Bakı–Sumqayıt istiqamətində dörd yeni avtomobil marşrutunun yaradılması 25 mindən çox insanın daşınmasına imkan verib. SİA xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Bakı regional idarəsinin rəhbəri Tərlan Səfərov “Nəqliyyat İnfrastrukturunun inkişafına dair sual və təkliflərin müzakirəsi” mövzusunda keçirilən “Milli Biznesin İnkişafı Forumunun ilk sessiyası”nda bildirib. Onun sözlərinə görə, ictimai nəqliyyatın inkişafında ən vacib istiqamətlərdən biri infrastrukturun inkişafı olaraq qalır. “2024-cü ildə 476 milyon sərnişin daşınıb – bu, əvvəlki illə müqayisədə 6 % çoxdur. Avtobus parkının yenilənməsi çərçivəsində 11 marşrut üzrə 154 avtobus yeniləri ilə əvəzlənib və artıq müəyyən…
Daha çoxDay: April 16, 2025
Kavelaşvili Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlığın daha da möhkəmlənəcəyinə əmindir
Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Bakı və Tbilisi arasında strateji tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin möhkəmlənəcəyinə və yeni səviyyəyə yüksələcəyinə əminliyini ifadə edib. SİA xəbər verir ki, bunu Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatında bildirib. Onun sözlərinə görə, Azərbaycan və Gürcüstan arasında əməkdaşlığın möhkəmləndirilməsi üçün bütün şərait mövcuddur.
Daha çoxTramp Zelenskinin “Patriot”lar almaq təklifini rədd edib
ABŞ prezidenti Donald Tramp Ukrayna lideri Vladimir Zelenskinin 10 “Patriot” hava hücumundan müdafiə sistemi almaq təklifini rədd edib. SİA-nın məlumatına görə, bu barədə BILD məlumat yayıb. …Avropa İttifaqının maliyyə resurslarından və dondurulmuş Rusiya aktivlərindən istifadə edərək, Zelenski ABŞ-dan çoxlu pula – hər biri 5,5 milyon avro qiymətinə yüzlərlə “Patriot” raketi almaq istəyirdi. Bununla belə, nəşrin qeyd etdiyi kimi, Tramp Rusiya ilə danışıqlardan o qədər narahatdır ki, “Ukraynanın müdafiəsi üçün pul qazanmaq belə istəmir. Məqalədə deyilir. Bundan əvvəl Tramp Ukraynaya 50 milyard dollarlıq müqavilə verməkdən imtina edib. Əli Babayev
Daha çox“Azərbaycan xalqı həmişə ikidillilik şəraitində yaşamışdır”
“Dil elə bir ictimai varlıqdır ki, orada xalqın mədəniyyəti, ədəbiyyatı, məişəti, dünyagörüşü öz əksini tapır. Azərbaycan xalqı həmişə ikidillilik şəraitində yaşamışdır. Dil başqa bir mədəniyyətə açılan pəncərədir. İkinci və üçüncü dil öyrənmək həmişə yeni mədəniyyətlə məşğul olmaq və dünyanı fərqli baxışla dərk etmək deməkdir”. Bu sözləri SİA-ya açıqlamasında AMEA Nəsimi Dilçilik İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Təranə Şükürlü deyib. Onun sözlərinə görə, xarici dil öyrənmək diqqətin cəmləşdirilməsini formalaşdırır: “Belə ki, insan hər hansı xarici dilin qaydalarını, həmin dildəki yeni sözləri öyrənmək üçün fikrini cəmləşdirməli olur. Hər…
Daha çoxAzərbaycanın vergi orqanlarına I rübdə 128 minə yaxın müraciət daxil olub
Bu ilin I rübündə Azərbaycanda vergi orqanlarına ümumilikdə 127 652 müraciət daxil olub. SİA-ya İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bunun 96 %-i ərizə, 3,9 %-i şikayət, 0,1 %-i təklif olub, 107 müraciətin icrası nəzarətə götürülüb. Müraciətlərin 94,3 %-nin baxılması hesabat dövründə başa çatdırılıb, 5,7 %-i isə hazırda icradadır. Baxılması başa çatdırılmış müraciətlərdən 52,4 %-i barədə müvafiq izahat verilib, 46,3 %-i həll olunub, qalanları barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb. Həll olunmuş 1 113 sayda faktiki şikayətlər, əsasən, kameral vergi yoxlaması, vergi ödəyicisinin qeydiyyatı, sosial sığorta ödənişləri,…
Daha çoxAzərbaycan və Gürcüstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
bəyanatı -Zati-aliləri cənab Prezident. Nümayəndə heyətinin üzvləri. Media nümayəndələri, xanımlar və cənablar. İlk növbədə, səmimi qəbula və qonaqpərvərliyə görə Prezident İlham Əliyevə xüsusi minnətdarlığımı bildirmək istəyirəm. Bu, mənim Gürcüstan Prezidenti kimi ilk xarici səfərimdir. Bu səfərdə Gürcüstanla Azərbaycan arasında strateji və xüsusi mehriban qonşuluq münasibətləri vurğulanır. Bu vəzifəyə seçildikdən sonra tezliklə Azərbaycana səfər etmək mənim üçün vacib idi. Şadam ki, artıq cənab İlham Əliyevlə görüşmək imkanım olub. Biz Gürcüstanla Azərbaycan arasında çoxşaxəli nümunəvi əlaqələr, Cənubi Qafqaz regionunun çağırışları, dünyada gedən cari proseslər barədə düşüncələrimizi və fikirlərimizi bölüşdük. Əsrlər boyu xalqlarımız…
Daha çoxYağışlı hava su, qaz və işıq sisteminə necə təsir göstərib?
Ölkə ərazisində küləkli və yağıntılı hava şəraiti davam edir. SİA olaraq mövcud hava şəraiti ilə əlaqədar Azərişıq, Azəriqaz və İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə müraciət etdik. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti: “ADSEA hava şəraiti ilə bağlı gücləndirilmiş iş rejimi ilə fəaliyyət göstərir. İntensiv yağıntılar zamanı müxtəlif ərazilərdə yaranan problemlərin aradan qaldırılması məqsədilə ADSEA İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Xüsusilə, rayonlar üzrə sukanal idarələrinin işçi heyəti yığılan suların ərazilərdən çəkilməsi, yağış və kanalizasiya kollektorlarının təmizlənməsi və fəaliyyətinin bərpası istiqamətində müntəzəm və fasiləsiz işlər…
Daha çox“Türkiyə regional gücdən qlobal gücə çevrilməkdədir”
“Türkiyə bu gün dünya miqyasında iqtisadi və siyasi proseslərə təsir göstərə biləcək önəmli bir dövlətdir. Bu baxımdan, Türkiyənin Antalya şəhərində keçirilən beynəlxalq forum qlobal səviyyədə baş verən proseslərə qiymət vermək, təhlil aparmaq və çıxış yolları göstərmək məqsədi daşıyırdı. Forumda dünyanın müxtəlif ölkələrindən siyasi, dövlət və ictimai xadimlər iştirak etsələr də, bəzi Qərb ölkələrinin, xüsusilə Avropa İttifaqı nümayəndələrinin bu tədbirdə iştirak etməməsi Türkiyənin yüksələn nüfuzuna qarşı müəyyən qısqanclıq əlaməti kimi qiymətləndirilə bilər”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Azad Məsiyev deyib. Onun sözlərinə görə, bu gün Türkiyə regional gücdən qlobal gücə çevrilməkdədir:…
Daha çoxYAP Sabunçu rayon təşkilatının ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı olub
YAP Sabunçu Rayon Təşkilatının Bakıxanov qəsəbəsi, Ruhulla Axundov küçəsi 16 (Sabunçu Rayon Telefon Qovşağı) ünvanı üzrə ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib. SİA xəbər verir ki, yığıncaqda çıxış edən YAP Sabunçu Rayon Təşkilatının sədr müavini Zülfüqar Cəfərov bildirib ki, ulu öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası Azərbaycan dövlətinin müstəqilliyinin möhkəmləndirilməsində və inkişafında mühüm rol oynayıb. Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi müdrik daxili və xarici siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Çıxışlardan sonra ərazi ilk partiya təşkilatına…
Daha çoxI rübdə 56 min manata yaxın vəsait istehlakçılara qaytarılıb
Bu ilin I rübündə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi istehlakçılardan daxil olan 1 462 müraciətə baxıb. SİA agentliyə istinadən xəbər verir ki, təmin olunmuş 595 müraciət əsasında 55 608 manat vəsait istehlakçılara qaytarılıb. “İstehlakçı hüquqlarının qorunmasına yönələn tənzimləyici tədbirlər istehlakçıları bazarda qarşılaşa biləcəkləri ədalətsiz biznes təcrübələrindən qoruyur. Rəqabətli bazar şəraitinin inkişafını stimullaşdırmaqla istehlakçıların iqtisadi gücünü və seçim imkanını artırır”, – məlumatda qeyd olunub.
Daha çox