…Rusiya Ali Məhkəməsinin “Taliban” hərəkatının fəaliyyətinə qoyulan qadağanın ləğvi barədə qərarı rasional addımdır.
SİA-nın məlumatına görə, “RİA Novosti” xəbər verir ki, hərəkatın Qətərdəki siyasi bürosunun rəhbəri Süheyl Şahin “Taliban”ın terrorçular siyahısından çıxarılmasını belə şərh edib.
…Biz Rusiya Ali Məhkəməsinin bu rasional qərarını alqışlayırıq, – hərəkatın nümayəndəsi qeyd edib.
Şahinin sözlərinə görə, terrorçu statusun Talibandan çıxarılması “əməkdaşlığın genişləndirilməsi və Rusiya ilə Əfqanıstan arasında əlaqələrin gücləndirilməsi üçün vacib idi”.
Bundan əvvəl Rusiya prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov bəyan etmişdi ki, hərəkatın terror təşkilatları siyahısından çıxarılması qərarı Moskva ilə Kabil arasında münasibətlərin normallaşmasına maneələri aradan qaldırır.
Qeyd edək ki, aprelin 17-də Rusiya Ali Məhkəməsi ölkədə Talibanın fəaliyyətinə qoyulan qadağanı dayandırıb.
Əli Babayev