Kliniki Tibbi Mərkəzdə dövlət büdcəsi vəsaitlərinin və əmlakının idarə olunmasında ciddi nöqsanlar müəyyən olunub. SİA xəbər verir ki, bu barədə Hesablama Palatasının 2025-ci ilin I rübünə dair “Dövlət auditi” bülletenində bildirilir. Məlumata görə, audit 2022–2023-cü illəri əhatə edib. Bu müddət ərzində Mərkəzin gəlirləri 92 milyon 356 min manat, xərcləri isə 93 milyon 400 min manat təşkil edib. Əvəzsiz verilmiş aktivlərin dəyəri 28 milyon 441 min manat, ilin əvvəlindəki qalığı isə 1 milyon 248 min manat olub. Auditin nəticələrinə əsasən, smetalar real ehtiyaclara uyğun tərtib edilməyib, dövlətdən daha çox vəsait tələb…
Daha çoxDay: April 17, 2025
Azərbaycan-Gürcüstan əlaqələri uğurla inkişaf edir
Son illər Azərbaycanın artan iqtisadi imkanları, yerləşdiyi əlverişli coğrafi mövqeyindən maksimum şəkildə səmərəli faydalanmaq bacarığı, beynəlxalq aləmə inteqrasiyası onun qonşuları ilə əlaqələrinə də müsbət təsir göstərib. Azərbaycanın qonşu ölkələrlə bağlı siyasətində Gürcüstanla münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Qədim tarixi köklərə malik Azərbaycan-Gürcüstan münasibətləri uğurlu inkişaf yolu keçərək, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Azərbaycan Respublikası Gürcüstanla ikitərəfli əlaqələrinə xüsusi əhəmiyyət verir və əməkdaşlığı bütün istiqamətlər üzrə dərinləşdirmək və genişləndirməkdə maraqlıdır. İki ölkə arasında ali səviyyədə təşəkkül tapmış fəal siyasi dialoq ikitərəfli əməkdaşlığımızın təhlükəsizlik, müdafiə, iqtisadi, ticarət, enerji, nəqliyyat-logistika, turizm, mədəni-humanitar və digər…
Daha çox“Dəmir atlı” qəhrəmanın qardaşı
Müharibənin odundan çıxanların həyat hekayəsi “Sağlığında öyünürdüm, şəhid olandan sonra isə onunla qürur duydum”. Cazibə qüvvəsi ölçüyə gəlməyən, fəlsəfə nöqteyi-nəzərdən təhlilinə xeyli zaman ayıra biləcəyimiz, insanın cismani və ruhani varlığını ifadə edən bu cümləni onun düşünərək və ya anidən dilinə gətirməsi mənim üçün gözlənilən idi. Çünki illərdir ki, həmsöhbət olduğum və dərdin dərin qatına enənlərin belə fikir-möcüzələrinin sehrindən çıxa bilmirəm. Bundan sonra da çətin çıxam… Onların ailəsi evin böyük övladı hərbçi peşəsini seçəndən sonra “kəndlərimiz atəşə tutuldu”, “sərhəddə insident yarandı” kimi müharibə xəbərlərinə sanki öyrəncəli olmuşdu. Övladı hərbçi və ya…
Daha çox“Faktlar forumun mühüm beynəlxalq platforma olduğunun bariz sübutudur”
“Məlumdur ki, Antalya Diplomatiya Forumu ilk dəfə 2021-ci ildə Türkiyənin təşəbbüsü ilə yaradılıb və hər il keçirilir. Forum, Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunur və diplomatiya, beynəlxalq əlaqələr və qlobal çağırışlar üzrə fikir mübadiləsi aparmaq üçün yüksək səviyyəli beynəlxalq platforma hesab olunur”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib. Onun sözlərinə görə, bu forumun əsas məqsədi qlobal diplomatik dialoqa töhfə vermək, çoxtərəfli əməkdaşlıq formatını təşviq etmək, yeni qlobal problemlərə diplomatik cavablar tapmaq və Türkiyənin diplomatik təşəbbüslərini qlobal platformada tanıtmaqdan ibarətdir: “Bu dəfə keçirilən sayca dördüncü forumda dünyanın 140-dan…
Daha çox“İnsanlarda narsist şəxsiyyətə genetik meyillik ola bilər”
“Narsist şəxsiyyət, psixoloji tədqiqatlarda və praktiki psixoterapevtik sahədə tez-tez qarşılaşılan şəxsiyyət tiplərindən biridir. Mən düşünürəm ki, bu şəxsiyyət tipi yalnız fərdin özünə olan münasibətini deyil, həm də onun ətrafla qurduğu sosial münasibətlərin keyfiyyətini ciddi şəkildə təsir altına alır. Müşahidələrimə görə, narsist xüsusiyyətlərə malik insanlar ilk baxışdan cəlbedici və özünə güvənli görünsələr də, dərinlikdə psixoloji kövrəklik və daim təsdiq ehtiyacı ilə yaşayırlar”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Almara Ağaqızı deyib. Onun sözlərinə görə, DSM-5 (Ruhsal Bozuklukların Diaqnostik və Statistik Bələdçisi) tərəfindən təqdim edilən meyarlara əsasən, narsist şəxsiyyət pozuntusu aşağıdakı xüsusiyyətlərlə özünü…
Daha çoxARDNF valyuta satışını 32 % artırıb
Bu ilin yanvar-mart aylarında Dövlət Neft Fondu (ARDNF) 2 milyard 420,6 milyon ABŞ dolları məbləğində valyuta satışı həyata keçirib. SİA bu barədə Fonda istinadən xəbər verir. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 31,9 % çoxdur.
Daha çoxİran uran uğrunda
Tehran tam nüvəsizləşmə təhlükəsi ilə üz-üzədir İranın uranın zənginləşdirilməsi proqramının mövcudluğu müzakirə mövzusu deyil, İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi deyib. O, son günlər Vaşinqtonun mümkün razılaşmanın bir hissəsi kimi mülki nüvə enerjisi hüququndan Tehranı tərk edib-etməyəcəyi ilə bağlı fikrini bir neçə dəfə dəyişən ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Vitkoffun bəyanatlarına belə cavab verib. Əraqçi aprelin 16-da jurnalistlərə açıqlamasında bildirib ki, amerikalılar konstruktiv mövqe tutsa, Tehran ABŞ ilə mümkün saziş üzrə danışıqlara başlayacaq: “İranın uranı zənginləşdirməsi aktual və real faktdır. Bəzi narahatlıqlara baxmayaraq, etimadın gücləndirilməsi üzərində işləməyə…
Daha çoxZəngəzur dəhlizi regionda yeni əlaqələrinin qurulmasına mühüm töhfə verəcək
44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz Azərbaycanın beynəlxalq hüquq çərçivəsində haqlı mövqeyini, ədaləti təsdiqləməklə yanaşı, regionda yeni nəqliyyat-kommunikasiya imkanlarının yaranmasına zəmin yaratdı. Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın müddəalarına əsasən, Zəngəzur dəhlizinin açılması təmin olunmalıdır. Lakin həmin vaxtdan ötən dövr ərzində Ermənistanın hər vəchlə buna mane olmağa çalışdığı göz önündədir. Bu dəhlizin açılması yalnız Azərbaycanın deyil, eyni zamanda, regionun digər dövlətlərinin də maraqlarına cavab verir. Beynəlxalq mütəxəssislərin hesablamalarına görə, Zəngəzur dəhlizinin bərpası ilə Avropa ilə Asiya qitələri arasında ticarət dövriyyəsinin həcmi…
Daha çoxİnsanların ağ və qara maşınlara üstünlük verməsinin səbəbi BƏLLİ OLDU
“Avtomobillər əvvəllər kütləvi istehsal olunanda rəng bolluğu var idi. Ağ, qara, qırmızı, göy və digər rənglərdə olan avtomobilləri insanlar sevirdi və bunlardan istifadə edirdilər. Daha sonralar isə bu növbəti bir plana keçdi. Yəni ki, avtomobillərin rəngləri, onların potensialları və digər xüsusiyyətləri arxa plana keçdi”. Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat üzrə ekspert Aslan Əsədov deyib. Onun sözlərinə görə, burada avtomobillərin xüsusiyyətlərinin niyə arxa plana keçdiyi sualını versək, bu daha müzakirəli mövzu ola bilər: “Çünki indiki mövcud bir neçə rəng var ki, ağ, qara rənglər əsas rənglərdir. Çünki bu rənglərin potensialı ondan…
Daha çox“Bölgələrdə ağıllı kəndlər, hava limanları və yolların tikintisi həyata keçirilir”
“Azərbaycanda “Böyük Qayıdış” proqramı, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələrində məcburi köçkünlərin doğma yurdlarına qayıdışını təmin etmək məqsədilə həyata keçirilən genişmiqyaslı bir layihədir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Naqif Həmzəyev deyib. Onun sözlərinə görə, bu proses, həm infrastrukturun bərpasını, həm də müasir şəhərsalma və ekoloji balansın yaradılmasını əhatə edir: “Hal-hazırda işğaldan azad edilmiş ərazilərdə 6 şəhər və 8 kənddə məskunlaşma təmin edilib. Zəngilanın Ağalı kəndi, azərbaycanlıların işğaldan azad olduqdan sonra məskunlaşdığı ilk yaşayış yeri olub. Bölgələrdə ağıllı kəndlər, hava limanları və yolların tikintisi həyata keçirilir. Məsələn, Füzuli və…
Daha çox