İlham Əliyev Antalyada Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar ilə görüşüb
Daha çoxDay: April 11, 2025
Ukraynanın Sumı vilayətində əhalinin təxliyəsi davam edir
Ukraynanın Sumı vilayətində əhalisi təxliyə edilən yaşayış məntəqələrinin sayı artırılıb. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Sumı Polis İdarəsinin rəisi Vladimir Artyux müvafiq qərarın regional Müdafiə Şurasının iclasında qəbul olunduğunu bildirib. “Müdafiə Şurasının son iclasında əhalisi təxliyə edilməli olan yaşayış məntəqələrinin sayını artırmaq qərarına gəldik. Bunlar Rusiya ilə sərhəddən 17 kilometr məsafədə yerləşən və intensiv atəşə tutula bilən məntəqələrdir”, – deyə Artyux vurğulayıb. O deyib ki, ümumilikdə Sumı vilayətinin 199 yaşayış məntəqəsi təxliyə planına daxil edilib. Rusiya ilə sərhəddən 5 kilometr məsafədə yerləşən yaşayış məntəqələrinin əhalisi demək olar ki,…
Daha çoxBakıda Beynəlxalq İnvestisiya Forumu keçiriləcək
Bu ilin iyun ayında Bakıda Beynəlxalq İnvestisiya Forumunun keçirilməsi gözlənilir. SİA xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Bakıda keçirilən Azərbaycan-Moldova biznes forumunda bildirib. “Bu platformadan istifadə edərək xarici tərəfdaşlarlarımızı forumda iştiraka dəvət edirəm. Tədbiri AZPROMO və İtaliyanın “The European House Ambrosetti” təşkilatı ilə birgə təşkil edəcək”, – deyə o qeyd edib. Y.Abdullayev əlavə edib ki, AZPROMO və onun Moldovadan olan tərəfdaşları arasında əməkdaşlıq ardıcıl və dinamik şəkildə inkişaf edir: “Son bir neçə il ərzində Moldovanın Sahibkarlığın İnkişafı Təşkilatının (ODA) və “İnvest Moldova”…
Daha çoxMilli Məclisin növbəti plenar iclası başlayıb
Milli Məclisin növbəti plenar iclası başlayıb. SİA xəbər verir ki, iclas Sahibə Qafarovanın sədrliyi ilə keçirilir. İclasın gündəliyinə sabiq hərbi prokuror Xanlar Vəliyevin Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsi, digər bir sıra məhkəmələrin hakimlərinin təyin və vəzifədən azad olunması da daxil olmaqla ümumilikdə 22 məsələ daxil edilib.
Daha çoxQadın yeni doğulmuş körpəsini namaz otağına qoyaraq yoxa çıxıb
Mahaçqalada hüquq-mühafizə orqanlarının əməkdaşları yeni doğulmuş uşağını atmış qadını axtarır. SİA-nın məlumatına görə, bu barədə mk.ru respublika Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir. Nəşrin məlumatına görə, aprelin 10-da naməlum şəxs zərfdə körpə ilə şəhər xəstəxanalarından birinin namaz otağına daxil olub. O, dəstəmaz alarkən uşağa baxmaq üçün orada olan başqa bir qadına tapşırıb. …Və bundan sonra o, naməlum istiqamətdə yoxa çıxıb. Uşağa baxan şəhər sakini körpənin atıldığını biləndə polisə müraciət edib. Əvvəllər Qaraçay-Çərkəzdə uşaq nikahdankənar doğulduğu və ailəni və ananın özünü rüsvay edə bildiyi üçün qadını tibbi yardım olmadan…
Daha çoxZaur Mikayılov Şəmkirdə vətəndaşları qəbul edib
Bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Şəmkirdə bu rayondan, eləcə də Gədəbəy və digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb. SİA agentliyə istinadən xəbər verir ki, sədr qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Müraciətlər əsasən suvarma suyuna olan tələbatın ödənilməsi, kanalların beton üzlüyə alınması, içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması, subartezian quyularının təmiri və balansa götürülməsi, işlə təminat və digər məsələlərlə bağlı olub. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini…
Daha çoxADY-nin yeni elektron xidmət portalı istifadəyə verilib
“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) əməliyyat səmərəliliyinin artırılması, vətəndaşlara və biznes müştərilərinə göstərilən xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə yeni elektron xidmət portalı (portal.ady.az) istifadəyə verilib. SİA bu barədə ADY-yə istinadən xəbər verir. Məlumata görə, innovativ platforma istifadəçilərə bir sıra xidmətlərə görə onlayn şəkildə müraciət etmək, sorğularının statusunu izləmək və cavabları operativ əldə etmək imkanı yaradır. Yeni rəqəmsal platforma həm fiziki, həm də hüquqi şəxslər üçün aşağıdakı 5 xidmət istiqamətini əhatə edir: vətəndaş müraciətlərinin elektron qəbulu – Fiziki şəxslər fərdi müraciətlərini (şikayət, təklif və ərizə) elektron qaydada göndərə bilərlər. Hüquqi şəxslər isə…
Daha çoxAli Məhkəmə qərar verib
Azərbaycan Respublikasının Ali Məhkəməsi vahid məhkəmə təcrübəsini müəyyən edən daha bir qərar qəbul edib. SİA xəbər verir ki, işin hallarına görə, iddiaçı Şirvan Şəhər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci və 69.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 9 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib, 10.02.2021-ci il tarixdən 08.10.2021-ci il tarixədək cəza müddətini çəkərək Qaradağ Rayon Məhkəməsinin 08.10.2021-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 1 ay 29 günü hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunub. Bununla əlaqədar iddiaçı 15.10.2021-ci il tarixdə ərizə ilə…
Daha çoxRusiyanın keçmiş naziri xarici agent kimi tanınıb
…Rusiya Ədliyyə Nazirliyi Xarici İşlər Nazirliyinin birinci rəhbəri Andrey Kozırevi xarici agent kimi tanıyıb. SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin saytında məlumat verilir. Politoloq Georgi Bovt keçmiş nazirə bu statusun təyin edilməsini “onu uzun müddət xatırladılar və… nəhayət, xatırladılar” ifadəsi ilə şərh edib. Bundan əvvəl Dövlət Dumasının Rusiyanın üzv olmadığı beynəlxalq təşkilatların qərarlarının dövlət təhlükəsizliyinə qarşı yönəldiyi təqdirdə həyata keçirilməsinə kömək edən şəxslərin xarici agent kimi tanınması təşəbbüslərini dəstəklədiyi bildirilib. Əli Babayev
Daha çoxOmbudsman Aparatına 2 min 468 müraciət daxil olub
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) “916” Çağrı Mərkəzinə 2025-ci ilin I rübündə uşaq zorakılığı, cinsi zorakılıq, məişət zorakılığı, evlərin qanunsuz sökülməsi, qəzalı vəziyyətdə olan ev və mənzillərlə bağlı müraciətlər daxil olub. SİA xəbər verir ki, Ombudsman Aparatının məlumatına görə, qaynar xəttə yanvar, fevral və mart ayları üzrə ümumilikdə 2468 zəng daxil olub. Bildirilib ki, müraciətlər əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (526), Daxili İşlər Nazirliyi (487) və Ədliyyə Nazirliyinin (329) səlahiyyətlərinə aid olan məsələlərdir. Siyahıya yerli icra hakimiyyəti orqanları (108), Elm və Təhsil Nazirliyi (105) və diaqram üzrə…
Daha çox