Rus və belaruslar Estoniyada səsvermə hüququndan məhrum edilir

Estoniya prezidenti Alar Karis ruslar, belaruslar və digər ikili vətəndaşlığı olan şəxsləri yerli seçkilərdə səsvermə hüququndan məhrum edən qanun imzalayıb. SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə Postimees portalı məlumat yayıb. Рийгикогу …Riyqikoqu (Estoniya parlamenti-A.B.) üzvləri əlbəttə başa düşürlər ki, Konstitusiyaya dəyişiklik etməklə onlar çox ciddi nəticələrə səbəb olan qərar qəbul ediblər. Mən dəfələrlə vurğulamışam ki, fikrimcə, bunun çox böyük nəticələri ola bilər. Bunu prezident Karis deyib. Qeyd olunur ki, növbəti seçkilərdən başlayaraq vətəndaşlığı olmayan şəxslər də yerli seçkilərdə səsvermə hüququnu itirəcək. Qeyd edək ki, SSRİ dağılandan bəri…

Daha çox

Azərbaycan XİN Fransa xarici işlər nazirinə cavab verib

Fransanın Ermənistana öldürücü silahlarla təchizat etməsi, eləcə də sülhə xidmət etməyən uzunmüddətli anti-Azərbaycan mövqeyi nazir Jan Noel Baronun regional gərginliklə bağlı narahatlığı ilə ziddiyyət təşkil edir. SİA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə “X”də yazıb. O bildirib ki, bu ikili yanaşma Fransanın riyakarlığını ifşa edir. “Sülh müqaviləsinin layihəsi üzərində işin yekunlaşması mühüm inkişaf olsa da, sülh sazişinin imzalanması və davamlı sabitlik əsas məsələlərin, xüsusilə də Ermənistanın konstitusiyasında ərazi iddialarının həll edilməsini və Fransa da daxil olmaqla destabilləşdirici xarici müdaxilələrin dayandırılmasını tələb edir”,-deyə XİN…

Daha çox

“Aydındır ki, bu, son mərhələ deyil”

Ukrayna nadir torpaq metalları üzrə sazişlə bağlı hazırladığı təklifləri ABŞ-a təqdim edib Ukrayna nadir torpaq metalları üzrə sazişlə bağlı Kiyevin hazırladığı təklifləri artıq ABŞ-a təqdim edib. Bu, Vaşinqtonda keçirilən texniki məsləhətləşmələr zamanı baş verib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Ukraynanın ədliyyə naziri Olqa Stefanişina milli telemarafonun efirində çıxışı zamanı bildirib. Nazirin sözlərinə görə, o, sazişlə bağlı bir çox təfərrüatları açıqlaya bilməz, lakin məsləhətləşmələrin aparılması müsbət əlamətdir. “Hazırkı mərhələdə bunu deyə bilərəm ki, Ukrayna nümayəndə heyəti ABŞ tərəfinə Kiyevdə hazırlanan və razılaşdırılan bütün təklifləri…

Daha çox

Rumıniya nümayəndə heyəti Ulu Öndərin məzarını və Zəfər parkını ziyarət edib

Ölkəmizdə rəsmi səfərdə olan Rumıniya Parlamenti Senatı sədrinin vəzifəsini müvəqqəti icra edən Mirça Abrudeanın başçılıq etdiyi nümayəndə heyəti aprelin 14-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub. Bu barədə SİA-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Səfər çərçivəsində nümayəndə heyəti Bakıda Zəfər parkını ziyarət edərək abidə önünə əkilil qoyub. Qonaqlara Azərbaycan xalqının Vətən müharibəsində qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat…

Daha çox

Avropa İttifaqı nazirləri İrana qarşı sanksiyaları təsdiqləyib

…Diplomatlar bildiriblər ki, Avropa İttifaqının xarici işlər nazirləri cümə axşamı günü Brüsselin dövlət tərəfindən dəstəklənən girov götürmə kimi qiymətləndirdiyi Avropa İttifaqı vətəndaşlarının saxlanmasına görə İranın yeddi fiziki və iki qurumuna sanksiya tətbiq edib. SİA-nın məlumatına görə, Reuters-in gördüyü sanksiya siyahısına Tehranın Evin həbsxanasının direktoru, eləcə də bir neçə hakim və digər məhkəmə rəsmiləri daxildir. Şiraz şəhərinin əsas həbsxanası da sanksiyaya məruz qalan təşkilatlar sırasındadır. Sanksiyalara Avropa İttifaqında yerləşən bütün aktivlərin dondurulması və Avropa İttifaqına hər hansı səfərin qadağan edilməsi daxildir. Son illərdə İran İnqilab Keşikçiləri əsasən casusluq və təhlükəsizliklə bağlı…

Daha çox

“Zərifə xanım Əliyeva həyat və fəaliyyəti ilə Azərbaycan xalqına örnəkdir”

“Azərbaycan tarixində qadına olan münasibət həmişə diqqət mərkəzində olub. Cənnət anaların ayaqları altındadır kəlamı bizi həmişə qadınlara olan münasibətdə səbrli, ədalətli, səmimi olmağa çağırır. Hər bir qadın hər şeydən əvvəl anadır, övlad sahibidir, həyat yoldaşının dayağıdır. Bu mənada akademik Zərifə xanım Əliyeva həyat və fəaliyyəti ilə Azərbaycan xalqına örnəkdir”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Anar İsgəndərov deyib. O bildirib ki, Zərifə xanım Azərbaycan tarixində xüsusi xidmətləri olan Əziz Əliyevin ailəsində dünyaya göz açdı: “Əziz Əliyev İrəvanda orta məktəb, Sank-Peterburqda Tibb İnstitutunu bitirdi, Bakıya gəldi, Tibb İnstitutunun rektoru, Bakı…

Daha çox

Ukraynalılar Kursk vilayətindəki bazaya hücum ediblər

Ukrayna hərbi aviasiyası Rusiya Federasiyasının Kursk vilayətinin Tetkino kəndindəki sənaye obyektinə hədəfli zərbə endirib. SİA xəbər verir ki, bu barədə “Qlavred” Ukrayna Silahlı Qüvvələri ilə əlaqəli olan “Sonyaşnik” Telegram kanalına istinadən məlumat yayıb. Məlumdur ki, zərbənin hədəfi yerli şəkər zavodu olub, burada mənbələrə görə, Rusiya hərbi birləşmələri və düşmənin Ukrayna Silahlı Qüvvələrinə qarşı döyüş əməliyyatlarında istifadə etdiyi pilotsuz uçuş aparatları yerləşdirilib. Hücum üçün Ukrayna hərbçiləri Ukrayna Hərbi Hava Qüvvələrinin MiQ-29 qırıcıları üçün uyğunlaşdırılmış Fransa istehsalı olan AASM Hammer yüksək dəqiqlikli aviasiya sursatından istifadə ediblər. Yayılan kadrlarda silah-sursatın binanın damını deşərək…

Daha çox

“Bu gün Çin qlobal cənubun əsas mərkəzi qismində çıxış edir”

“Çin-Azərbaycan münasibətləri öz tarixinin yüksək mərhələsinə qədəm qoyub”. Bu sözləri SİA-ya açıqlamasında deputat Hikmət Babaoğlu deyib. O bildirib ki, bir il bundan əvvəl Azərbaycan və Çin arasında strateji tərəfdaşlıq haqqında müqavilə imzalanıb: “Strateji tərəfdaşlığın həm ikitərəfli münasibətlər üçün yarada biləcəyi mümkün hüquqi şərtlər, həm də sinxron hərəkət etmək üçün ortaq öhdəliklər gətirəcək qədər səciyyəvi xüsusiyyətləri var. Nəticə etibarilə bu gün Çin qlobal cənubun əsas mərkəzi qismində çıxış edir. Çinin Avropaya yönələn strateji kommunikasiyalarının əksəriyyəti bir yol layihəsi çərçivəsində Azərbaycan üzərindən Qərbə yönəlir. Dolayısı ilə həm Çin-Azərbaycan arasında tarixi əlaqələr, həm…

Daha çox

Novruz bayramı ilə bağlı qanun layihəsi Türkiyə parlamentinə təqdim edilib

Türkiyə Böyük Millət Məclisinə (TBMM) Novruz bayramı ilə əlaqədar martın 21-nin rəsmi qeyri-iş günü elan edilməsi ilə bağlı qanun layihəsi təqdim olunub. SİA yerli mənbələrə istinadən xəbər verir ki, normativ aktın təşəbbüskarı hakim Ədalət və İnkişaf Partiyasının İstanbuldan olan deputatı Serkan Bayramdır. Qanun layihəsi ilə bağlı Ankarada keçirdiyi brifinqdə S.Bayram bildirib ki, martın 21-i gecə ilə gündüzün bərabərləşdiyi astronomik tarix olan yaz bərabərliyi günüdür. “Bu gün dünyanın bir çox ölkəsində, o cümlədən türk dövlətlərində Novruz bayramı geniş şəkildə qeyd edilir. Bu bayram yeni günün, təbiətin dirçəlişini simvolizə edir. Novruz həm…

Daha çox

Azərbaycan və Xorvatiyanın nümayəndələri regional məsələləri müzakirə ediblər

Azərbaycanın NATO yanında Nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə Xorvatiyanın Alyans yanındakı nümayəndəsi səfir Mario Nobilo ilə cari regional məsələləri (Cənubi Qafqaz – red.) müzakirə edib. SİA xəbər verir ki, bu barədə Azərbaycan səfiri “X”də yazıb. “Bu gün Xorvatiyanın NATO yanında Daimi Nümayəndəliyinin rəhbəri Mario Nobilo ilə görüşdüm. Biz Sülh Naminə Tərəfdaşlıq çərçivəsində Azərbaycan-NATO tərəfdaşlığı, Azərbaycan-Xorvatiya ikitərəfli münasibətləri, həmçinin cari regional hadisələr barədə səmərəli müzakirə apardıq”,- məlumatda qeyd olunub.

Daha çox