Sahibə Qafarovanın sədrlik müddəti uzadılıb

Milli Məclisin sədri Sahibə Qafarovanın Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinə sədrliyinin növbəti 3 illik dövr üçün yenilənməsi ilə bağlı qərar qəbul olunub. SİA xəbər verir ki, bununla bağlı Özbəkistanın paytaxtı Daşkənd şəhərində Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin dördüncü konfransında müzakirə aparılıb. Qeyd edilib ki, həmçinin sədr müavinlərinin də səlahiyyət müddəti növbəti dövr üçün artırılacaq. Konfransda bununla bərabər, Şəbəkəyə üzv parlamentlərin yekdil mövqeyini ifadə edən və bir sıra mühüm müddəaların əks olunduğu Daşkənd Bəyannaməsi qəbul olunub. Bəyannamədə digər məsələlərlə yanaşı, Parlament Şəbəkəsinin institusional çərçivəsinin daha da inkişaf etdirilməsi, o cümlədən, büro və daimi…

Daha çox

Polşa deyir ki, Tramp Krımı tanısa, böyük səhv edəcək…

…Amerika prezidenti Donald Tramp Rusiya Federasiyası ilə danışıqlar zamanı Krımı və digər əraziləri Rusiyanın bir hissəsi kimi tanısa, tarixi səhvə yol vermiş olacaq. Bunu Seymin Xarici Əlaqələr Komitəsinin rəhbəri və Polşa hökumətinin Ukrayna üzrə müşaviri Pavel Koval deyib. Onun sözlərinə görə, Ukraynanın keçmiş əraziləri qanuni olaraq Rusiya kimi tanınsa, Polşa və Avropa üçün qırmızı xətt keçiləcək. SİA-nın məlumatına görə, Koval əlavə edib ki, atəşkəs üçün “müvəqqəti həllər” ilə Moskvanın Krımın, Donbassın və ya Ukraynanın digər hissələrinin tanınması ilə bağlı gözləntilərini yerinə yetirmək arasında fərq var. “Financial Times” yazır bunu. SSRİ…

Daha çox

“Bu təfəkkürlə meymunlar da telefondan istifadə edə bilər”

“İnternet, telefon asılılıqları uşaqların həm koqnitiv proseslərinin inkişafına, həm tərbiyəsinə, həm də bir şəxsiyyət kimi vəmiyyət reallaşmasında çətinliklər törədir. Bu faktdır”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fatimə Bayramova deyib. Psixoloq sözlərinə belə davam edib: “Nəinki uşaqlar, eyni ilə böyüklər də bu asılılıqdan əziyyət çəkir, onların şəxsi həyatında problemlər, iş həyatında isə produktivliyinin qarşısını alır. Əsas amil telefondan, sosial şəbəkələrdən istifadə nəzarət altında olmalıdır. Yəni konkret rejimlə. Yeniyetmənin kəskin şəkildə telefona qadağa qoysaq aqressiya ilə üzləşə bilərik. Bu halı yaşamamaq üçün ilkin növbədə telefonun zərəri, onun mənfi tərəfləri, eyni zaman müsbət…

Daha çox

Azərbaycan-Türkiyə-Gürcüstan-Bolqarıstan enerji dəhlizi üzrə texniki işlərə start verilir

Bu həftə Sofiyada “Azərbaycan-Türkiyə-Gürcüstan-Bolqarıstan yaşıl enerji dəhlizi”nin reallaşdırılması üzrə texniki işlərə start veriləcək. Bu barədə SİA Bolqarıstanın Energetika Nazirliyinə istinadən xəbər verir. “Bu həftə Bolqarıstanda dörd ölkənin Bakıda memorandum imzaladığı “yaşıl enerji dəhlizi”nin yaradılması üzrə texniki işlərə başlanacaq. Müvafiq nazirliklərin nazir müavinləri və enerji operatorları yeni enerji dəhlizi üzərində işə başlamaq üçün Sofiyada bir araya gələcəklər”, – nazirlikdən bildirilib. Bolqarıstanın Energetika Nazirliyi dəqiqləşdirib ki, memorandumun imzalanması ilə dörd ölkənin nazirləri dərhal nazir müavinləri səviyyəsində işçi qrupunun formalaşdırılması barədə razılığa gəliblər. “Texniki-iqtisadi əsaslandırmaların hazırlanması prosesinin başlanmasının texniki detalları iyun ayına qədər…

Daha çox

Erməniəsilli şəxslərin məhkəməsi keçirilir

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir. SİA xəbər verir ki, proses Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə baş tutur. Xatırladaq ki, ötən prosesdə təqsirləndirilən şəxslərdən David Manukyan epizodlar üzrə prokurorların suallarına cavab veriblər. Qeyd edək ki, onlar Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma,…

Daha çox

“Mən milli geyimli, hicablı qızların tərəfdarıyam…”

Deputat Həmzəyev həftə sonları spirtli içkilərin satışının qadağan edilməsini təklif edib və təbii ki, Rusiyada… …Rusiya həftə sonlarına təsir edəcək spirtli içkilərin satışına yeni məhdudiyyətlər tətbiq edə bilər. SİA-nın məlumatına görə, müvafiq təşəbbüslə Dövlət Dumasının Səhiyyə Mühafizəsi Komitəsinin üzvü Biysultan Həmzəyev çıxış edib. …Hesab edirəm ki, belə bir tədbir həftə sonları da aparılmalıdır, – deyən deputat TASS-a martın 1-dən spirtli içkilərin iş günləri gündə cəmi iki saat satıldığı Voloqda vilayətinin uğurlu təcrübəsinə istinad edərək bildirib. Həmzəyevin sözlərinə görə, məhdudiyyətlərin tətbiq olunduğu ilk ayda rayonda spirtli…

Daha çox

Azərbaycanda əhalinin sayının artımı ilə bağlı dövlət proqramının qəbul olunması təklif edilir

Demoqrafiq artımla əlaqəli dövlət proqramının qəbul olunması müzakirə edilməli və bununla bağlı hökumətə təkliflər verilməlidir. SİA xəbər verir ki, bu təkliflə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev komitənin bugünkü iclasında “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı çıxış edib. O qeyd edib ki, çoxuşaqlı ailə anlayışına da baxılması vacibdir.

Daha çox

Maliyyə Nazirliyi təşkilatlara müraciət edib

Maliyyə Nazirliyi ictimai əhəmiyyətli qurumların və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını tərtib edən təşkilatlara müraciət edib. SİA-nın məlumatına görə, müraciətdə deyilir ki, dövlət zəmanəti ilə kredit alan və yaxud dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatları və publik hüquqi şəxslər “Mühasibat uçotu haqqında” qanunun müvafiq olaraq 12.2-ci və 12-1.8-ci maddələrinə əsasən illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə nazirliyə təqdim edirlər. Qanunun 12.3-cü və 12-1.9-cu…

Daha çox

“Xarici qüvvələr onlardan alət kimi istifadə edir”

“Ermənistanın pozucu hərəkətləri sistemli xarakter alıb. Biz görürük ki, rəsmi İrəvan qətiyyən sülh barədə düşünmür. Düzdür, Ermənistan sülh haqqında çox danışır, amma kənarda onun ziddinə işləyir”. Bunu SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib. Onun sözlərinə görə, Ermənistan bir tərəfdən dedi ki, onlar sülhə tam hazırdırlar, digər tərəfdən isə dedilər ki, Azərbaycan sülhü istəmir, halbuki sülhün gündəliyini Azərbaycan tərtib edib: “Prezident İlham Əliyev beş baza prinsip paketini Ermənistana göndərib. Ermənistan demaqogiya və manipulyasiya ilə məşğuldur. Martın 31-də Ermənistanın nümayəndə heyəti İsveçrədə Xarici İşlər Nazirliyinin xətti ilə görüşlər keçirdi. Onlar yenidən Azərbaycanın…

Daha çox

Onlarla miqrant Polşaya Belarusla sərhəddəki hasardan keçib…

…Polşanın daxili işlər və administrasiya nazirinin mətbuat katibi Yaçek Dobrzinski ötən gün, son vaxtlar Belarusdan Polşaya daxil olmağa çalışan qeyri-qanuni miqrantların sayının artdığını bildirib. …Dünən (aprelnn- 5-də-A.B.) 22 nəfərlik qrup texniki maneəni zədələyərək Polşaya daxil olub. Yeni olan odur ki, 5 nəfər Belarus tərəfdə qalıb və Polşa patrullarına daş ataraq, eyni zamanda sərhədin qanunsuz keçməsini lentə alıblar. Mümkündür ki, Belarus təbliğatının aparılması və dövlətin bu prosesin təşkilatçıları tərəfindən asanlıqla bizim sərhədi keçməkdən istifadə etməsi mümkündür. SİA-nın məlumatına görə, bunu polşalı səlahiyyətli sosial şəbəkədəki səhifəsində yazıb. …Lakin reallıqda videomüşahidə görüntülərindən də…

Daha çox