Azərbaycan və Albaniya maliyyə sektorunda təhlükəsizliyi müzakirə edib

Azərbaycan Mərkəzi Bankı (AMB) və Albaniya Mərkəzi Bankı arasında maliyyə sektorunda təhlükəsizlik müzakirə edilib. SİA bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, qurumun nümayəndə heyəti Albaniya Mərkəzi Bankına işgüzar səfər edib. Səfər zamanı keçirilmiş görüşlərdə tənzimləmə yanaşmaları, rezolyusiya rejimlərinin səmərəliliyinin artırılması, həmçinin maliyyə təhlükəsizliyi şəbəkəsi iştirakçıları arasında vəzifə və öhdəliklərin müəyyənləşdirilməsi məsələləri müzakirə olunub. Bu görüşlər hüquqi və tənzimləyici çərçivələrin inkişafı, rezolyusiya proseslərinin planlanması, eləcə də rezolyusiya alətlərinin hazırlanması və səmərəli tətbiqi üzrə bilik və təcrübəsi mübadiləsi baxımından mühüm əhəmiyyət kəsb edib.

Daha çox

Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlıq yeni mərhələyə qədəm qoyur

Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin Azərbaycana rəsmi səfəri strateji əhəmiyyət daşıyır. Bu səfər iki qonşu dövlət arasında münasibətlərin daha da möhkəmlənməsinə və əməkdaşlığın genişlənməsinə ciddi töhfə kimi qiymətləndirilir. Prezident cənab İlham Əliyevlə Gürcüstan Prezidenti Mixeil Kavelaşvili arasında baş tutan görüş və aparılan müzakirələr regional əməkdaşlıq baxımından xüsusi önəm daşıyır. Dövlət başçılarının birgə mətbuat konfransında səsləndirdikləri fikirlər də tərəflər arasında dərin və çoxşaxəli münasibətlərin göstəricisidir. Azərbaycan və Gürcüstan prezidentlərinin birgə bəyanatlarında qeyd olunub ki, iki xalq tarix boyu mehriban qonşuluq, qarşılıqlı hörmət və dostluq münasibətləri şəraitində yaşayıb. Eyni zamanda vurğulanıb ki, bu…

Daha çox

Özbəkistan ABŞ-a öz peykini buraxmaq üçün müraciət edib

…Özbəkistan öz peykini buraxmaq üçün Amerikanın SpaceX şirkətinə müraciət edib. SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə ölkənin Rəqəmsal Texnologiyalar Nazirliyi yanında Kosmik Tədqiqatlar və Texnologiyalar Agentliyi məlumat yayıb. Təşkilat Özbəkistan nümayəndə heyətinin ABŞ-a səfərindən və Amerika tərəfi ilə mühüm razılaşmaların əldə olunmasından danışıb. …ABŞ-a səfərin ən mühüm görüşlərindən biri bu gün kosmik bazarda aparıcı şirkət olan SpaceX-in Los-Ancelesdəki ofisinə baş çəkmək olub”, – deyə məlumatda bildirilir. Gənc özbək mütəxəssisləri Kyusyu Texnologiya İnstitutunda (Yaponiya) təhsil aldıqları müddətdə müvafiq elmi və texnoloji kosmik aparatı yığmağı planlaşdırırlar. Daha əvvəl Aviasiya…

Daha çox

“İRS” jurnalının yunan dilində növbəti nömrəsi işıq üzü görüb

Azərbaycan mədəniyyəti və incəsənətinin xaricdə təbliği ilə məşğul olan “İRS” beynəlxalq jurnalının yunan dilində növbəti nömrəsi nəşr edilib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, jurnalda 2024-cü ildə Azərbaycan ilə Yunanıstan arasındakı münasibətlərdə qeydə alınan irəliləyişlər, o cümlədən xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr, Hökumətlərarası iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq üzrə Birgə Komissiyanın iclası, iki ölkə rəsmilərinin qarşılıqlı səfərləri, eləcə də Yunanıstanın Baş naziri K.Mitsotakisin ölkəmizə səfəri və səfər çərçivəsində ölkə liderlərinin görüşü ilə bağlı ətraflı məlumat verilib. Yunanıstanlı oxucular jurnaldakı yazılar vasitəsilə dünya memarlığının nadir incilərindən sayılan Heydər…

Daha çox

Azərbaycanda DİM-lərin icrasında innovativ yanaşmalar müsbət qiymətləndirilib

BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamentinin Könüllü Milli hesabatların hazırlanmasına həsr olunmuş 2025-ci il üzrə nəşrində Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM-lər) icrasının maliyyələşməsi üçün tətbiq olunan innovativ yanaşmalar müsbət qiymətləndirilib və üzv ölkələrə bu yanaşmanın tətbiqi tövsiyə olunub. SİA bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, Azərbaycan DİM-lərin maliyyələşdirilməsində yerli resurslardan istifadə etməklə potensial maliyyə boşluqlarının aradan qaldırılması məqsədilə İnteqrə Edilmiş Milli Maliyyələşdirmə Sənədi və DİM İnvestor Xəritəsindən istifadə edib. Bundan əlavə, DİM-lərlə uyğunlaşdırılması məqsədilə müxtəlif dövlət xərcləri kateqoriyaları üzrə büdcə xərclərinə dair hesablamalar aparılıb. 2022-ci il…

Daha çox

İlham Əliyev Mövlud Çavuşoğluya başsağlığı verib

Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin millət vəkili Mövlud Çavuşoğluya atasının vəfatı ilə bağlı başsağlığı məktubu göndərib. SİA xəbər verir ki, məktubda deyilir: “Hörmətli cənab Çavuşoğlu. Ailənizə üz vermiş ağır itki – atanız Osman Çavuşoğlunun vəfatı xəbəri məni olduqca kədərləndirdi. Bu üzüntülü anlarda dərdinizə şərik çıxır, Sizə və ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verir, səbir diləyirəm. Allah rəhmət eləsin!”.

Daha çox

“Sukhoi Superjet” Şeremetyevoda təcili eniş etməyə hazırlaşır

…Sankt-Peterburqdan Moskvaya uçan “Rossiya Hava Yolları”na məxsus “Sukhoi Superjet” təyyarəsi paytaxtın Vnukovo hava limanında məcburi eniş etməyə hazırlaşır. SİA xəbər verir ki, bu barədə cümə günü, aprelin 18-də mənbələrə istinadən REN telekanalı məlumat yayıb. …Təyyarənin eniş şassisi ilə bağlı problemlər yaranıb – ön şassisi sıradan çıxıb, – telekanal xəbər verir. Qeyd edək ki, yanvarın 19-da analoji vəziyyət paytaxtda baş verib: Moskvadan Saranska doğru hərəkət edən göyərtəsində 72 sərnişinin olduğu “Sukhoi Superjet” təyyarəsi eniş şassasındakı problemlər səbəbindən Şeremetyevo hava limanında məcburi eniş edib. İnsanlar təxminən bir saat sonra ehtiyat təyyarə ilə…

Daha çox

Mingəçevir şəhərində yeni su layihəsinin icrası başa çatdırılıb

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mingəçevir şəhər Sukanal İdarəsi Mingəçevir şəhərində içməli su təchizatı və kanalizasiya şəbəkəsi üzrə işlərini davam etdirir. SİA-nın məlumatına görə, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, regionların sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq 2011-ci ildən etibarən Mingəçevir şəhərində su şəbəkə və qurğularının yenidən qurulması işləri aparılıb. Bu məqsədlə məhsuldarlığı sutkada 55 min kub metr olan müasir sutəmizləyici qurğu və tutumu 10 min kub metr olan mərkəzi su anbarı tikilərək istismara verilib. Əhaliyə verilən sutəmizləyici qurğuda 28 sayda qum…

Daha çox

Bu ilin ilk rübündə dövlət büdcəsi 1,7 milyard manatlıq profisitlə icra olunub

Cari ilin yanvar-mart aylarında icmal büdcənin gəlirləri 10 milyard 744,3 milyon manat, xərcləri isə 9 milyard 61,3 milyon manat icra olunub. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin 2025-ci ilin 1-ci rübü üzrə icmal və dövlət büdcələrinin icrasına (operativ) dair məlumatda qeyd olunub. İcmal büdcədə 1 milyard 683 milyon manat büdcə artıqlığı (profisit) yaranıb.

Daha çox

“Bir çox beynəlxalq məsələlərdə ortaq dəyərləri bölüşürük”

“Azərbaycanla Çin arasında münasibətlər dinamik şəkildə inkişaf etməkdədir və bir çox beynəlxalq məsələlərdə də bu dövlətlərin mövqeləri üst-üstə düşür”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Oqtay Qasımov deyib. Onun sözlərinə görə, xüsusilə də Azərbaycan əraziləri işğal altında olanda Çin BMT çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən və Ermənistanın işğalı ilə bağlı dörd qətnaməyə səs verən ölkələrdən biri olmuşdur: “Diplomatik münasibətlərimiz artıq 33 ildir ki, davam edir və tərəflər arasında bir çox istiqamətlərdə, xüsusilə də iqtisadiyyat və ticarət sahəsində əməkdaşlıq formatları mövcuddur. Bundan başqa, bir çox formatlarda da tərəflər müzakirələr aparırlar və Azərbaycan…

Daha çox