Yevlax–Bərdə dəmir yolunun tikintisinin başa çatma müddəti açıqlanıb

Yevlax–Bərdə dəmir yolu xəttinin və rabitə-siqnalizasiya sisteminin layihələndirilməsinin 2027-ci ildə başa çatdırılması planlaşdırılır. SİA xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC sədrinin müşaviri, Tikinti layihələrinin idarə edilməsi departamentinin rəhbəri Tural Abbaslı “Nəqliyyat İnfrastrukturunun inkişafına dair sual və təkliflərin müzakirəsi” mövzusunda keçirilən “Milli Biznesin İnkişafı Forumunun ilk sessiyası”nda bildirib. “Yevlax–Bərdə dəmir yolu xəttinin və rabitə-siqnalizasiya sisteminin layihələndirilməsi işləri davam edir. Yolun bərpası Yevlax–Ağdam dəmir yolu xəttinin fəaliyyətinin təmin edilməsinə töhfə verəcək. Layihənin 2027-ci ildə tamamlanması planlaşdırılır”, – o qeyd edib. Xatırladaq ki, Yevlax-Bərdə dəmir yolunun uzunluğu 38 km, Yevlax-Ağdam yolunun…

Daha çox

Çoxəsrlik dostluq və ümumi düşünülmüş siyasət bizə regionumuzun rolunu düzgün müəyyənləşdirməyə imkan verib

Ölkələrimiz arasında mövcud olan xüsusi, çoxəsrlik dostluq və ümumi düşünülmüş siyasət bizə regionumuzun rolunu düzgün müəyyənləşdirməyə imkan verib. SİA xəbər verir ki, bu barədə Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında bildirib. Gürcüstanın Prezidenti qeyd edib: “Əminəm, bizim ümumi gələcəyimizə uğurlu, iqtisadi cəhətdən güclü və firavan Cənubi Qafqaz regionu daxildir ki, burada xalqlarımız dırnaqarası liberal dəyərlərlə yox, öz adət və ənənələri ilə birgə yaşaya biləcəklər”.

Daha çox

Rusiyanın “ən nəzakətli manyakının” nə gizlətdiyi məlum olub..?

…“Rusiyanın ən nəzakətli manyakı” kimi tanınan Vladimir Mirqorod bildirib ki, qurbanlarının hamısını xatırlaya bilmir. Bu, 16 nəfərin qətli ilə bağlı yenidən ekspertiza onun ağlı başında olduğunu müəyyən etdikdən sonra baş verib və yeni istintaq siyahıya daha 17 epizod əlavə edib. SİA rus saytlarına istinadən xəbər verir ki, mediada yayılan məlumatlara görə, Mirqorod amansız cinayətlərinin qurbanına çevrilməzdən əvvəl onun arxasınca gedən qadınlarla ünsiyyət tərzinə görə “nəzakətli” ləqəbini qazanıb. O, qurbanlarının cəsədlərini zorlayıb, boğub və yandırıb, onların arasında təkcə qadınlar deyil, kişilər, hamilə qadın və azyaşlılar da var. 2012-ci ildə Mirqorod 16…

Daha çox

Bələdiyyə gəlirlərinin artırılması üzrə müsbət nəticələr əldə olunub

Bələdiyyələr tərəfindən onların iqtisadi dayanıqlığının təmin olunması üçün yerli büdcə gəlirlərinin artırılması isitiqamətində davamlı işlər görülür. Bu barədə SİA-ya Ədliyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, bu məqsədlə uçotdan kənarda qalan vergitutma obyektlərinin uçota alınması, habelə vergi borcları üzrə inzibati akt qəbul edilərək məcburi icraya yönəldilməsi üçün zəruri addımlar atılır. Ədliyyə Nazirliyi tərəfindən yerli özünüidarəetmə orqanlarının nümayəndələri ilə aparılan mütəmadi maarifləndirmə tədbirləri, eləcə də Bələdiyyələrin Milli Assosiasiyalarının bu prosesdə yaxından iştirakı bələdiyyələrin maliyyə vəziyyətinin yaxşılaşmasına əhəmiyyətli təsir göstərməkdədir. Belə ki, hazırda yerli büdcə gəlirlərinin artırılması üzrə müsbət nəticələr əldə olunub. Dövlət…

Daha çox

Azərbaycan Mərkəzi Bankı “Guavapay”ə lisenziya verib

Azərbaycan Mərkəzi Bankı (AMB) “Guavapay” MMC-yə elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən lisenziya verib. Bu barədə SİA AMB-yə istinadən xəbər verir. Məlumata görə, lisenziya “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanuna əsasən verilib. “Ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair müraciət etmiş digər təşkilatların qiymətləndirilməsi hazırda davam edir”, – deyə AMB bəyan edib. Xatırladaq ki, AMB bundan əvvəl 16 şirkətə elektron pul təşkilatı, 8 şirkətə ödəniş təşkilatı, “AzəriCard” MMC prosessinq mərkəzinə isə elektron pul təşkilatı və ödəniş sistemi operatoru kimi fəaliyyət göstərmək hüququ verən müddətsiz lisenziyalar verib.…

Daha çox

Şadam ki, Azərbaycan ilə Gürcüstan arasında ümumi maraqların müdafiəsi sahəsində əməkdaşlıq intensivləşib

Təəssüf ki, son vaxtlar ölkələrimiz dəfələrlə ikili standartların və xarici qüvvələrin daxili işlərə müdaxiləsinin obyektinə çevrilib. Çoxsaylı səylərə baxmayaraq, biz bu təhlükələri qətiyyətlə aradan qaldırırıq, regionun təhlükəsizliyini və sabitliyini təmin edirik. SİA xəbər verir ki, bu fikirləri Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında səsləndirib. “Heç bir üçüncü ölkə və ya təşkilatın xalqlarımız üçün nəyin yaxşı olduğunu bizdən yaxşı bilməsi mümkün deyil. Şadam ki, Azərbaycan ilə Gürcüstan arasında ümumi maraqların müdafiəsi sahəsində əməkdaşlıq intensivləşib”, – deyə o əlavə edib.

Daha çox

“Hazırkı mərhələdə bu əməkdaşlığın praktiki nəticələri müşahidə olunur”

Əhməd İsmayılov: Azərbaycan reallıqlarının dünyaya çatdırılması istiqamətində mühüm addımlar atılıb Azərbaycan Orta Asiya ölkələri, xüsusilə də Özbəkistan və Qazaxıstan ilə dərin, davamlı media əlaqələrinə malikdir. SİA xəbər verir ki, bunu Astanada keçirilən II Mərkəzi Asiya Media Forumu çərçivəsində Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov deyib. Onun sözlərinə görə, əməkdaşlıq həm normativ-hüquqi baza, həm də uzun illər ərzində formalaşmış qarşılıqlı təcrübə əsasında inkişaf edir. İmzalanan sənədlər media sahəsində fəaliyyət göstərən dövlət qurumları və media subyektləri, o cümlədən xəbər agentlikləri arasında daha geniş təcrübə mübadiləsinə və effektiv əməkdaşlığa…

Daha çox

Bu il Azərbaycana 100-dən artıq avtobus gətiriləcək

Bu il Azərbaycana özəl daşıyıcılar tərəfindən 100-dən artıq avtobusun gətirilməsi gözlənilir. SİA xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Bakı regional idarəsinin müdiri Tərlan Səfərov “Nəqliyyat İnfrastrukturunun inkişafına dair sual və təkliflərin müzakirəsi” mövzusunda keçirilən “Milli Biznesin İnkişafı Forumunun ilk sessiyası”nda bildirib. Onun sözlərinə görə, 11 avtobus marşrutu üzrə 154 avtobus yenilənib: “Gün ərzində fəaliyyət göstərən avtobusların orta sayı 2024-cü ildə 2 160-ə qədər artırılıb. Bakı şəhərində avtobus sayının 2 800-ə çatdırılması nəzərdə tutulur”. O bildirib ki, Bakı-Sumqayıt istiqamətində 4marşrut açılıb: “Gün…

Daha çox

Su basmış ərazilərdən kənarlaşdırma işləri davam edir

Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən hazırda ölkə ərazisində müşahidə olunan yağıntılı və küləkli hava şəraiti ilə əlaqədar su basmış ərazilərdən sular çəkilir. Bu barədə SİA-ya FHN-dən bildirilib. “Əməkdaşlar yaşayış evlərindən və digər su basmış ərazilərdən suyun çəkilərək kənarlaşdırılması işlərini davam etdirirlər. Bununla yanaşı, köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi fasiləsiz olaraq davam etdirilir”, – məlumatda qeyd olunub.

Daha çox