Finlandiyada regional və bələdiyyə seçkiləri başlayıb. SİA xəbər verir ki, bu barədə ölkənin seçki mərkəzi məlumat yayıb. Səsvermə yerli vaxtla saat 9:00-da başlayıb və 20:00-da başa çatacaq. İlkin nəticələrin gecə yarısına qədər açıqlanması gözlənilir. Bu seçkilər iki fərqli səviyyədə keçirilir: bölgə (sosial və tibbi xidmətlərin təşkili) və bələdiyyə (infrastruktur və yerli idarəetmə məsələləri). Helsinki və Aland adalarında bölgə seçkiləri keçirilmir, çünki bu ərazilərdə müvafiq xidmətlər yerli hakimiyyət orqanları tərəfindən təmin olunur. Finlandiya Ədliyyə Nazirliyinin məlumatına görə, regional seçkilərdə ilkin səsvermədə seçicilərin 27,2 faizi, yerli seçkilərdə isə 28,4 faizi iştirak edib.…
Daha çoxDay: April 13, 2025
Həcc mövsümündə turizm vizası ilə Məkkəyə daxil olmaq qadağandır
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Azərbaycandan Həcc ziyarətinə getmək istəyən zəvvarlara çağırış edib. Bu barədə SİA-ya Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri və Həcc elektron sistemi məsulu Vüsal Cahangiri məlumat verib. O qeyd edib ki, ötən il olduğu kimi, bu il də bəzi işbaz şirkətlər vətəndaşları aldadaraq turizm vizası ilə onları Həccə aparmağa cəhd edirlər: “Bizdə olan məlumatlara görə, 100-ə yaxın, bəlkə də daha artıq vətəndaşımız belə işbazların təşviqedici vədərinə aldanaraq onlara çoxlu pul vəsaitləri ödəyiblər. Vətəndaşlara bir daha qəti şəkildə bildirmək istəyirik ki, Həcc vizası tamam fərqli vizadır,…
Daha çoxÇinin Şensi əyalətinin qubernatoru haqqında təhqiqat başlanıb
Çin Kommunist Partiyasının Mərkəzi İntizam Komitəsi və Dövlət Nəzarət Komitəsi partiya intizamını və qanunları pozmaqda şübhəli bilinən Şensi əyalətinin qubernatoru Cin Siancun haqqında təhqiqata başlayıb. SİA xəbər verir ki, hər iki komitə qubernatorun məsələsi haqqında ətraflı məlumat açıqlamayıb. Uzun illər müxtəlif dövlət qurumlarında rəhbər vəzifələrdə çalışmış Cin Siancun 2018-ci ildə Teincin şəhəri merinin müavini təyin olunub. O, 2023-cü ilin yanvarından Şensi əyalətinin qubernatoru vəzifəsində çalışır. Qeyd edək ki, Si Cinpin 2012-ci ildə Çin Kommunist Partiyasının rəhbəri seçildikdən sonra ölkədə korrupsiyaya qarşı genişmiqyaslı kampaniyaya başlayıb. Ötən müddətdə on minlərlə məmur edam…
Daha çoxƏrdoğan Gürcüstana rəsmi səfərə dəvət edildi
Gürcüstan Baş naziri İrakli Kobaxidze Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. SİA xəbər verir ki, bu barədə Gürcüstan hökuməti məlumat yayıb. Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən görüşdə iki ölkə arasında strateji tərəfdaşlığın yüksək səviyyəsindən və müxtəlif sahələrdə uğurlu əməkdaşlıqdan danışılıb. Baş nazir qonaqpərvərliyinə görə Prezident Ərdoğana təşəkkür edib və forumun liderlər arasında müxtəlif məsələlərlə bağlı fikir mübadiləsi üçün mühüm platformaya çevrildiyini qeyd edib. Tərəflər Birgə İqtisadi Komitənin işinin bərpasının vacibliyini müzakirə edib və yaxın vaxtlarda növbəti iclasın keçirməyə hazır olduqlarını təsdiqləyiblər. Türkiyənin Gürcüstanın ən böyük ticarət tərəfdaşı olduğu qeyd edilib…
Daha çoxMaduro Moskvaya gəlir
Venesuela Prezidenti Nikolas Maduro 9 May – Qələbənin ildönümündə Rusiyaya səfər edəcək. SİA xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər naziri Sergey Lavrov venesuelalı həmkarı ilə görüşdə bildirib. “Bugünkü görüş Prezident Maduronun 9 May münasibətilə Moskvaya səfərinə hazırlıq fonunda saatları uyğunlaşdırmaq üçün yaxşı fürsətdir”, – deyə o, Antalya Diplomatik Forumunda venesuelalı həmkarı İvan Xil ilə görüşü zamanı deyib.
Daha çoxABŞ-da göyərtəsində 6 nəfərin olduğu təyyarə qəzaya uğrayıb
Nyu-York ştatında göyərtəsində 6 nəfərin olduğu kiçik təyyarə qəzaya uğrayıb, ən azı bir nəfər ölüb. SİA xarici mediaya istinadla xəbər verir ki, “Mitsubishi MU-2B” təyyarə Kopake şəhəri yaxınlığındakı qəzaya uğrayıb. Hadisənin səbəbi və təyyarədə olan digər şəxslərin sağlamlıq durumu barədə hələlik məlumat yoxdur.
Daha çoxGüclü zəlzələ Myanmanı yenə silkələdi
Myanmada 5,5 bal gücündə zəlzələ qeydə alınıb. SİA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Məlumata görə, yeraltı təkanların episentri təxminən 1,2 milyon insanın yaşadığı Mandalay şəhərindən 86 km cənubda yerləşib. Tələfat və dağıntılar barədə məlumat yoxdur.
Daha çoxRusiya tərəfində döyüşən çinlilərin kim olduğu öyrənilib…
Onlar Pekinin razılığı ilə cəbhədədirlər… …Rusların tərəfində Ukraynaya qarşı vuruşan Çin Xalq Respublikasının əsgərləri Pekinin razılığı ilə cəbhədə olsalar da, muzdludurlar və Çin hakimiyyəti ilə əlaqələri yoxdur. SİA-nın əldə etdiyi məlumata görə, Reuters bu barədə Amerika kəşfiyyatı ilə tanış olan iki amerikalı məmura, eləcə də keçmiş Qərb kəşfiyyatçısının sözlərinə istinadən xəbər verir. …Ukraynaya qarşı Rusiya qüvvələri ilə birgə döyüşən 100-dən çox Çin vətəndaşı Çin hökuməti ilə birbaşa əlaqəsi olmayan muzdlulardır. Bu, hesabatda bildirilir. …Bununla yanaşı, jurnalistlər müharibədən taktiki dərs almaq üçün Çin hərbi zabitlərinin Pekinin…
Daha çoxRusiyadan kapital axını demək olar ki, 300 milyard dollara çatıb…
Kremlin “dost” ölkələrin Qərb investorlarını Rusiya üçün əvəzləyəcəyinə dair ümidləri puç oldu… …Ukrayna ilə müharibə başlayandan bəri Rusiya iqtisadiyyatı tarixində heç vaxt görmədiyi miqyasda xarici kapital axını yaşayıb. SİA-nın məlumatına görə, bunu “The Moscow Times” qeyd edir. Rusiya Federasiyası Mərkəzi Bankının cümə günü dərc etdiyi statistikaya əsasən, üç il ərzində Rusiya Federasiyasının real sektoruna qeyri-rezident investisiyaları 57 faiz azalıb. 2022-ci il yanvarın 1-də müəssisələrin malik olduğu 497,7 milyard dollar birbaşa xarici investisiyadan 2025-ci ilin əvvəlinə yalnız 216 milyard dollar qalıb ki, bu da 2009-cu ildən…
Daha çoxƏn yüksək minimum əmək haqqına sahib AB ölkələri…
Avropa İttifaqının Statistika İdarəsi (Eurostat) Aİ ölkələrində minimum əmək haqqı ilə bağlı yenilənmiş məlumatları təqdim edib. SİA-nın məlumatına görə, “Myfin.by” nəşrə diqqət çəkib. …1 yanvar 2025-ci il tarixinə Danimarka, İtaliya, Avstriya, Finlandiya və İsveç istisna olmaqla, 27 Aİ ölkəsindən 22-də milli minimum əmək haqqı var. Eurostatın aydınlaşdırdığı kimi, minimum əmək haqqı gəlir vergisi və sosial sığorta haqlarından əvvəlki məbləğdir. Ən yüksək minimum əmək haqqı aşağıdakı Aİ ölkələrində qeydə alınıb: -Lüksemburq (2638 avro), -İrlandiya (2282), -Hollandiya (2193), -Almaniya (2161), -Belçika (2070). Fransada bu rəqəm 1802, İspaniyada 1381, Polşada 1091, Litvada 1038,…
Daha çox