Narkotik vasitənin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan sürücü həbs edilib

Nizami Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq taksi fəaliyyəti ilə məşğul olan “Hyundai” markalı nəqliyyat vasitəsinin sürücüsü 38 yaşlı Rüstəm Rüstəmov saxlanılıb. SİA xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, sürücünün hərəkətləri şübhə doğurduğundan o, tibbi müayinədən keçirilib. Bu zaman R.Rüstəmovun narkotik vasitənin təsiri altında sərnişindaşıma fəaliyyəti göstərdiyi müəyyən olunub. Sürücü barəsində inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə R.Rüstəmov 10 gün müddətinə inzibati qaydada həbs edilib. Bundan başqa, polis əməkdaşları tərəfindən müvafiq icazələri…

Daha çox

Sərhəd naryadına atəş açan şəxs zərərsizləşdirilib

Dövlət sərhədini pozan mütəşəkkil cinayətkar dəstənin qarşısı alınıb. SİA xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzi məlumat yayıb. Qeyd olunub ki, aprelin 8-də DSX-nin Sərhəd Qoşunları Komandanlığının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadı tərəfindən 3 nəfər naməlum şəxsin İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozması müşahidə edilib. Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi tam qapadılıb. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək sərhəd pozucuları təqib edilib və havaya xəbərdarlıq atəşi açılıb. Lakin sərhəd pozucuları əmrə tabe olmayıb, silahlı müqavimət göstərərək sərhədçilərin həyatına qəsd etmək məqsədilə…

Daha çox

Yeni Qvineya sahillərində 6,2 maqnitudalı zəlzələ olub

Papua-Yeni Qvineyaya məxsus Yeni Britaniya adası sahillərində 6,2 maqnitudalı zəlzələ qeydə alınıb. SİA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Məlumata görə, zəlzələnin episentri təxminən 26 min nəfərin yaşadığı Kokopo şəhərindən (Yeni Britaniya adası) 115 km şərqdə, ocağı isə 73 km dərinlikdə yerləşib. Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.

Daha çox

Şamaxıda zəlzələ olub

Pirqulu stansiyasından 24 km cənubda, Şamaxı rayonunda zəlzələ qeydə alınıb. SİA xəbər verir ki, bu barədə Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Maqnitudası 3.4 olan təkanların dərinliyi 12 km olub. Zəlzələ 3 bal gücündə hiss olunub.

Daha çox

Bitkoin 2 faizə yaxın bahalaşıb

Dünyanın aparıcı kriptovalyutası – bitkoin 83,72 min ABŞ dollarına kimi bahalaşıb. SİA xəbər verir ki, kriptovalyutanın qiyməti son 24 saatda 1,98 %, son 7 gündə isə 0,66 % artıb. Nəticədə bitkoinin kapitallaşması 1,661 trilyon ABŞ dollarına kimi yüksəlib. Bazar kapitallaşmasına görə 2-ci pillədə qərarlaşan “Ethereum”un qiyməti isə son bir sutkada 2,64 % artaraq, son bir həftədə isə 10,85 % azalaraq 1,599 ABŞ dolları təşkil edib. İlk onluqda yer alan altkoinlərdən ən çox dəyər qazanan “TRON” (TRX) olub. Kriptovalyuta son bir sutkada 5,47 %, son bir həftədə isə 5,75 % bahalaşıb.…

Daha çox

“Azərbaycan üçün qonşularla münasibətdə təhlükəsizlik və davamlılıq əsasdır”

Azərbaycan üçün qonşularla münasibətdə təhlükəsizlik və davamlılıq əsasdır. SİA xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatik Forumu çərçivəsində keçirilən paneldə deyib. Nazir Türkiyənin bölgədəki davranışını müsbət qiymətləndirib: “Ermənistanla Azərbaycan arasındakı münaqişə başa çatdıqdan sonra biz münasibətlərin uyğun formada hüquqi yekunlaşacağına inanırıq”.

Daha çox

Tailandda yanan turist gəmisindən 26 nəfər xilas edilib

Tailandda sahildən 25 km aralıda dənizdə yanan turist gəmisindən 26 nəfər xilas edilib. SİA xəbər verir ki, bu barədə “Naewna” qəzeti məlumat yayıb. Hadisə şənbə günü səhər tezdən krallığın cənubundakı Phang Nqa əyalətində baş verib. Açıq dənizdə dalışa çıxan gəminin göyərtəsində 10 ekipaj üzvü və 16 turist olub. Gəmidə yanğın baş verdiyini gördükdən sonra onlar xilasedici qayığa minərək yoldan keçən gəmi tərəfindən xilas ediliblər. Gəmidə olan şəxslərdən heç kim xəsarət almayıb. Yanğının səbəbi hələ müəyyən edilməyib.

Daha çox

Azərbaycan nümayəndə heyəti Srebrenitsa soyqırımı qurbanlarının xatirəsini anıb

Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının nümayəndə heyəti Bosniya və Herseqovinaya səfər çərçivəsində Potoçari şəhərində yerləşən Srebrenitsa Memorial Mərkəzində olub. SİA xəbər verir ki, komissiyanın katibi Qəzənfər Əhmədov, nümayəndə heyətinin üzvləri Zaur İsmayılov və Nicat Bədəlzadə, Azərbaycanın Bosniya və Herseqovinadakı səfirliyinin birinci katibi Emil Ağayev xatirə abidəsinin önünə əklil qoyub, Srebrenitsa soyqırımı qurbanlarının xatirəsini yad ediblər. Bosniya və Herseqovina İtkin Şəxslər İnstitutunun idarə heyətinin üzvü Saliha Cuderija Azərbaycan nümayəndə heyətini müşayiət edib. Anım mərasimindən sonra nümayəndə heyəti Memorial Mərkəzi ziyarət edib və burada daimi…

Daha çox

Gürcüstan Ermənistan və Azərbaycanın həmişə güvənə biləcəyi ölkədir

Gürcüstan üçün dinc və təhlükəsiz Cənubi Qafqaz ən vacib prioritetdir. SİA xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən “Cənubi Qafqazda regional əməkdaşlıq üçün çağırışlar və imkanlar” mövzusunda panel müzakirəsində bildirib. “Etiraf edirik ki, regionumuz böyük potensiala malikdir. Və bu potensialdan tam istifadə etmək üçün regionumuzda həqiqətən davamlı və uzunmüddətli sülhə ehtiyacımız var. Buna görə də biz Azərbaycan və Ermənistan arasında sülh sazişini alqışlayırıq. Mən həqiqətən hesab edirəm ki, bu, böyük nailiyyətdir”, – xarici işlər naziri qeyd edib. Onun sözlərinə görə, Gürcüstan hər…

Daha çox