil ediləcəyini bildirib. Baş nazirin sözçüsü bildirib ki, hökumət başçısı tariflər mövzusunda hər zaman milli maraqları qoruyacağını açıq şəkildə ifadə edib və Prezident Trampın elanından əvvəl bütün mümkün hallara qarşı hazırlıqlar görülüb:…

Daha çox

Tətil sonrası İŞ SİNDROMU

Bu gündən etibarən bayram tətilinin bitdiyini və sürətli iş mövsümünün başladığını qəbul etmək vaxtıdır. Bəs biz bayramdan sonra işə qayıtmağa nə dərəcədə hazırıq? SİA mövzu ilə bağlı araşdırma aparıb. Məlumdur ki, tətildən sonra gündəlik rejimə, yəni “real həyata” yenidən uyğunlaşmaq düşündüyümüzdən qat-qat çətindir. Bəs, tətil sonrası iş sindromu nədir? Onun təsirləri arasında oynaq və baş ağrısı ağrıları, diqqəti cəmləməkdə çətinlik, dözümsüzlük və asan qıcıqlanma, səhər oyanmaqda çətinlik, hətta həzm problemləri və iştahsızlıq ola bilər. İşini və iş mühitini sevməyənlər ən yüksək risk qrupundadır. Tətildən qayıtdıqdan sonra işə asanlıqla uyğunlaşmaq istəyirsinizsə,…

Daha çox

ADY bayram günlərində qatarlarla 130 mindən çox sərnişin daşıyıb

ADY bayram günlərində şəhərətrafı və rayonlararası qatarlarla 130 mindən çox sərnişin daşıyıb! SİA xəbər verir ki, 20-31 mart tarixlərində 132 124 nəfər, o cümlədən: Abşeron dairəvi dəmir yolu ilə 106 006 nəfər; Bakı-Ağstafa-Bakı marşrutu üzrə 17 763 nəfər; Bakı-Balakən-Bakı marşrutu üzrə 4 231, nəfər; Bakı-Qəbələ-Bakı marşrutu üzrə isə 4 124 nəfər rahat və təhlükəsiz səfər edib.

Daha çox