Füzuli və Cəbrayıl rayonlarında özünüməşğulluq proqrama cəlb olunan bir qrup sakinə seçdikləri biznes istiqamətləri üzrə avadanlıqlar təqdim edilib. SİA xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, verilmiş avadanlıqlar hesabına proqram iştirakçıları avtotəmizləmə, un məmulatlarının istehsalı, qadın gözəllik salonu və qəssab dükanı xidmətləri üzrə kiçik biznes sahələrini yaradıblar.
Xatırladaq ki, Böyük Qayıdış proqramı çərçivəsində köçürülən sakinlərdən özünüməşğulluq proqramı vasitəsilə kiçik təsərrüfatlarını quranların sayı artıq 262-ə çatıb.
Onlardan 66 nəfəri Füzuli və Cəbrayıl rayonlarına köçürülmüş sakinlərdir.