Aprelin 15-də Amerika fond bazarlarında Dow Jones indeksi 0.38% – 40,368.96 bəndədək, S&P 500 indeksi 0.17% – 5,396.63 bəndədək, Nasdaq indeksi isə 0.05% – 16,823.17 bəndədək azalıb. SİA-nın məlumatına görə, Avropa fond bazarlarında aprelin 15-də FTSE 100 indeksi 1.41% – 8,249.12 bəndədək, Fransanın CAC-40 indeksi 0.86% – 7,335.40 bəndədək, Almaniyanın DAX indeksi 1.43% – 21,253.70 bəndədək artıb. Dünya bazarlarında avronun dollara qarşı məzənnəsi 0.57% artaraq 1.1346 dollar təşkil edib.
Daha çoxDay: April 16, 2025
Gürcüstan Prezidenti Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib
Gürcüstan Prezidenti Mixeil Kavelaşvili aprelin 16-da Fəxri xiyabana gələrək xalqın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub. SİA xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb. Eyni zamanda Azərbaycanda rəsmi səfərdə olan Gürcüstan Prezidenti aprelin 16-da Şəhidlər xiyabanını da ziyarət edib. Mixeil Kavelaşvili Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub. Sonra Bakının ən…
Daha çoxTürkiyə ticarət nazirinin müavini Ağdam Sənaye Parkında olub
Türkiyənin ticarət nazirinin müavini Mustafa Tuzcunun rəhbərlik etdiyi nümayəndə heyəti işğaldan azad edilmiş ərazilərdə bərpa quruculuq işləri ilə tanış olub. SİA İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, nazir müavini Səməd Bəşirli ilə keçirilən görüşdə qonaqlara işğaldan azad olunmuş ərazilərimizdə, eyni zamanda Ağdam Sənaye Parkında görülmüş işlər, investorlar üçün cəlbedici imkanlar, sahibkarlıq fəaliyyəti üçün yaradılmış infrastruktur, tətbiq edilən vergi, gömrük və digər güzəştlər barədə məlumat verilib. Bildirilib ki, dövlət başçısı İlham Əliyevin 28 may 2021-ci il tarixli Fərmanı ilə yaradılmış Ağdam Sənaye Parkı işğaldan azad edilmiş ərazilərin biznes potensialının reallaşdırılması, qeyri-neft…
Daha çoxRamin Məmmədov Bakıda fəaliyyət göstərən ziyarətgahlarda olub
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Bakının Xəzər rayonundakı Mir Mövsüm Ağa, Pir Həsən ziyarətgah kompleksləri və Suraxanı rayonunun Bülbülə qəsəbəsi “Məhəmməd Sadiq” ziyarətgahında olub. SİA-nın xəbər verir ki, ziyarətgahlarda yaradılan şəraitlə tanış olan Dini Komitənin sədri dövlət tərəfindən milli-mənəvi dəyərlərin qorunması, dini icmaların fəaliyyətinin dəstəklənməsi istiqamətində görülən işlər barəsində danışıb. Onun sözlərinə görə, Azərbaycanda heç bir fərq qoyulmadan müxtəlif dini icmalara, onlara məxsus ibadət yerlərinə diqqət və qayğı göstərilir, Prezident İlham Əliyev tərəfindən hər il dini qurumlara maliyyə yardımı ayrılır. R.Məmmədov ölkədəki multikulturalizm və tolerantlıq ənənlərinin…
Daha çoxƏfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı
Prezident yanında Əfv Məsələləri Komissiyasının 2025-ci il üçün növbəti iclasının vaxtı məlum olub. SİA-nın xəbərinə görə, sayca 6-cı iclas aprelin 23-nə təyin edilib. Qeyd edək ki, ümumilikdə, Əfv Məsələləri Komissiyasının 2025-ci üzrə beş iclası olub və 600-dən çox müraciətə baxılıb. Xatırladaq ki, Əfv Məsələləri Komissiyasının iclaslarının nəzərdə tutulan əfvlə bağlı keçirildiyi bildirilir.
Daha çoxAzərbaycan nefti cüzi ucuzlaşıb
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,43 ABŞ dolları, yaxud 0,64% azalaraq 67,14 ABŞ dolları təşkil edib. Bu barədə SİA-ya neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin iyun fyuçerslərinin qiyməti 66,42 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftin bir barelinin qiyməti 0,37 ABŞ dolları və ya 0,56 % azalaraq 65,34 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti…
Daha çox"Azəriqaz" rəhbərliyi Bərdədə vətəndaşları qəbul edəcək
“Azəriqaz” rəhbərliyi Bərdədə vətəndaşları qəbul edəcək
Daha çoxADY qatarların hərəkətində gecikmələrin səbəblərini açıqlayıb
ADY ölkə ərazisində qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq, hərəkətin təhlükəsizliyinin təmin edilməsi, sərnişinlərin mənzil başına təhlükəsiz də çatdırılması məqsədilə gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. SİA bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) istinadən xəbər verir. Qeyd olunub ki, güclü külək və leysan səbəbindən bəzi sahələrdə su yığılması, ağacın kontakt şəbəkənin üstünə aşması və elektrik enerjisinin kəsintisi kimi hallar qeydə alındığı üçün Abşeron dairəvi, Bakı–Ağstafa–Bakı və Bakı–Balakən–Bakı marşrutları üzrə qatarların hərəkətində gecikmələr müşahidə olunur. “Baş verən bütün hallara qarşı öncədən hazırlıqlar görülüb və operativ reaksiya verilir. Hərəkət iştirakçılarına bu cür…
Daha çoxTürkiyə səhəri zəlzələ ilə açdı
Türkiyənin Kahramanmaraş vilayətində 4,1 bal gücündə zəlzələ baş verib. SİA xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Bildirilib ki, Bakı vaxtı ilə 06:04-də Nurhak rayonunda baş verən zəlzələ 7 kilometr dərinlikdə qeydə alınıb.
Daha çoxYağışlı Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb. SİA xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər; 2. “20 Yanvar” dairəsində; 3. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində; 4. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində; 5. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində; 6. Babək prospekti, mərkəz istiqamətində; 7. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 8. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində…
Daha çox