Son günlər Ermənistan silahlı qüvvələri hərbi müstəvidə təxribatlarını yenidən artırıb. Maraqlı məqam odur ki, bu təxribatlar həm də siyasi sabotajlarla paralel irəliləyir. Yəni rəsmi İrəvan həm sərhəddə hərbi, həm də diplomatik cəbhədə siyasi spekulyasiyalarını davam etdirir, münasibətlərin normallaşması ilə bağlı danışıqların müsbət ab-havasına zərbə vurur. SİA mövzu ilə bağlı QHT sədrləri arasında sorğu edərək onların bu barədə fikirlərini öyrənib. Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli: “Ermənistan Azərbaycanla səmimi sülh bağlamaq fikrində deyil. Dünya erməniliyi və super güclər Ermənistanı Qafqazda ona görə yaratmayıb ki, o gəlib Azərbaycanla dost olsun. Ermənistan dövlət…
Daha çoxDay: April 17, 2025
Donald Tramp Corciya Meloni ilə görüşüb
Tramp Aİ ilə ticarət razılaşmasının əldə olunacağına nikbin yanaşdığını açıqlayıb ABŞ Prezidenti Donald Tramp 90 günlük fasilə müddəti bitənə qədər Avropa İttifaqı ilə ticarət razılaşmasının əldə olunacağına nikbin yanaşdığını açıqlayıb. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə o, İtaliyanın Baş naziri Corciya Meloni ilə görüşündə deyib. O yüz faiz ticarət razılaşmasının olacağını qeyd edib: “Biz ədalətli sövdələşmələr aparacağıq, lakin tələsmirik. Avropa və ya digəri ilə razılaşmaqda çox az problemimiz olacaq”. Qeyd edək ki, Ağ evdə ABŞ Prezidenti Donald Trampla İtaliyanın Baş naziri Corciya Meloni arasında…
Daha çox“Ermənistanda kimlərsə tam nəzarətdən kənarda təxribatlar törədə bilərlər”
“Tez-tez Ermənistanın bir-biri ilə ziddiyyət təşkil edən mövqeyini, amallarını müşahidə edirik. Məsələn, üç gün bundan öncə Paşinyan parlamentdə səsləndirdi ki, sülh imzalanmalıdır və genişmiqyaslı müharibənin başlanması üçün heç bir əsas yoxdur. Amma Paşinyan bunu deyərkən eyni zamanda onun səsləndirdiyi fikirlərdən belə qənaətə gəlmək olar ki, Ermənistanda kimlərsə tam nəzarətdən kənarda təxribatlar törədə bilərlər”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Mirbəşiroğlu deyib. Onun sözlərinə görə, yəni Paşinyan təxmini belə bir fikir işlətdi ki, onun nəzarətində olmayan qüvvələr təxribat törətməkdə maraqlı ola bilərlər: “Amma bütövlükdə biz hər zaman Paşinyanın öz mövqeyində tez-tez…
Daha çoxAzərbaycan XİN Suriyanı milli bayramı münasibətilə təbrik edib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Suriyanı milli bayramı münasibətilə təbrik edib. SİA xəbər verir ki, XİN-in “X” sosial şəbəkəsindəki səhifəsində müvafiq paylaşım edilib. “Suriyanın Milli Günü münasibətilə ölkə hökumətini və xalqını təbrik edirik!”, – paylaşımda bildirilib.
Daha çoxBelarusda üç ilə ali təhsil almaq mümkün olacaq…
…Belarusda ali məktəblərdə bəzi ixtisaslar üzrə təhsil müddəti qısaldılacaq. SİA xəbər verir ki, bu barədə Belarusun peşə təhsili baş idarəsinin rəisi Sergey Pişçov məlumat verib. Deməli dəyişikliklər 2025-ci ildə qeydiyyatdan keçəcək bütün abituriyentlərə təsir etməyəcək. İndi müəyyən kateqoriyalı tələbələr üç ildən sonra ali təhsil ala biləcəklər. Bu ildən başlayaraq Təhsil Nazirliyi ali məktəblərə daxil olan kollec məzunları üçün bəzi ixtisaslar üzrə (onlardan 50-yə yaxındır) tədris müddətinin qısaldılmasına qərar verib, ancaq qiyabi şöbədə… …Bu, orta ixtisas təhsili səviyyəsində mənimsənilən universitetdə ayrı-ayrı fənlərin öyrənilməsinin təkrarlanmasının aradan qaldırılması zərurəti ilə diktə olunur. Daha…
Daha çoxAzərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin Müşahidə Şurasının iclası keçirilib
Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin Müşahidə Şurasının onlayn qaydada iclası keçirilib. SİA xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib. Nazir qeyd edib ki, Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratovla videokonfrans formatında görüş keçirilib: “İclasda şirkətin fəaliyyəti, qarşılıqlı investisiyaların təşviqi və biznes tərəfdaşlığının gücləndirilməsi barədə fikirlərimizi bölüşdük”. “Azərbaycan-Özbəkistan iqtisadi əlaqələrinin intensiv inkişafını məmnunluqla qeyd etdik, eləcə də potensial əməkdaşlıq istiqamətləri və birgə həyata keçirilən layihələr barədə fikir mübadiləsi apardıq”,-deyə nazir əlavə edib.
Daha çoxAtambayev “qanuni oğru”nu azad etdiyinə görə mühakimə olunub, amma…
…Qırğızıstan məhkəməsi keçmiş dövlət başçısı Almazbek Atambayevi nüfuzlu kriminal xadim Əziz Batukayevin həbsdən qanunsuz olaraq azad edilməsi işi üzrə mühakimə edib. SİA-nın məlumatına görə, bu barədə TASS xəbər verir. Vəkil Sergey Slesarevin izah etdiyi kimi, məhkəmə keçmiş prezidentə cəza təyin etməyib, çünki işin bütün şərtləri artıq keçib. Vaxtilə məhkəmə Batukayev işi üzrə Atambayevi 11 il müddətinə azadlıqdan məhrum etmişdi. Fevral ayında siyasətçi azadlığa buraxılıb və iş baxılması üçün göndərilib. Keçmiş liderin daha sonra İspaniyada müalicə olunmaq üçün ölkəni tərk etməsinə icazə verilib. Atambayev mətbuatla söhbətində böyük siyasətə qayıtmaq fikrində olmadığını…
Daha çoxƏmək və əhalinin sosial müdafiəsi nazirinə iki yeni müavin təyin olunub
Prezident İlham Əliyevin Sərəncamları ilə Anar Bayramov və Rəşad Mustafayev əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinləri təyin ediliblər. SİA xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Qeyd edək ki, A.Bayramov hazırkı vəzifəsinə qədər nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri olub. R.Mustafayev isə 2000-2001-ci illərdə Dövlət Əmlakı Nazirliyinin Hüquq şöbəsində aparıcı məsləhətçi, 2001-2015-ci illərdə İqtisadiyyat Nazirliyinin Hüquq şöbəsində aparıcı məsləhətçi, baş məsləhətçi, sektor müdiri, müdir müavini, 2015-2023-cü illərdə “Cənub Qaz Dəhlizi” QSC-nin Baş direktorunun müavini, 2023-cü ildən hazırkı vəzifəsinə…
Daha çoxCinque Terre-də rus turistlərə flip-flop geyinmək qadağan edilib…
İtaliyanın Cinque Terre bölgəsinə səfər etməyi planlaşdıran turistlər qarderoblarını diqqətlə seçməlidirlər. Ayaqqabılara xüsusi diqqət yetirilməlidir. SİA-nın məlumatına görə, burada dabanı açıq olan ayaqqabılar qadağandır. Buna görə də, bir turist flip-flop və sandal geyindiyinə görə 2000 avro cərimələnə bilər. Qeyd edilir ki, bu cür ayaqqabılara qadağa yerli hakimiyyət orqanları tərəfindən hələ 2019-cu ildə tətbiq edilib. İndi böyük cərimələrdən qaçmaq üçün turistlər bir sıra qaydalara əməl etməlidirlər, xüsusən də gəzintiyə çıxanlar tərəfindən məşhur olan yürüyüş yollarında. …Bundan əlavə, Venesiyada şəhərə girdiyiniz üçün 10 avro cərimə oluna bilərsiniz. Xatırladaq ki, Malaqada artıq şəhərin…
Daha çoxHərbçilərin ictimai təhlükə törətməyən cinayətləri üzrə məhkəməyədək sadələşdirilmiş icraat şəklində təhqiqat aparılacaq
Müvafiq icra hakimiyyəti orqanına aid hərbi hissələrin və hərbi idarələrin ərazisində həmin orqanın hərbi qulluqçuları tərəfindən törədilmiş böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat şəklində təhqiqat aparılacaq. SİA xəbər verir ki, bu, Milli Məclisin aprelin 22-də keçiriləcək plenar iclasında müzakirə olunacaq Cinayət-Prosessual, İnzibati Xətalar Məcəllələrində və “Məhkəmələr və hakimlər haqqında” qanunda dəyişiklik layihəsində öz əksini tapıb. Sənədə əsasən, Cinayət-Prosessual Məcəlləsinə müvafiq məsələni nəzərdə tutan 214.4-1-ci maddənin əlavə edilməsi təklif olunur. Həmçinin, bunu nəzərə alaraq Məcəllənin 68.3-cü maddəsinə hərbi məhkəmələrin baxdığı işlər siyahısına “məhkəmədəyək sadələşdirilmiş icraat üzrə materiallar”…
Daha çox