Azərbaycan gömrükçüləri xeyli miqdarda dərman preparatları aşkar edib

Dövlət Gömrük Komitəsinin Tovuz Gömrük İdarəsinin “Qırmızı körpü” gömrük postunda Gürcüstandan Azərbaycana gələn yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. SİA Komitəyə istinadən xəbər verir ki, yoxlama zamanı nəqliyyat vasitəsinin dartıcısında gömrük nəzarətindən gizlədilmiş 3920 ədəd “Trittico” adlı dərman preparatı aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Daha çox

“Ermənistanın hərbi-siyasi rəhbərliyi ikibaşlı oyun oynayır”

“Faktiki olaraq Ermənistanın hərbi-siyasi rəhbərliyi ikibaşlı oyun oynayır”. Bunu SİA-ya Milli Məclisin deputatı Elman Nəsirov deyib. O bildirib ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi bir- birinə zidd iki prosesi həyata keçirməkdədi və ikisinin də müəllifi Ermənistandır: “Birinci proses onunla bağlıdır ki, o özünü sülhpərvər göyərçin kimi təqdim edir və sülhə hazır olduğunun bir fonunu yaradır. Hətta 17 bəndlik sülh müqaviləsinin bütün bəndləri üzrə razılaşmanın olduğunu vurğulayır və sülh müqaviləsi imzalamağa hazır olduğunu bildirir. Bu çox müsbət bir davranışdır və bu davranış əməli addımlarla təsdiqini tapsa regiona dayanıqlı sülh gələ bilər. Eyni məharətlə…

Daha çox

OPEC+ ölkələri neft hasilatını 5 ildə rekord dərəcədə artırır..?

Yaxın ayda bazara yeni neft axınları daxil olacaq… …Donald Trampın OPEK ölkələrinə neft hasilatını artırmaq və qiymətləri aşağı salmaq çağırışları öz təsirini göstərib. SİA-nın məlumatına görə, bu barədə “The Moscow Times” yazır. …Cümə axşamı Rusiya da daxil olmaqla 23 neft ixrac edən ölkənin daxil olduğu OPEC+ kartelinin səkkiz ölkəsi neft hasilatının artırılması tempini kəskin surətdə sürətləndirmək planlarını açıqlayıb. May ayından etibarən təşkilatın əsas üzvləri, o cümlədən Səudiyyə Ərəbistanı, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt və İraq tədarükləri gündə 411 min barel artıracaq – bu, OPEC+-ın pandemiya böhranı…

Daha çox

Xaçmazda yanğın təhlükəli avtotəmir sexinin fəaliyyətini dayandırıb

Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Xaçmaz şəhəri, Bakı prospektində yerləşən Almasov Kamil Mehdi oğluna məxsus “KamAZ” avtomobil təmiri sexində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. SİA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib. Obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusunun quraşdırılmadığı, standarta uyğun olmayan elektrik və qaz cihazlarından istifadə edildiyi aşkarlanıb. Məlum olub ki, obyektdə elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən…

Daha çox

Aİ rəsmisi Azərbaycanla strateji enerji tərəfdaşlığını təsdiq edəcək

Sabah Avropa İttifaqının (Aİ) enerji və mənzil inşaatı üzrə komissarı Dan Yorqensen Bakıya gələcək, ittifaqla Azərbaycan arasında strateji enerji tərəfdaşlığını təsdiq edəcək. SİA Avropa Komissiyasına istinadən xəbər verir ki, o, Cənub Qaz Dəhlizi (SGC) Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci iclasında və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasında iştirak edəcək. D.Yorqensen SGC sessiyasının açılışında çıxış edəcək və tərəfdaş hökumətlərin nümayəndələri, qurum və şirkət rəhbərləri ilə birlikdə Nazirlər sessiyasında iştirak edəcək.

Daha çox

“Biz bu gün gənclərimizin hər biri ilə fəxr edirik!”

“Cənab Prezident tərəfindən “Gənc istedadlara təqaüdlərin verilməsi” ilə bağlı imzalanan sərəncam çox böyük bir dövlət diqqətinin, gənclərə göstərilən qayğının növbəti bariz nümunəsinin göstəricisi kimi qiymətləndirilməlidir. Azərbaycanın gənclər üçün siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edib davam etdirilir”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, deputat Jalə Əliyeva deyib. Onun sözlərinə görə, bu gün Azərbaycan gəncləri öz sözünü demək, özünü təsdiq etmək, bilik və bacarıqlarını günü-gündən inkişaf edən Azərbaycan qurucularının içində tətbiq etmək imkanlarına malikdirlər: “Azərbaycan gənclərinin istedadlarının üzə çıxarmasının dəstəklənməsi, dünyaya…

Daha çox

Dünya bazarında qızılın qiymətləri kəskin ucuzlaşıb

…Qlobal qızıl qiymətləri aprelin 3-də kəskin enməyə daxil olub. …Hazırda 2,81 faiz azalaraq troy unsiyası üçün 3077,2 dollara düşüb. SİA xəbər verir ki, bunu ticarət məlumatları sübut edir. Qiymətli metalın qiyməti rekord artımdan sonra düşür – çərşənbə günü ticarət zamanı səhərə qədər 3171,5 dollara düzəliş edərək bir unsiya üçün 3200 dolları keçib. Bu gün səhər saatlarında məlum olub ki, dollar ABŞ-ın 12 ən böyük ticarət tərəfdaşının valyutaları qarşısında sutka ərzində demək olar ki, 2 faiz ucuzlaşaraq son 2,5 ildə ən böyük itkisini verib. Bu dinamika bir gün əvvəl Donald Trampın…

Daha çox

Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi işdən çıxıb

Maliyyə Nazirliyi yanında Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi Elman Piriyev işdən çıxıb. Bu barədə SİA-ya nazirlikdən bildirilib. Məlumata görə, o, öz istəyi ilə vəzifəsini tərk edib və yerinə hələ ki, təyinat olmayıb. Bundan başqa, nazirlik yanında Dövlət Xəzinədarlıq Agentliyinin 1 saylı Xəzinədarlıq İdarəsinin rəisi Nadir Qarayev də öz arzusu ilə vəzifəsindən ayrılıb.

Daha çox

“Çalışsınlar ki, bu cür səhvlərdən uzaq olsunlar”

“Baş vermiş hadisə Almaniya siyasi elitasına başucalığı gətirmir”. Bunu SİA-ya politoloq Tofiq Abbasov deyib. Onun sözlərinə görə, belə səhvləri dayaz düşüncəli, dünyadan xəbəri olmayan insanlar, qruplar, cameələr edir. Almaniya çox ciddi, dünya arenasında qüdrətə malik məmləkətdir: “Almaniya dövlətinin tarixi dövründə çox ciddi düşünən beyinləri, siyasi cəhətdən püxtələşmiş, hazırlıqlı siyasətçiləri olub. Bu səhvi buraxan Frank-Valter Ştaynmayer özü deyil, onun komandasının məsuliyyətsiz üzvləridir. Onlar özlərini yekəxana aparıb, belə bir təəssürat yaradırlar ki, dünyadan xəbərdardırlar, bütün problemlərin təfərrüfatlarına bələddirlər, eləcə də digər məmləkətlərin qlobal səviyyəsindən qat-qat üstündürlər. Düzdür Almaniya iqtisadi qüdrət sahibi, dünya…

Daha çox