“Azərbaycan Cənubi Qafqazda stabilliyin vacib faktoruna çevrilib”

“Antalyada Diplomatiya Forumu Azərbaycanın xarici siyasətini indiki şəraitdə göstərmək üçün əlverişli fürsət idi”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib. O bildirib ki, eyni zamanda Türkiyə-Azərbaycan münasibətlərinin strateji yüksəlişdə olduğunu nümayiş etdirmək üçün həm də imkan oldu: “Çünki bilirik ki, burada türk dövlətlərinin heç də hamısı iştirak etmirdi. Amma Azərbaycan Prezidentinin burada iştirakı Türkiyə-Azərbaycan əməkdaşlığının və dostluğunun strateji və pozulmaz xarakter daşıdığını bir daha nümayiş etdirdi. Xüsusilə də, Mərkəzi Asiyanın türkdilli ölkələrinin hamısının burada təmsil olunmaması xoşagələn hadisə deyil. Amma Antalya Forumu indiki şəraitdə həm regionda, həm Cənubi…

Daha çox

Başqırdıstanda iflic olmuş qızı ayağa qaldırıblar

Başqırdıstanın Tuymazinski xəstəxanasının neyrocərrahları iflic olmuş qızı ayağa qaldırıblar. SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə “Bashinform” agentliyi respublika Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadən yazır. 27 yaşlı rusiyalı qadın yol qəzasında yaralanıb və hadisədən cəmi 2 saat sonra tapılıb. Xəstə onurğa sınığı, onurğa beyninin zədələnməsi və çoxsaylı sınıqlarla xəstəxanaya yerləşdirilib. Qeyd olunur ki, sadalanan xəsarətlər qurbanın ayaqlarının hərəkətsiz qalması ilə nəticələnib. Həkimlər briqadası əməliyyatı rentgen nəzarəti altında həyata keçirib, əməliyyat zamanı altı xüsusi implantdan istifadə edilib. Görülən işlər nəticəsində rus qadınının motor funksiyaları bərpa edilib. İndi qız xəstəxanadan…

Daha çox

Füzuli və Cəbrayılda daha bir qrup sakinə özünüməşğulluq proqramı üzrə avadanlıqlar verilib

Füzuli və Cəbrayıl rayonlarında özünüməşğulluq proqrama cəlb olunan bir qrup sakinə seçdikləri biznes istiqamətləri üzrə avadanlıqlar təqdim edilib. SİA xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Məlumata əsasən, verilmiş avadanlıqlar hesabına proqram iştirakçıları avtotəmizləmə, un məmulatlarının istehsalı, qadın gözəllik salonu və qəssab dükanı xidmətləri üzrə kiçik biznes sahələrini yaradıblar. Xatırladaq ki, Böyük Qayıdış proqramı çərçivəsində köçürülən sakinlərdən özünüməşğulluq proqramı vasitəsilə kiçik təsərrüfatlarını quranların sayı artıq 262-ə çatıb. Onlardan 66 nəfəri Füzuli və Cəbrayıl rayonlarına köçürülmüş sakinlərdir.

Daha çox

Ələt-Osmanlı-Astara dəmiryol xəttinin yenidən qurulması 2027-ci ilədək tamamlanacaq

Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin mühüm bir hissəsi olan Ələt-Osmanlı-Astara dəmir yolu xətti ilə bağlı tikinti işlərinin 2027-ci ilə qədər tamamlanacağı gözlənilir. SİA xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədrinin müşaviri, Tikinti layihələrinin idarə olunması departamentinin rəisi Tural Abbaslı “Nəqliyyat İnfrastrukturunun inkişafına dair sual və təkliflərin müzakirəsi” mövzusunda keçirilən “Milli Biznesin İnkişafı Forumunun ilk sessiyası”nda bildirib. “Ələt-Astara dəmir yolu xəttinin yenidən qurulması işləri həyata keçirilir. Ələtdən Osmanlı istiqamətli olan hissədə cüt xəttli dəmir yolunun yenilənməsi işləri aktiv olaraq davam edir. Eyni zamanda, Osmanlıdan Astaraya qədər işlər aparılır. Yolun…

Daha çox

“Böyük Qayıdış”la bağlı işlər demək olar ki, hər gün aparılır”

“”Böyük Qayıdış”la bağlı işlər demək olar ki, hər gün aparılır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib. O bildirib ki, biz bunu kütləvi informasiya vasitələrində də görə bilərik, insanlarla ünsiyyət zamanı da eşidə bilərik: “Bilirik ki, qaçqınlar, məcburi köçkünlər Bakının ətraf kənd və qəsəbələrində, Bakı şəhərində yerləşirlər. Köç prosesi sürətlənir. Onlarla da təmasda olanda görürsən ki, proses nə dərəcədə sürətlə gedir. Digər tərəfdən “Böyük Qayıdış” proqramı ilə yanaşı eyni zamanda iş yerlərinin açılması prosesi baş verir. Həm Qarabağ, həm də Şərqi Zəngəzurda iş yerlərinin açılması bu bölgələrin iqtisadi inkişafına…

Daha çox

Ağdam-Xankəndi dəmir yolu xətti ilə bağlı layihələndirmə işlərinə başlanılıb

Ağdam-Xankəndi dəmir yolu xətti ilə bağlı layihələndirmə işlərinə başlanılıb. SİA xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədrinin müşaviri, Tikinti layihələrinin idarə olunması departamentinin rəisi Tural Abbaslı “Nəqliyyat İnfrastrukturunun inkişafına dair sual və təkliflərin müzakirəsi” mövzusunda keçirilən “Milli Biznesin İnkişafı Forumunun ilk sessiyası”nda bildirib. “Bu il bu dəmir yolunda tikinti işlərinə start vermək niyyətindəyik. Artıq podratçı şirkət seçilib. Mobilizasiya işləri davam etdirilir. Ağdamdan Xankəndiyə qədər dəmir yolu xəttinin 27-28 kilometr olacağı gözlənilir”, – o vurğulayıb. Onun sözlərinə görə, Bərdə-Ağdam dəmir yolu xəttinin Əsgəran rayonuna qədər uzadılması planlaşdırılır: “Bu…

Daha çox

Milli Məclisdə TÜRK PA ölkələri arasında ortaq müdafiə və təhlükəsizlik strategiyasının hazırlanması təklif edilib

Milli Məclisdə Türk Dövlətləri Təşkilatının Parlament Assambleyasına (TÜRK PA) üzv ölkələri arasında ortaq təhlükəsizlik çağırışlarına qarşı müdafiə və təhlükəsizlik strategiyasının hazırlanması təklif edilib. SİA xəbər verir ki, bununla bağlı Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Səbinə Salmanova TÜRK PA-ya üzv ölkələrin parlamentlərinin müdafiə və təhlükəsizlik üzrə komitələrinin sədrlərinin iclasında çıxışı zamanı deyib. Deputat hesab edir ki, bu strategiya, regiondakı əsas təhdidləri nəzərə alaraq birgə müdafiə siyasətinin formalaşdırılmasına öz töhfəsini verəcək: “Nəzərə alsaq ki, son dövrlərdə dünyada geosiyasi gərginliklər artıb, regional münaqişələr və qeyri-ənənəvi təhlükəsizlik təhdidləri gündəmə…

Daha çox

Fransa ilə Əlcəzair arasında münasibətlər daha da pisləşir

Fransa və Əlcəzair arasında gərginlik daha da artıb. Rəsmi Paris 12 fransızın Əlcəzairdən qovulmasına qarşılıqlı cavab verib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Prezident Emmanuel Makron Fransanın Əlcəzairdəki səfiri Stefan Romateni məsləhətləşmələr üçün geri çağırmaq, eləcə də Əlcəzairin diplomatik nümayəndəliklərində çalışan 12 nəfəri bu ölkədən çıxarmaq qərarına gəlib. “Fransa Əlcəzair hakimiyyətinin qərarını təşviş hissi ilə qarşılayır, bunu əsassız və anlaşılmaz hesab edir”, – deyə məlumatda bildirilir. Yelisey sarayı Əlcəzair rəsmilərinin ikitərəfli münasibətlərin qəfil pisləşməsinə görə məsuliyyət daşıdığını diqqətə çatdırır. “Biz cavab veririk. Həmişə dialoq olmalıdır, lakin birtərəfli yox”, –…

Daha çox

Kapital Bank 6 nominasiyada mükafatlandırıldı

Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə ənənəvi “Bankçılıq Mükafatları – 2024” ün qalibləri müəyyən olunub və Kapital Bank 6 nominasiyada mükafat qazanıb. SİA xəbər verir ki, Kapital Bank 2024-cü il üzrə “Korporativ sosial məsuliyyət”, “Təhsil dəstəkçisi”, “Kiçik və Orta Biznesin maliyyə əlçatanlığının artırılması ilə əlaqədar tədbirlər keçirmiş ABA üzvü”, “Rəqəmsal ödənişlərdə təhlükəsizliyə dair maarifləndirmə layihələri”, “Rəqəmsal ödənişlər sahəsində innovativ layihələrin tətbiqi” və “Dayanıqlı bankçılıq üzrə layihələr (ESG)” nominasiyaları üzrə mükafata layiq görülüb. Qeyd edək ki, bank ötən il ərzində sözügedən istiqamətlər üzrə bir çox layihəyə imza atıb. Korporativ Sosial Məsuliyyət,…

Daha çox