Güclü zəlzələ Myanmanı yenə silkələdi

Myanmada 5,5 bal gücündə zəlzələ qeydə alınıb. SİA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Məlumata görə, yeraltı təkanların episentri təxminən 1,2 milyon insanın yaşadığı Mandalay şəhərindən 86 km cənubda yerləşib. Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Daha çox

Rusiya tərəfində döyüşən çinlilərin kim olduğu öyrənilib…

Onlar Pekinin razılığı ilə cəbhədədirlər… …Rusların tərəfində Ukraynaya qarşı vuruşan Çin Xalq Respublikasının əsgərləri Pekinin razılığı ilə cəbhədə olsalar da, muzdludurlar və Çin hakimiyyəti ilə əlaqələri yoxdur. SİA-nın əldə etdiyi məlumata görə, Reuters bu barədə Amerika kəşfiyyatı ilə tanış olan iki amerikalı məmura, eləcə də keçmiş Qərb kəşfiyyatçısının sözlərinə istinadən xəbər verir. …Ukraynaya qarşı Rusiya qüvvələri ilə birgə döyüşən 100-dən çox Çin vətəndaşı Çin hökuməti ilə birbaşa əlaqəsi olmayan muzdlulardır. Bu, hesabatda bildirilir. …Bununla yanaşı, jurnalistlər müharibədən taktiki dərs almaq üçün Çin hərbi zabitlərinin Pekinin…

Daha çox

Rusiyadan kapital axını demək olar ki, 300 milyard dollara çatıb…

Kremlin “dost” ölkələrin Qərb investorlarını Rusiya üçün əvəzləyəcəyinə dair ümidləri puç oldu… …Ukrayna ilə müharibə başlayandan bəri Rusiya iqtisadiyyatı tarixində heç vaxt görmədiyi miqyasda xarici kapital axını yaşayıb. SİA-nın məlumatına görə, bunu “The Moscow Times” qeyd edir. Rusiya Federasiyası Mərkəzi Bankının cümə günü dərc etdiyi statistikaya əsasən, üç il ərzində Rusiya Federasiyasının real sektoruna qeyri-rezident investisiyaları 57 faiz azalıb. 2022-ci il yanvarın 1-də müəssisələrin malik olduğu 497,7 milyard dollar birbaşa xarici investisiyadan 2025-ci ilin əvvəlinə yalnız 216 milyard dollar qalıb ki, bu da 2009-cu ildən…

Daha çox

Ən yüksək minimum əmək haqqına sahib AB ölkələri…

Avropa İttifaqının Statistika İdarəsi (Eurostat) Aİ ölkələrində minimum əmək haqqı ilə bağlı yenilənmiş məlumatları təqdim edib. SİA-nın məlumatına görə, “Myfin.by” nəşrə diqqət çəkib. …1 yanvar 2025-ci il tarixinə Danimarka, İtaliya, Avstriya, Finlandiya və İsveç istisna olmaqla, 27 Aİ ölkəsindən 22-də milli minimum əmək haqqı var. Eurostatın aydınlaşdırdığı kimi, minimum əmək haqqı gəlir vergisi və sosial sığorta haqlarından əvvəlki məbləğdir. Ən yüksək minimum əmək haqqı aşağıdakı Aİ ölkələrində qeydə alınıb: -Lüksemburq (2638 avro), -İrlandiya (2282), -Hollandiya (2193), -Almaniya (2161), -Belçika (2070). Fransada bu rəqəm 1802, İspaniyada 1381, Polşada 1091, Litvada 1038,…

Daha çox

Tramp bir il ərzində ABŞ-dan bir milyon miqrantı deportasiya etməyi planlaşdırır

ABŞ Prezidenti Donald Trampın administrasiyası bir il ərzində ölkədən bir milyona yaxın qeyri-qanuni immiqrantı deportasiya etməyi planlaşdırır. SİA xəbər verir ki, bu barədə “Washington Post” qəzeti öz mənbələrinə istinadla məlumat yayıb. Qəzetin qeyd etdiyi kimi, bu rəqəm ABŞ Prezidenti Barak Obamanın administrasiyası dövründə müəyyən edilmiş əvvəlki 400 min deportasiya rekordunu xeyli üstələyir. Analitiklər bu rəqəmi qeyri-real hesab edirlər, çünki bu iş üçün hüquq-mühafizə orqanlarına kifayət qədər kadr və maliyyə ayrılmayıb. Bundan əlavə, miqrantların məhkəməyə müraciət etmək və onların deportasiyasına etiraz etmək hüququ var. Nəşrin məlumatına görə, bu məqsədə çatmaq üçün…

Daha çox

Nigeriyada avtobus minaya düşüb

Nigeriyanın şimal-şərqində avtobusun minaya düşməsi nəticəsində azı 8 nəfər ölüb, 21 nəfər yaralanıb. SİA xarici mediaya istinadla xəbər verir ki, hadisə Mayduquri-Damboa avtomobil yolunda baş verib. Partlayıcı qurğunun “Boko Haram” ekstremist qruplaşması tərəfindən yola qoyulduğu iddia edilir. Avtobus hərbçilərin mühafizəsi altında hərəkət edirdi. Partlayışın baş verdiyi rayonun rəhbəri Lovan Maina yaralıların Maiduquri xəstəxanasına aparıldığını bildirib.

Daha çox

Rumıniya Parlamenti Senatının Sədri Azərbaycana rəsmi səfərə gəlib

Rumıniya Parlamenti Senatının Sədrinin vəzifəsini müvəqqəti icra edən Mirça Abrudea aprelin 13-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. SİA xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Hava Limanında Rumıniya parlament nümayəndə heyətini Milli Məclisin Rumıniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azay Quliyev, Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov, Rumıniyanın Azərbaycandakı səfiri Vasile Soare və digər rəsmi şəxslər qarşılayıblar. Səfər çərçivəsində Mirça Abrudeanın ölkəmizin rəsmiləri ilə bir sıra görüşləri keçiriləcək, ikitərəfli əlaqələrimizin gələcək inkişafı ilə bağlı fikir mübadiləsi aparılacaq.

Daha çox

ABŞ Yəməndə texniki məktəbə zərbə endirdi

ABŞ qüvvələri Yəmənin cənub-qərbindəki Əl-Bayda əyalətində texniki məktəbə zərbələr endirib. SİA xəbər verir ki, bu barədə Yəmənin Ənsar Allah hərəkatının husi üsyançılarının nəzarətində olan “Al Masirah” telekanalı məlumat yayıb. Bildirilib ki, təhsil müəssisəsinə azı beş hava zərbəsi endirilib. “Əl-Ərəbiyyə” telekanalının mənbələrə istinadl verdiyi məlumata görə, Amerika hava qüvvələrinin hücumunun hədəfi təhsil müəssisəsinin ərazisində yerləşən husilərin silah anbarları olub. Ölən və yaralananlar barədə məlumat verilmir.

Daha çox

ABŞ və İran yeni nüvə sazişi üzrə ilk danışıqları aparıb

Danışıqlar İki saatdan çox davam edib… İran və ABŞ dolayı danışıqların birinci mərhələsini keçiriblər. SİA-nın məlumatına görə,RBC-Ukrayna IRNA-ya istinadən xəbər verir ki, tərəflər İranın nüvə proqramı və sanksiyaların ləğvi imkanlarını müzakirə ediblər. İran Xarici İşlər Nazirliyi Maskatda danışıqların birinci raundunun “konstruktiv atmosferdə və qarşılıqlı hörmətə əsaslanan” keçdiyini açıqlayıb. Nəşrin məlumatına görə, danışıqların liderləri İranın xarici işlər naziri Abbas Arakçitai və ABŞ-ın xüsusi nümayəndəsi Stiv Vitkoff Omanın xarici işlər naziri Bədr bin Həməd Əl-Busaidi vasitəsilə İranın nüvə proqramı və İrana qarşı sanksiyaların ləğvi ilə bağlı öz hökumətləri arasında…

Daha çox