Ad, soyad dəyişməklə banka borcu ləğv etmək olar?

“Şəxsin adı, soyadı, ata adı və identifikasiya məlumatlarının dəyişməsi onun öhdəliklərini, vəzifələrini və hüquqlarını heç bir halda məhdudlaşdırmır”. Bu sözləri SİA-ya açıqlamasında hüquqşünas Şamil Paşayev deyib. Onun sözlərinə görə, bu halda şəxs ad, soyad, ata adını dəyişsə belə, köhnə kimliyindən qalan vəzifələri, öhdəlikləri və səlahiyyətləri yerinə yetirməlidir: “Bu, heç bir halda banka olan borcun ləğv edilə bilməsi anlamına gəlmir. Ümumiyyətlə, ad, soyad dəyişməsini vətəndaşlar Ədliyyə nazirliyinin qeydiyyat idarələrində və yaxud da mübahisə olarsa və qanunverici tələbinə uyğun olaraq məhkəmə qaydasında həyata keçirə bilərlər. Yəni insanın adından, soyadından imtina etməsi haqqıdır.…

Daha çox

Azərbaycan və İsveçrə bank sektorunda açıq bazar əməliyyatlarını müzakirə edib

Azərbaycan Mərkəzi Bankı (AMB) və İsveçrə Milli Bankı (SNB) arasında açıq bazar əməliyyatlarını müzakirə edilib. SİA bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, qurumun əməkdaşlarının SNB-yə təcrübə mübadiləsi səfəri baş tutub. Səfərin məqsədi müxtəlif pul siyasəti strategiyalarını, pul siyasətinin təhlili və proqnozlaşdırma təcrübəsini müzakirə etmək, həmçinin monetar əməliyyatlarla bağlı fikir mübadiləsi aparmaq olub. Səfər çərçivəsində AMB və SNB nümayəndələri arasında keçirilən görüşlərdə qlobal və daxili iqtisadi mühitdə baş verən dəyişiklər şəraitində pul siyasətinin effektiv həyata keçirilməsində tarazlı real faiz dərəcəsinin əhəmiyyəti və onun maliyyə sabitliyinə təsirləri məsələləri müzakirə edilib,…

Daha çox

Azərbaycan yeni dünya nizamında əsas söz sahibi olan dövlətlərdən birinə çevrilir

Dövlət başçısı İlham Əliyev bu ilin yanvarında yerli televiziya kanallarına müsahibəsində bu mühüm məqamı xüsusi qeyd etdi ki, yeni dünya nizamı formalaşdırılır. Biz bu prosesin başlanğıcındayıq. İkinci Dünya müharibəsindən sonra yaranmış sistem artıq öz potensialını itirib. Ölkə Prezidenti, eyni zamanda, belə bir çağırışı da etdi ki, əslində, ölkəmiz bu prosesin fəal iştirakçısı olmalıdır. Sadəcə olaraq, burada yeni nizamın necə olacağını gözləməməliyik. Cənubi Qafqaz bizim regionumuzdur və Azərbaycan bu bölgənin aparıcı ölkəsi kimi, məsuliyyət nöqteyi-nəzərindən də xüsusi çəkiyə malikdir. Ona görə Azərbaycan yeni nizamı ədalətli nizam kimi görür. Aprelin 9-da ADA…

Daha çox

Naməlum yırtıcı köpək balığını yarıya bölüb

Avstraliyada naməlum yırtıcı tərəfindən yarıya bölünmüş köpək balığının qalıqları çimərlikdə yuyulub. SİA-nın məlumatına görə, bu barədə Yahoo Australia yazıb. …Susie Gluck aprelin 8-i çərşənbə axşamı səhər saatlarında Broome kurort şəhərindəki Kabel çimərliyi boyunca gəzərkən köpəkbalığının başının şəklini çimərlikdə çəkib. O, köpək balığının fotosunu sosial şəbəkədə yerləşdirdikdən sonra bir çox şərhçilər təşvişə düşüb. Sahil sularında təhlükəli balığı belə amansızlıqla parçalaya, yarısını qoyub gedə bilən yırtıcı olduğundan narahat olublar. Onlar güman edirdilər ki, çimərlik yaxınlığında çox böyük, aqressiv köpəkbalığı ovlayır. Heyvanlar üçün Humane World dəniz bioloqu Lourens Çlebek Avstraliyanın narahatlığını aradan qaldırmaq…

Daha çox

Güclü uşaq yetişdirməyin YOLLARI

Bir anlıq ilk dəfə valideyn olacağınızı öyrəndiyiniz və sonra uşaqlarınızı qucağınıza aldığınız günə qayıdın. Hansı xəyallarınız vardı, necə bir uşaqdır və onunla necə bir münasibət təsəvvür etmişdiniz? Bu gün övladınıza və onunla münasibətinizə baxanda nə görür və hiss edirsiniz? Uşaqlarınızı böyütmək üçün əlinizdən gələni etməyə çalışırsınız. Mükəmməl valideynlik yoxdur. Pis valideynlik deyə bir şey yoxdur, amma yanlış valideynlik anlayışları var. Uşaqlığınızdan öz valideynlərinizi necə xatırlayırsınız? Onlara bənzəyirsiniz? Birinə bənzəmək istərdinizmi? Uşaqlar su kimidir, hansı qaba qoyursan, onun şəklini alırlar. Buna çox inanmaq ilə bərabər, övladlarımızın genetik olaraq bizdən aldığı xüsusiyyətləri…

Daha çox

AMB “Paysis”ə məcburi göstəriş verib

Azərbaycanın Mərkəzi Bankı (AMB) “Paysis” MMC-yə məcburi göstəriş verib. SİA bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, qurumun həyata keçirdiyi cari nəzarət prosesləri çərçivəsində “Paysis”də aparılan ödəniş əməliyyatlarının təhlükəsizliyinin təmin olunması, təşkilatın fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğun təşkil olunması yoxlanılıb. Şirkətin ödəniş sahəsində aidiyyəti qanunvericilik və normativ aktların tələblərini pozması halı aşkarlanıb. Odur ki, “Mərkəzi Bank haqqında” qanunun 48.2.4-cü və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunun 63.1-ci maddələrinə əsasən “Paysis”ə münasibətdə təshih tədbirləri tətbiq edilib.

Daha çox

QAİ-nin müraciəti BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi yayılıb

Qərbi Azərbaycan İcmasının (QAİ) müraciəti BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi yayılıb. SİA xəbər verir ki, bu barədə icmanın yaydığı məlumatda qeyd edilib. Məlumatda bildirilib ki, 1 mart 2025-ci il tarixdə Qərbi Azərbaycan İcması Qadınlar Şurasının təşkilatçılığı ilə onlayn formatda “Qaçqınlıq və Qadınlar” mövzusunda beynəlxalq konfrans keçirilib. “8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində keçirilmiş konfransın məqsədi beynəlxalq ictimaiyyətin diqqətini Qərbi azərbaycanlı qadınların etnik təmizləməyə məruz qalmaları və öz evlərinə qayıda bilməmələrindən irəli gələn hüquq pozuntularına cəlb etmək idi. Konfrans iştirakçıları adından beynəlxalq ictimaiyyətə müraciət qəbul edilmişdi. Sözügedən…

Daha çox

Rada deputatı Zelenskini Rusiya ilə danışıqlara çağırıb

…Rusiya ilə dialoq Ukraynaya lazımsız xərclərdən və vasitəçilər üçün rüsumlardan qurtulmağa imkan verəcək, həmçinin danışıqları daha effektiv edəcək. SİA-nın məlumatına görə, vətənə xəyanətdə ittiham olunaraq istintaq təcridxanasında olan ukraynalı deputat Oleksandr Dubinski Telegram kanalında ölkə prezidenti Vladimir Zelenski və Ali Radanı Moskva ilə birbaşa danışıqlara başlamağa çağırıb. …Nə Zelenskinin, nə də parlamentin hansı səbəblərdən Rusiya Federasiyası ilə birbaşa razılaşmaya (söhbətə) təşəbbüs göstərmədiyi tamamilə aydın deyil. Əgər müharibənin istənilən halda bitəcəyi və Rusiya ilə birbaşa dialoqun danışıqların daha səmərəli və Ukraynanın maraqlarını nəzərə alaraq aparılmasına imkan verəcəyi aşkar olarsa.., – o…

Daha çox

Stress anında mədə niyə ağrıyır?

“Bəzən insanlar bədənlərində ağrı şikayəti ilə həkim müayinəsində olurlar”. Bu sözləri SİA-ya açıqlamasında uşaq, yeniyetmə və yetkin psixoloqu Nigar Ağabağırova deyib. Onun sözlərinə görə, bu ağrılar isə başda, qollarda, ayaqlarda, eləcə də, bədənin müxtəlif nahiyələrində görülə bilir: “Eyni zamanda ağrılar bəzən yer dəyişdirir. Məsələn, başdan boyuna, əldən ayağa keçərək ağrılar şəkil dəyişdirə bilir. Əgər bu ağrılar tibbi səbəblə açıqlana bilmirsə, həkim müayinələrində konkret diaqnoz qoyula bilmirsə, somatoform hesab olunur. Somatoform menfi düşüncələrin, duyğuların bədəndə özünü göstərməsidir. Stress anında mədə niyə ağrıyır? Ona görə ağrıyır ki, mədə duyğularla bağlı olan ən…

Daha çox

Nazirlər Kabineti aviasiya sahəsi ilə bağlı qərarlar verib

Nazirlər Kabineti “Aviasiya personalının dövri olaraq ilkin və təkrar, nəzəri və praktiki testlərdən, psixoloji müayinələrdən keçirilməsi, peşəyə yararlılığını müəyyən edən tibb müəssisələrinin və onların əməkdaşlarının sertifikatlaşdırılması Qaydaları”nı və “Heyət üzvünün hava gəmisinin bortunda vəzifəsini icra etməsinə yol verməyən xəstəliklərin siyahısı”nı təsdiq edib. SİA xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Bundan başqa, hökumət başçısı imzaladığı digər qərarla “Hava gəmilərinin istismarçıları tərəfindən sərnişin məlumatlarına dair “bir pəncərə” sisteminə ötürülən sərnişinlər barədə ilkin məlumatlar və sərnişin adlarının qeydiyyat məlumatlarının siyahısı, verilməsi, qəbul edilməsi, saxlanılması və digər dövlət…

Daha çox