Azərbaycanda müşahidə olunan intensiv yağıntılar və güclü küləyə baxmayaraq, Heydər Əliyev Beynəlxalq Aeroportu fəaliyyətini ştat rejimdə davam etdirir. SİA bu barədə hava limanına istinadən xəbər verir. Uçuş-enmə zolaqları, aerodrom kompleksi və terminal binaları tam istismar vəziyyətindədir və reyslərin təhlükəsiz qəbulu və yola salınması üçün texniki cəhətdən tam hazırdır. Hazırda hava limanı ərazisində şimal və şimal-qərb istiqamətində küləyin sürəti 40–50 m/s qədər güclənib. Bütün aviasiya təhlükəsizliyi tələblərinə ciddi əməl olunur və aidiyyəti xidmətlər gücləndirilmiş iş rejimində çalışır. Aviaşirkətlər və meteoroloji qurumlarla fasiləsiz koordinasiya təmin olunur, hava şəraitindəki dəyişikliklərə operativ reaksiya verilir.…
Daha çoxDay: April 16, 2025
İlham Əliyevin Şimali Kiprlə bağlı açıqlaması möhtəşəm bir münasibət idi
Azərbaycan Prezidenti İlham Əliyevin Şimali Kiprlə bağlı açıqlaması möhtəşəm bir münasibət idi. SİA xəbər verir ki, bu barədə “Haber Global”ın süjetində İstanbul Topkapı Universitetinin Siyasi elmlər və beynəlxalq münasibətlər kafedrasında dosenti Cihat Yaycı danışıb: “Nə varsa, can Azərbaycan da var. Prezident İlham Əliyev Antalya Diplomatiya Forumunda da Şimali Kipr Türk Respublikasının həmişə yanında olduqlarını bildirdi”. C.Yaycı Suriyanın keçid dövründə Prezidenti Əhməd əş-Şaaranın yunan Kiprinin xarici işlər nazirini qəbul etməsi məsələsinə də diqqət çəkib: “Əhməd əş-Şaraa bildirdi ki, Kiprin tək təmsilçisi Cənubi Kipr idarəçiliyidir. Bəs Şəraanın üzərində Türkiyənin böyük təsiri olduğunu…
Daha çoxNaxçıvan əhalisinin sayı açıqlanıb
Naxçıvan Muxtar Respublikasında (MR) əhalinin sayı artıb. Bu barədə SİA-ya Naxçıvan MR Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, martın 1-nə Naxçıvanda əhalinin sayı bir il öncəyə nisbətən 2 198 nəfər və ya 0,5 faiz artaraq 471 min 169 nəfər olub.
Daha çoxNaxçıvanda bank əmanətləri 53 % artıb
Naxçıvan Muxtar Respublikası üzrə əhalinin banklardakı əmanətlərinin məbləği bir il öncəyə nisbətən 53,6 % artaraq bu il mart ayının 1-ə milli valyuta ekvivalentində 27 milyon 961 min 300 manat təşkil edib. Bu barədə SİA-ya Muxtar Respublikanın Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə, əmanətlərin 93,5 %-i milli, 6,5%-i xarici valyutada qoyulub, milli valyutada olan əmanətlərin məbləği əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 53 %, xarici valyutada qoyulmuş əmanətlərin məbləği isə 62,3 % artıb.
Daha çoxAzərbaycan və Gürcüstan prezidentlərinin təkbətək görüşü olub
2008-2025. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir. İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır. Ünvan: Ü. Hacıbəyov küçəsi, 66; Bakı, Azərbaycan. Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;
Daha çoxDövlət Xidməti işəgötürənlərə müraciət edib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti ölkə ərazisində aprelin 15-dən etibarən müşahidə olunan və hazırda davam edən küləkli hava şəraiti ilə əlaqədar işəgötürənlərə müraciət edib. Bu barədə SİA-ya dövlət xidmətindən məlumat verilib. Bildirilib ki, mövcud hava şəraiti davam etdiyi müddətdə açıq havada işləyən işçilərin həyat və sağlamlığının qorunması məqsədilə əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq zəruri tədbirlərin görülməsi vacibdir. Xidmət xatırladıb ki, “Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 233-cü maddəsinə əsasən, aşağı temperatur və şiddətli külək şəraitində açıq havada, habelə ilin soyuq vaxtlarında qızdırılmayan qapalı binalarda işləyərkən işçilərə…
Daha çoxAzərbaycan və Gürcüstan prezidentləri mətbuat bəyanatlarla çıxış edirlər
2008-2025. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir. İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır. Ünvan: Ü. Hacıbəyov küçəsi, 66; Bakı, Azərbaycan. Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;
Daha çoxMetroda və qatarlarda bölgə adları niyə təhrif olunur?
“Yer adlarının ingilis dilində düzgün yazılışı ilə bağlı ölkəmizdə vaxtilə müxtəlif kitablar tərtib olunub. Bu sahədə professor İlham Tahiroğlu və dosent Gülşən Axundovanın da əsərləri mövcuddur. Həmçinin bu istiqamətdə istifadə olunan müasir lüğət və mənbələr də var”. Bu sözləri SİA-ya açıqlamasında AMEA Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi, Dosent Təranə Şükürlü deyib. Onun sözlərinə görə, metroda stansiyaların adlarının ingilis dilində səsləndirilməsinə münasibət isə bir qədər fərqlidir: “Məlumdur ki, Azərbaycan multikultural ölkədir və beynəlxalq tədbirlərin, yarışların keçirildiyi bir məkandır. Bu baxımdan, stansiya adlarının ingilis dilində səsləndirilməsi, əsasən, əcnəbi qonaqların rahatlığı…
Daha çoxNağdsız ödənişlərin geniş yayılması insanlara nə qazandırır?
“Beynəlxalq təcrübədə nağdsız ödənişlər ümumi valyuta dövriyyəsinin təxminən 98%-ni təşkil edir. Ölkəmizdə isə bu göstərici hələlik 25%-dən yuxarıdır və bu sahədə mühüm işlər görülməkdədir. Nağdsız ödənişlərin artması bir sıra müsbət təsirlər yaradır: ilk növbədə, bu, vergi yığımının effektivliyini artırır və vergidən yayınma hallarının qarşısının alınmasına xidmət edir. Eyni zamanda, nağdsız ödənişlər müqavilələrin icrasını daha təhlükəsiz və şəffaf edir. Köçürmələr zamanı vəsaitlər rəsmi şəkildə sənədləşdirilir və bu, tərəflər arasında mümkün fırıldaq hallarını minimuma endirir. Bununla yanaşı, beynəlxalq terrorçuluq və digər cinayət yolları ilə əldə olunan vəsaitlərin dövriyyəsinin qarşısı alınır”. Bu sözləri…
Daha çoxAzərbaycanla Gürcüstan arasında yüksəksəviyyəli təmaslar müntəzəm xarakter daşıyır, siyasi dialoq fəaldır
Təbii olaraq siyasi əlaqələr inkişaf edir, yüksəksəviyyəli təmaslar müntəzəm xarakter daşıyır, siyasi dialoq fəaldır. Yəni, iki dost, qardaş ölkə, sözün əsl mənasında, bir-birinə çox bağlıdır və beynəlxalq təşkilarlarda da daim bir-birini dəstəkləyir. SİA xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili ilə mətbuata bəyanatında söyləyib. Ölkələrimizi birləşdirən bir çox sərmayə layihələrinin böyük coğrafiya üçün önəmli olduğunu bir daha qeyd edən dövlətimizin başçısı deyib: “Azərbaycan və Gürcüstanın birgə həyata keçirdiyi neft-qaz layihələri, neft-qaz kəmərləri, nəqliyyat-kommunikasiya layihələri, sözün əsl mənasında, böyük əhəmiyyət daşıyan layihələrdir”.
Daha çox