İlham Əliyev Çinin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib – FOTOLAR
Daha çoxDay: April 17, 2025
Kanadada yeni zirehli dinozavr növü tapılıb
Kanadanın Britaniya Kolumbiyası əyalətindəki Tumbler Ridge qəsəbəsində tapılan üç barmaqlı fosil ayaq izləri paleontoloqları yeni dinozavr növünün kəşfinə gətirib çıxarıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, təxminən 100 milyon il əvvələ aid olan bu izlər quyruqlarının ucunda sümüklü düyün olan və bitkiləri yeyən zirehli dinozavrlar ailəsi olan ankilosaridlərə aiddir. Mütəxəssislərin fikrincə, bu izlər əvvəllər məlum olmayan “Ruopodosaurus clava” adlı bir növə işarə edir.
Daha çoxAzərbaycanın “Xocalı” gəmisi ilk dəfə Hind okeanına daxil olub
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) məxsus “Handysize” tipli “Xocalı” gəmisi istismar müddətində ilk dəfə Hind okeanına daxil olub. SİA bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir. Məlumata görə, martda ABŞ-nin Portland limanından 37 000 ton kalsiumlu soda yükləyən gəmi Sakit okeanla hərəkət edərək İndoneziyanın Cakarta limanına çatıb. Burada yükün bir hissəsi boşaldıldıqdan sonra “Xocalı” İndoneziya və Malayziya arasındakı Malakka boğazını keçərək Hind okeanına yönəlib. Hazırda Hindistan istiqamətində hərəkət edən gəmi marşrut çərçivəsində ilk olaraq Kattupalli limanında, daha sonra Kandla limanında yükboşaltma əməliyyatını yerinə yetirəcək. Bu gəmi ASCO-nun Xəzərdənkənar sularda…
Daha çoxTDT dövlət başçılarının qeyri-rəsmi Zirvə toplantısının tarixi məlum olub
Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının qeyri-rəsmi Zirvə toplantısının tarixi məlum olub. SİA xəbər verir ki, bu barədə TDT-nin saytında məlumat verilib. TDT dövlət başçılarının qeyri-rəsmi Zirvə toplantısı 20-22 may tarixlərində Macarıstanın paytaxtı Budapeşt şəhərində keçiriləcək. Qeyd edək ki, TDT dövlət başçılarının 12-ci Zirvə toplantısı isə bu il Azərbaycanda keçiriləcək.
Daha çoxYağış yenə yağmağa davam edəcək?
“Aprelin 17-i gecə saatlarında qərb rayonlarında yağıtılar tədricən kəsilib”. Bu sözləri SİA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometrologiya Xidmətinin Proqnozlar bürosunun direktoru Gülşad Məmmədova deyib. Onun sözlərinə görə, lakin bəzi şimal və şərq rayonlarında yağıntı davam edir: “Gündüz saatlarında yağıntıların şərq rayonlarında kəsiləcəyi proqnozlaşdırılır. Aprelin 18-i və 19-da Bakıda, həmçinin Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 11-16 dərəcə isti olacaq. Bölgələrdə də yaxın iki gün ərzində əsasən yağmursuz hava şəraiti gözlənilir. Gecə və səhər saatlarında bəzi yerlərdə duman…
Daha çoxAZAL maydan bir sıra istiqamətlərdə uçuşların sayını artırır
Milli aviadaşıyıcı – “Azərbaycan Hava Yolları” QSC (AZAL) maydan etibarən Bakıdan Antalya, Trabzon, Astana, Milan və Kişineu istiqamətlərində uçuşların tezliyini artıracaq. SİA bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir. Məlumata görə, sərnişinlərə daha çox seçim təklif etmək məqsədilə Türkiyənin Antalya və Trabzon istiqamətlərində reyslərin sayı çoxaldılır. Belə ki, mayın 1-dən Antalya marşrutu üzrə 4 reys əlavə olunacaq və bu istiqamətdə uçuşlar hər gün yerinə yetiriləcək. Trabzon istiqamətində isə mayın 12-dən reyslərin sayı həftədə 5 dəfəyə çatdırılacaq. Bundan əlavə, 12 may tarixindən etibarən Bakı–Astana–Bakı marşrutu üzrə daha bir reys əlavə olunacaq…
Daha çoxİlham Əliyev Sloveniyanın xarici işlər nazirini qəbul edib – FOTOLAR
İlham Əliyev Sloveniyanın xarici işlər nazirini qəbul edib – FOTOLAR
Daha çoxBiz gecə vaxtı ərazimiz üzərində 71 Ukrayna PUA-nı vurduq
Rusiya Müdafiə Nazirliyi gecə saatlarında Ukraynaya məxsus 71 pilotsuz uçuş aparatının (PUA) Rusiya bölgələri üzərində hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğunu açıqlayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Nazirlikdən verilən açıqlamada Ukraynanın gecə saatlarında PUA-larla Rusiya ərazisinə hücum təşkil etdiyi bildirilib. Açıqlamada 71 PUA-nın Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğu, onlardan 49-unun Kursk, 7-nin Orlov, 7-nin Ryazan, 4-nün Bryansk, 3-nün Vladimir, 1-nin Tula vilayəti üzərində vurulduğu bildirilib. Ukrayna ordusu vaxtaşırı dronlardan istifadə etməklə Rusiya ərazilərinə hücumlar təşkil edir.
Daha çoxDünya fond bazarlarının əsas indeks göstəriciləri
Aprelin 16-də Amerika fond bazarlarında Dow Jones indeksi 1.73% – 39,669.39 bəndədək, S&P 500 indeksi 2.24% – 5,275.70 bəndədək, Nasdaq indeksi isə 3.07% – 16,307.16 bəndədək azalıb. SİA-nın məlumatına görə, Avropa fond bazarlarında aprelin 16-də FTSE 100 indeksi 0.32% – 8,275.60 bəndədək artıb, Fransanın CAC-40 indeksi 0.07% – 7,329.97bəndədək azalıb, Almaniyanın DAX indeksi isə 0.27% – 21,253.70 bəndədək artıb. Dünya bazarlarında avronun dollara qarşı məzənnəsi 0.26% azalaraq 1.1369 dollar təşkil edib.
Daha çoxNazirlər Kabinetinin iki qərarı ləğv edilib
Nazirlər Kabinetinin iki qərarı ləğv edilib. SİA xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb. Sənədə əsasən, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiya mərkəzlərinin yaradılması haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin 2008-ci il 13 iyun tarixli 138 nömrəli Qərarı ləğv edilib. Həmçinin, “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin nəzdində Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər üçün Sosial Adaptasiya Mərkəzinin strukturunun təsdiq edilməsi və işçilərinin say həddinin müəyyən edilməsi haqqında” Nazirlər Kabinetinin 2019-cu il 12 mart…
Daha çox