İntensiv yağış yağacaq, güclü külək əsəcək

Aprelin 9-dan 12-si gündüzədək ölkə ərazisində hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimal-qərb küləyinin arabir güclənəcəyi, havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcəyi gözlənilir. SİA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı xəbərdarlıqda bildirilib. Qeyd edilib ki, Bakıda və Abşeron yarımadasında aprelin 10-u səhərdən 11-i səhərədək fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində qısamüddətli intensivləcəyi, şimşək çaxacağı ehtimalı var. Azərbaycanın rayonlarında aprelin 12-si gündüzədək fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara bölgəsində yağıntıların leysan…

Daha çox

Azərbaycan və Pakistan biznes tərəfdaşlığını şaxələndirməyi müzakirə edib

Azərbaycan və Pakistan arasında biznes tərəfdaşlığının şaxələndirilməsi müzakirə edilib. SİA xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib. Onun sözlərinə görə, müzakirələr Pakistana səfər çərçivəsində bu ölkənin Xüsusi İnvestisiyaların Asanlaşdırılması Şurasının milli koordinatoru, general-leytenant Sarfaraz Əhməd ilə görüşdə baş tutub. “Ölkələrimizin işgüzar dairələr arasında işbirliyinin dəstəklənməsi, enerji, infrastruktur, mədənçilik və digər sahələrdə yeni investisiya layihələrinin icrası, həmçinin sərmayələrin artırılması imkanları barədə fikir mübadiləsi apardıq”,- deyə nazir qeyd edib.

Daha çox

Baş Prokurorluğun idarə rəisi Beynəlxalq Antikorrupsiya Akademiyasının İdarəetmə Şurasına seçilib

Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev Beynəlxalq Antikorrupsiya Akademiyasının rəhbər qurumu olan İdarəetmə Şurasına fəaliyyətə başlayıb. SİA xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Bildirilib ki, Şura üzvləri beynəlxalq təşkilatın üzv dövlətlərinin konfransında seçilir. Azərbaycanlı nümayəndə ilə yanaşı, Avstriya, ABŞ, Çin, Qətər, İordaniya, Kot Divuar və BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı mübarizə Təşkilatının nümayəndələrini də əhatə edib. İclasda Şura üzvləri Akademiyanın illik fəaliyyətini, o cümlədən təşkilati tədbirləri və maliyyə durumuna dair hesabatı dinləyərək qurumun növbəti ildə effektiv fəaliyyət göstərməsi üçün tələb olunan bir sıra…

Daha çox

Putin müharibənin bitməsindən qorxur..?

Politoloq bunun səbəbini açıqlayıb… …Vladimir Putin cəmiyyətin təxminən üçdə birinin Ukraynanı tamamilə məhv etməyə çalışdığı Rusiyadakı daxili siyasi vəziyyətə görə müharibənin bitməsindən qorxur. SİA-nın məlumatına görə, bu barədə politoloq Vadim Denisenko bu fikri Radio NV-nin efirində bildirib. Onun sözlərinə görə, rusiyalı “vətənpərvərlərin” 30-35 faizi Ukraynanın tamamilə məhv edilməsinə qədər müharibənin olmasını istəyir və onlardan bəziləri Putinin elektoratının dayağıdır, lakin Putinə qarşı olanlar da var. …2025-ci ilin yazında müharibənin başa çatması Rusiya Federasiyası daxilində sakit və ya səssiz müqavimətə səbəb ola bilər. Daxili siyasətlə məşğul olan Kreml bloku…

Daha çox

Ramin Məmmədov Zərdabda vətəndaşları qəbul edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Zərdabda vətəndaşları qəbul edib. Bu barədə SİA-ya Dini Komitədən məlumat verilib. Qeyd edilib ki, qəbuldan öncə Ümummilli Lider Heydər Əliyevin Zərdab şəhərinin mərkəzində ucaldılan abidəsi ziyarət edilib, xatirəsi ehtiramla yad olunub. Qəbul zamanı Göyçay, Ucar, Zərdab və Kürdəmir rayonlarından olan vətəndaşlar müqəddəs kitabları öyrənmə (Quran) kurslarının yaradılması üçün icazənin alınması, İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyinatı, dini icmanın dövlət qeydiyyatına alınması, məscidin dini ədəbiyyatla təmin olunması və digər məsələlərlə bağlı müraciət ediblər. Dövlət Komitəsinin aidiyyəti struktur bölmə…

Daha çox

BP beynəlxalq təhsil resurslarını Azərbaycana gətirir

Bu gün BP şirkəti “The Limits of the Market: The Pendulum Between Government and Market” (“Bazarın Hüdudları: Dövlət və Bazar Arasındakı İqtisadi Rəqqas”) adlı kitabın Azərbaycan dilinə tərcümə variantını ictimaiyyətə təqdim edib. SİA “BP-Azerbaijan” şirkətinə istinadən xəbər verir ki, bu layihə BP-nin Azərbaycanda təhsilin inkişafına dəstəyinin və beynəlxalq biliklərin ölkəyə gətirilməsi səylərinin bir hissəsidir. Kitabın ingiliscədən Azərbaycan dilinə tərcüməsi və nəşrində BP-nin məqsədi bu dəyərli bilikləri makroiqtisadiyyat, marketinq və dövlət və bazar arasındakı münasibətlər sahəsində ixtisaslaşan tədqiqatçılar, tələbələr və bu sahələr üzrə mütəxəssislər üçün əlçatan etməkdir. Kitabın müəllifi London İqtisadiyyat…

Daha çox

Çinin “Orta Dəhliz” marağı

Qatarlar yaxın vaxtlarda Avropaya malları Rusiya vasitəsilə deyil, Azərbaycan və Türkiyə vasitəsilə çatdıracaq Ukrayna böhranı və Qırmızı dənizdə husilərin yük gəmilərinə hücumları Pekini Çinin əsas ticarət tərəfdaşı olan Aİ-yə yeni ticarət yolları axtarmağa vadar edir. Donald Tramp Çini tariflərlə Amerika bazarlarından sıxışdırmağa davam edərsə, bu vəzifə daha da aktuallaşacaq. Çin, Qırğızıstan və Özbəkistan dekabr ayında Xəzər dənizi, Azərbaycan və Türkiyə üzərindən keçərək Çini Avropaya logistik baxımdan yaxınlaşdıracaq dəmir yolunun tikintisinə başlayacaqlarını açıqlamışdı. Çindən Avropaya marşrutların istiqamətinin dəyişdirilməsi Rusiya iqtisadiyyatına zərər verəcək, lakin Pekin-Moskva əlaqələrinə təsir etməyəcək. The Economist jurnalı yazır…

Daha çox

Çin ruslarla birlikdə müharibəyə, ABŞ isə müdafiəyə hazırlaşır..?

Və söhbət soyuq müharibədən yox, real hərbi əməliyyatlardan gedir..? …ABŞ Ukraynada atəşkəslə bağlı Rusiya ilə danışıqların davam etdirilməsində israr etməkdə davam edir. Ancaq başa düşmək lazımdır ki, ABŞ prezidenti Donald Trampın Rusiya ilə qarşılıqlı fəaliyyətlə bağlı bütün kampaniyası Ukrayna və ya Rusiya Federasiyası ilə bağlı deyil. Bu məsələ, yalnız Çinlə bağlıdır..? Birincisi, ABŞ prezident administrasiyasının nöqteyi-nəzərindən Çin Rusiyanın Ukraynadakı müharibəsində qalib gələrək Çindən kritik asılı vəziyyətə düşən Rusiyanı özünə tabe etdi. Bu ölkə müharibənin əsas sponsorlarından biridir. Yeri gəlmişkən, SİA-nın məlumatına görə, bu gün rusların…

Daha çox

Hava meteohəssas insanlarda narahatlıq yaradacaq

Sabah gözlənilən küləkli hava şəraiti meteohəssas insanlarda narahatlıq yaradacaq. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, aprelin 9-da Abşeron yarımadasında atmosfer təzyiqinin güclənməsi fonunda xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Daha çox

Azərbaycan və İsrail şirkəti Orta Dəhliz çərçivəsində daşımaları müzakirə edib

Azərbaycan və İsrailin “ICL Group” şirkəti arasında Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhli)z çərçivəsində daşımaların həyata keçirilməsində şirkətin mümkün iştirak perspektivləri ətrafında müzakirələr aparıb. SİA xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “X” sosial şəbəkəsində hesabında bildirib. Onun sözlərinə görə, “ICL Group” təmsilçiləri ilə avtomobil və dəmiryolu nəqliyyatı sahəsində əməkdaşlıq imkanlarını müzakirə edilib. Naizr qeyd edib ki, bundan başqa, İsrailin “Elbit Systems” nümayəndələri ilə görüşdə kibertəhlükəsizlik, rəqəmsal dayanıqlılıq və süni intellekt sahələrində strateji əməkdaşlığın dərinləşdirilməsi diqqət mərkəzində olub: “Həmçinin ölkəmizdə mükəmməllik və təlim mərkəzlərinin yaradılması imkanları…

Daha çox