Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi Mürsəl İbrahimov aprelin 17-də Sabirabad rayonunda yerləşən Heydər Əliyev Mərkəzində Sabirabad, Saatlı, İmişli, Beyləqan və Xocavənd rayonlarından olan vətəndaşları qəbul edib. Bu barədə SİA-ya SHXÇDX-dən məlumat verilib. Bildirilib ki, qəbulda 7 şəhid ailəsi və 2 müharibə veteranı olmaqla 15 vətəndaşın müraciəti dinlənilib. Vətəndaşlar SHXÇDX-da həqiqi hərbi xidmətə və ya işə qəbul, övladlarının gələcək müddətli həqiqi hərbi xidmət yerinin müəyyənləşdirilməsi və s. məsələlərlə bağlı müraciət ediblər. Xidmət rəisi qəbul zamanı hər bir vətəndaşın müraciətini dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin…
Daha çoxDay: April 17, 2025
“Yolların düşməni sudur”
“Yolların düşməni sudur. Ona görə də yola düşən suyu təcili uzaqlaşdırmaq üçün tədbirlər görülür. Uzununa və eninə borular qoyulur. Həmçinin suyu qəbul edən ötürən qurğular tikilib təsis edilir. Buna görə də bu qurğular və tikililər elə planlaşdırılmalıdır ki, su yolda yığılıb qalmasın”. Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev deyib. Onun sözlərinə görə, ümumiyyətlə qurğuların təsis edilməsi, yollardan yığılmış suların təmizlənməsi üçündür: “Eyni zamanda təsis olunmuş qurğular işlək vəziyyətdə olmalıdır. Bunu da qeyd etmək istərdim ki, yolun tərkibini çınqıl, asfalt təşkil edir. Bunlar hamısı suyu ötürən materiallar…
Daha çox“İpək Yolunun bərpası Çinin əsas strateji maraqlarına xidmət edir”
“Azərbaycanla Çin arasındakı münasibətlər daim inkişaf edir. 1991-ci ilin dekabrın 27-də Çin Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub. Çin ilə Azərbaycan arasındakı diplomatik münasibətlər 1992-ci ilin aprel ayının 2-dən qurulub. Onu da qeyd edim ki, Ulu Öndər Heydər Əliyevin 1998-ci ilin sentyabrın 8-də Bakıda tarixi Böyük İpək Yolunun bərpası üzrə Trasika proqramı çərçivəsində Avropa və Asiya ölkələrinin dövlət başçılarının zirvə görüşləri keçirilib”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib. Onun sözlərinə görə, Şanxay Əməkdaşlıq Təşkilatının Astana şəhərində keçirilən zirvə toplantısı çərçivəsində də 2024-cü ilin iyulun 3-də Azərbaycan Respublikası…
Daha çoxAnalıq məzuniyyəti tətbiq etməyən müəssisələr CƏZALANACAQ?
“İşçilərin məzuniyyət hüququ Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir və sözügedən Məcəlləyə əsasən işçilərin bu hüququ 4 məzuniyyət növləri ilə təmin edilir: əsas və əlavə məzuniyyətlərdən ibarət olan əmək məzuniyyəti; sosial məzuniyyət; təhsilini davam etdirmək və elmi yaradıcılıqla məşğul olmaq üçün verilən təhsil və yaradıcılıq məzuniyyəti; ödənişsiz məzuniyyət”. Bu sözləri SİA-ya açıqlamasında Vəkillər kollegiyasının üzvü, Bakı şəhəri 31 saylı Vəkil Burosunun vəkili Aysel Əhmədova deyib. Aysel Əhmədova sözlərinə belə davam edib: “Cəmiyyətimizdə “analıq məzuniyyəti” kimi tanınan məzuniyyət növü qanunvericilikdə “sosial məzuniyyət” anlayışı ilə ifadə olunur. Sosial məzuniyyət isə hamiləliyə və…
Daha çoxBu il Xocavəndə ilk köç nəzərdə tutulur
Bu il əhalinin Xocavəndə köçürülməsi nəzərdə tutulur. SİA xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi Emin Hüseynov deyib. Onun sözlərinə görə, Xocavənd şəhərində, kəndlərdinə, Hadrut qəsəbəsində təmir-bərpa işləri aparılır. “Cənab Prezidentin tapşırığı əsasında bu ilin yay aylarında həmin bərpa və yenidənqruma işləri yekunlaşdıqca mərhələli şəkildə əhali oraya köçürüləcək”.
Daha çoxAzərbaycan Qida Təhlükəsizliyi İnstitutu auditor seçib
Qida Təhlükəsizliyi Agentliyinin Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu maliyyə hesabatlarının auditi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. SİA dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi “Azəruçot” MMC-dir. Qalib şirkətə 8 min manat ödəniləcək. Ötən il də bu tenderin qalibi “Azəruçot” olub. Şirkətə 9 min manat ödənilib.
Daha çoxGələn il Ağdama 10 min əhalinin köçürülməsi nəzərdə tutulub
Hazırda Ağdam şəhərində ikinci məhəllənin tikintisi aparılır. SİA xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi Emin Hüseynov deyib. Onun sözlərinə görə, buraya 66 bina üzrə 1267 ailənin köçürülməsi nəzərdə tutulub: “Bu təxminən oktyabr-noyabr aylarına təsadüf edəcək”. Xüsusi nümayəndə gələcək planlardan da danışıb: “Eyni zamanda bu ay Ağdamda dördüncü məhəllənin tikintisinə başlanılacaq. İyun ayında beşinci məhəllənin tikintisinə başlanılacağını gözləyirik”. E.Hüseynov həmçinin vurğulayıb ki, il sonunadək 5, gələn il 10, ümumilikdə isə 20-25 min əhalinin Ağdama köçürülməsi nəzərdə tutulub. “Füzulidə də ikinci və üçüncü yaşayış məhəllərinin…
Daha çoxAzərbaycanda və dünyada boşanma mədəniyyəti NECƏDİR?
Ailə qurmaq iki fərqli nəslin birləşməsi, tanış olması, qohumluq bağları ilə bir-birinə bağlanması deməkdir. Bir boşanma hadisəsi ilə bir neçə nəfər zərər çəkir, çox sayda mənfi və xoşagəlməz nəticələr baş verir. Boşanma, ailə problemləri və çətinlikləri çərçivəsində ən son atılan addımdır. Təəssüf ki, çox zaman atılan ən birinci addım olur. Boşanan tərəflər adətən bir-birinə düşmən kəsilir, ana bir daha uşağı göstərməyəcəyini, ata isə aliment verməmək barədə fikirlər səsləndirir. Bir sözlə ayrılan cütlüklər bir-birlərini nədəsə ittiham edir. Bu hal onu göstərir ki, boşanma mədəniyyəti deyilən mədəniyyət forması var. Azərbaycanda və dünyada…
Daha çoxZəngəzur dəhlizi regionda nəqliyyat və kommunikasiya əlaqələrinə mühüm töhfə verəcək
“44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz Azərbaycanın beynəlxalq hüquq çərçivəsində haqlı mövqeyini, ədaləti təsdiqləməklə yanaşı, regionda yeni nəqliyyat-kommunikasiya imkanlarının yaranmasına zəmin yaratdı. Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın müddəalarına əsasən, Zəngəzur dəhlizinin açılması təmin olunmalıdır. Lakin həmin vaxtdan ötən dövr ərzində Ermənistanın hər vəchlə buna mane olmağa çalışdığı göz önündədir. Bu dəhlizin açılması yalnız Azərbaycanın deyil, eyni zamanda, regionun digər dövlətlərinin də maraqlarına cavab verir. Beynəlxalq mütəxəssislərin hesablamalarına görə, Zəngəzur dəhlizinin bərpası ilə Avropa ilə Asiya qitələri arasında ticarət dövriyyəsinin həcmi…
Daha çox“Bölgənin inkişafı hər üç dövlətin birgə inteqrasiyası ilə gedir”
“Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin Azərbaycana səfəri iki qonşu və dost ölkə arasındakı münasibətlərin yeni mərhələdə başlanğıcının çox yaxşı göstəricisidir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Musa Quliyev deyib. Onun sözlərinə görə, təsadüfi deyil ki, Gürcüstan Prezidenti özünün ilk rəsmi səfərini Azərbaycana etdi: “Bu da o deməkdir ki, Gürcüstan Azərbaycana həm qonşu dövlət, həm də strateji tərəfdaş kimi olduqca böyük önəm verir. Cənab Prezidentlə Gürcüstan Prezidentinin apardığı müzakirələr, mətbuata verdiyi açıqlamalar, Gürcüstan Prezidentinin Azərbaycanın Baş naziri ilə görüşü, Milli Məclisdə parlamentin spikeri Sahibə Qafarova ilə görüşməsi, görüşdə səslənən fikirlər ona əsas verir…
Daha çox