Tramp 2 apreli “amerikalıların yenidən varlanacağı gün” adlandırıb…


…Amerika Birləşmiş Ştatları bəzi beynəlxalq tərəfdaşların bu məsələ ilə bağlı danışıqlar aparmaq istəyinə baxmayaraq, yeni ticarət tariflərinin tətbiqini təxirə salmaq niyyətində deyil.

SİA-nın məlumatına görə, bu barədə aprelin 6-da ABŞ-ın ticarət naziri Hovard Lutnik bildirib.

Onun fikrincə, Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp beynəlxalq ticarət sistemini “sıfırlamalıdır”.

ABŞ-ın maliyyə naziri Scott Bessant bildirib ki, yeni ticarət məhdudiyyətlərinin tətbiqi ölkənin iqtisadi sabitliyinə təhlükə yaratmayacaq.

Onun fikrincə, administrasiya tarifləri tənəzzülə səbəb ola biləcək amil kimi görmür.

…Xatırladaq ki, çərşənbə günü, aprelin 2-də ABŞ prezidenti Donald Tramp yeni proteksionist tədbirləri elan edib: ABŞ-a idxal olunan bütün mallar üçün 10 faiz əsas rüsum tətbiq ediləcək. Avropa məhsullarında bu rəqəm 20 faizə, Çindən gələn mallarda isə 34 faizə qədər artırılıb.

Prezident çıxışında 2 apreli “amerikalıların yenidən varlanacağı gün” adlandırıb.

Əli Babayev

Əlaqəli Xəbərlər