Gəmilərin fəaliyyəti sabah bərpa edilə bilər

Xəzər dənizində üzən gəmilərin aprelin 17-si gündüz saatlarından etibarən fəaliyyətlərini bərpa edəcəkləri gözlənilir. SİA bu barədə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) istinadən xəbər verir. Məlumata əsasən, küləkli hava şəraiti ilə əlaqədar təhlükəsizlik məqsədilə Xəzərdə üzən ASCO gəmiləri hazırda lövbər dayanacaqları və sığınacaqlardadır. Xatırladaq ki, bu gün saat 10:00-a olan məlumata əsasən ölkə ərazisində kəskin hava şəraiti müşahidə olunur, gecə saatlarından başlayan güclü yağış, şimşək hazırda davam edir. Güclü şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 34 m/s, Altıağacda 19 m/s, Şamaxı, Naftalanda 18 m/s, Qubada 16…

Daha çox

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Bakıda şəhidlərin xatirəsini anıb

Azərbaycanda rəsmi səfərdə olan Gürcüstan Prezidenti Mixeil Kavelaşvili aprelin 16-da Şəhidlər xiyabanını ziyarət edib. SİA xəbər verir ki, Mixeil Kavelaşvili Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub. Sonra Bakının ən hündür nöqtəsindən paytaxtın mənzərəsini seyr edən ali qonağa Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Daha çox

TikTok #Novruz2025 onlayn festivalının nəticələrini açıqlayıb

Qısa videoların yaradılması və izlənməsi üzrə aparıcı platforma olan TikTok Azərbaycanda ilk dəfə keçirilən #Novruz2025 onlayn festivalının nəticələrini açıqlayıb. SİA xəbər verir ki, bu təşəbbüs platforma istifadəçiləri arasında böyük marağa səbəb olub: layihənin həştəqi ilə 12 mindən çox video hazırlanıb. TikTok, həmçinin, müsabiqənin qaliblərini elan edib: ən yaxşı videoların müəllifləri dəyərli hədiyyələr qazanıblar. TikTok-da keçirilən onlayn festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə baş tutub. Artıq iki ildir ki, TikTok Azərbaycanda yerli mədəniyyətin və maarifləndirici məzmunun təbliği istiqamətində təşəbbüslər həyata keçirir. Azərbaycanın zəngin mədəni irsi ölkədəki bir çox məzmun yaradıcıları…

Daha çox

AHİK Sosial Tədqiqatlar Mərkəzi ilə memorandum imzalayıb

Sosial Tədqiqatlar Mərkəzinin (STM) nümayəndələri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) olublar. SİA xəbər verir ki, konfederasiya sədri Sahib Məmmədov ölkəmizdə həmkarlar ittifaqlarının səmərəli fəaliyyəti üçün yaradılan əlverişli şəraiti və cənab Prezident İlham Əliyevin bu sahəyə diqqət və qayğısını vurğulayıb, ittifaq üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarının müdafiəsi, sağlamlığının qorunması, müalicə və istirahətinin təşkili istiqamətində görülən işlərdən danışıb. Görüşdə həmkarlar ittifaqları sistemində aparılan islahatlar, tətbiq edilən yeniliklər, “AHİK Könüllüləri”, “Layiqli Əmək Səfirləri”, “Həmkardan həmkara qayğı ilə”, “AHİK Plus” layihələri və “Kurort” Turizm İnformasiya Mərkəzinin fəaliyyəti barədə ətraflı məlumat verilib. Sonra AHİK-in fəaliyyəti,…

Daha çox

Ayasofya Məscidinin günbəzində əhatəli bərpa işləri başlanılıb

İstanbulun simvollarından biri olan Ayasofya Məscidinin günbəzinin bərpa və möhkəmləndirmə işlərinə başlanılıb. 1486 illik tarixi ilə bəşər mədəni irsinin incilərindən sayılan bu tarixi məscidin, gələcək nəsillərə ötürülməsi üçün genişmiqyaslı bir layihə ilə yenidən canlandırılır. SİA xəbər verir ki, Türkiyənin mədəni irsinin qorunması istiqamətində son illərdə həyata keçirdiyi saysız-hesabsız arxeoloji və bərpa layihələri sırasında Ayasofya xüsusi yer tutur. Son üç ildir davam edən bərpa prosesi çərçivəsində artıq bir çox mərhələ başa çatıb. İndi isə əsas diqqət Ayasofyanın tacı hesab edilən mərkəzi günbəzə yönəlib. Davam etdirilən işlər günbəzin zəlzələyə qarşı daha davamlı…

Daha çox

Hazırda qatarların qrafik üzrə fəaliyyəti bərpa olunub

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq, hərəkətin təhlükəsizliyinin təmin edilməsi, sərnişinlərin mənzil başına təhlükəsiz çatdırılması məqsədilə gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir. SİA bu barədə ADY istinadən xəbər verir. Hazırda qatarların qrafik üzrə fəaliyyəti bərpa olunub, bütün ərazilərə nəzarət edilir, hər hansı hadisə baş verdikdə operativ reaksiya verilir. Bir daha hərəkət iştirakçılarına bu cür hava şəraitində dəmiryol keçidlərindən istifadə zamanı yüksək sayıqlıq göstərməyi və ehtiyatlı olmağı tövsiyə edir, sərnişinlərdən stansiya və platformalarda qatarları gözləyərkən diqqətli olmağı xahiş edirik.

Daha çox

Anar Əliyev Ağstafada vətəndaşları qəbul edəcək

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev aprelin 25-də Ağstafa rayonunda Ağstafa və Qazax rayonlarının sakinlərini qəbul edəcək. SİA xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb. Qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək. Vətəndaşlar aprelin 16-18-də Nazirliyə rəsmi şəkildə ([email protected] elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya “142” Çağrı mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər. Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcək.

Daha çox

“Maskalar kənara tullanılıb, hücum silahları göndərilir”

Xankəndinin millət vəkili Tural Gəncəliyevin SİA-ya müsahibəsini təqdim edirik: – Aprelin 11-də Türkiyənin Antalya şəhərində Antalya Diplomatiya Forumunun açılış mərasimi oldu. Ümumiyyətlə, forum nə ilə yadda qaldı? – Antalya Diplomatiya Forumu gözümüzün önündə dünyanın ən aparıcı diplomatik forumlarından birinə çevrildi. Artıq dördüncü dəfədir ki, keçirilir. İldən-ilə bu forumun nüfuzu, çəkisi daha da artır. İlk üç forumda şəxsən iştirak edən biri kimi deyə bilərəm ki, həqiqətən də, çox möhtəşəm tədbirdir. Dövlət başçımız ilk dəfə olaraq həmin foruma qatıldı. Maraqlıdır ki, cənab Prezident məhz Antalya Diplomatiya Forumuna ADA Universitetindəki çıxışından sonra getdi.…

Daha çox