Gürcüstan Rusiyaya şərtini açıqladı


Tiflis yalnız işğal olunmuş ərazilərlə bağlı məsələ həll olunandan sonra Moskva ilə diplomatik münasibətləri bərpa etməyə hazır olacaq. SİA xəbər verir ki. bu sözləri Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib.

“Gürcüstanla Rusiya arasında münasibətlərin bərpası qarşısında yalnız bir maneə var: Gürcüstan ərazilərinin Rusiya tərəfindən işğalı. Rusiya bu maneəni çox asanlıqla aradan qaldıra bilər. Əlbəttə ki, biz o maneəni aradan qaldırmaq üçün addımları görən kimi münasibətlərin bərpası mümkün olacaq”, – deyə o bildirib.

Qeyd edək ki, Rusiya xarici işlər nazirinin müavini Sergey Qaluzin Tiflislə münasibətləri bərpa etməyə hazır olduqlarını bildirmişdi. Eyni zamanda, Moskvanın Abxaziya və Cənubi Osetiyanın “müstəqilliyini” tanımaqdan imtina etməyəcəyini vurğulamışdı.

Əlaqəli Xəbərlər