Rus toyda şuluq salıb və hətta atəş də açıb…

Yekaterinburqda toyda atəş açmaqda şübhəli bilinərək axtarışda olan şəxs saxlanılıb. SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin regional Baş İdarəsinin mətbuat xidmətinin rəhbəri Valeri Qorelix məlumat verib. Saxlanılan şəxsin Yava ləqəbli yerli sakin olduğu məlum olub. O, əvvəllər hədə-qorxu ilə tələb etmədə, eləcə də oğurluqda iştirakda təqsirli bilinib. Polis şübhəli şəxsdən “B1 Kurs” (Beretta 10TK) qeyri-döyüş tapançasını götürüb. Valeri Qorelixin sözlərinə görə, kişi tövbə edib və üzr istəyib. Rusiyanın Sverdlovsk vilayəti üzrə İstintaq Komitəsi bildirib ki, şübhəli şəxsə qarşı silahdan istifadə etməklə xuliqanlıq maddəsi ilə…

Daha çox

Prezident və birinci xanım “Sea Breeze” istirahət mərkəzində…

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Sea Breeze” istirahət mərkəzinin ərazisində həyata keçirilən layihələrlə tanış olublar- YENİLƏNİB Aprelin 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakıda “Sea Breeze” istirahət mərkəzinin ərazisində həyata keçirilən və qarşıdakı dövrdə planlaşdırılan layihələrlə tanış olublar. SİA yerli mənbələrə istinadən xəbər verir ki, “Agalarov Development” şirkətinin təsisçisi Emin Ağalarov əvvəlcə dövlətimizin başçısına və birinci xanıma “Sea Breeze”də istismara verilmiş “Park Residences 2” layihəsi barədə məlumat verdi. Bildirildi ki, bu layihə çərçivəsində 1260 mənzildən ibarət yeddimərtəbəli…

Daha çox

Azərbaycanın dövlət borcu açıqlanıb

Cari ilin 1 aprel tarixinə xarici dövlət borcunun səviyyəsi 5 milyard 75 milyon dollar təşkil edib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin 2025-ci ilin 1-ci rübü üzrə icmal və dövlət büdcələrinin icrasına (operativ) dair məlumatda qeyd olunub. Xarici dövlət borcu cari il üzrə proqnozlaşdırılan ÜDM-in 6,6 faizini təşkil edib. Daxili dövlət borcunun səviyyəsi qeyd olunan dövrdə 18 milyard 1,3 milyon manat təşkil edib ki, bu da cari il üzrə proqnozlaşdırılan ÜDM-in 13,8 faizini təşkil edib. Beləliklə, 1 aprel tarixinə Azərbaycanın dövlət borcu 26 milyard 628…

Daha çox

Cəbrayılda Birinci Qarabağ müharibəsinin şəhidi Ələsgər Mirzəliyevlə vida mərasimi keçirilib

İmişli rayonu Şəmmədli kənd məzarlığında naməlum əsgər kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsinin şəhidi Ələsgər Mirzəliyevin nəşi Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində ailəsinə təhvil verilib. SİA-nın məlumatına görə, kənddə şəhidlə vida mərasimi keçirilib. Qeyd edək ki, Ələsgər Fərzalı oğlu Mirzəliyev 1969-cu il iyulun 18-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində anadan olub. O, 1993-cü il oktyabrın 24-də həmin kənd istiqamətində gedən döyüşlərdə itkin düşüb. Ə.Mirzəliyev Cocuq Mərcanlı kəndi “Lələtəpə” qəbiristanlığında dəfn olunacaq.

Daha çox

I rübdə 830 milyon manatdan çox vəsait xərclənib…

İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədilə cari ilin birinci rübündə sifarişçi təşkilatlar tərəfindən müvafiq layihələr üzrə təqdim edilmiş kassa sifariş sənədləri əsasında illik nəzərdə tutulmuş vəsaitin 20,3 faizi həcmində və yaxud 812,3 milyon manat vəsait istifadə olunub. SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin 2025-ci ilin 1-ci rübü üzrə icmal və dövlət büdcələrinin icrasına (operativ) dair məlumatda qeyd olunub. Həmin vəsaitin 682,6 milyon manatı infrastruktur təyinatlı layihələrinin (avtomobil yolları infrastrukturunun layihələndirilməsi, tikintisi, yenidən qurulması üçün 468,2 milyon manat, yeni yaşayış komplekslərinin layihələndirilməsi və tikintisi…

Daha çox

“Yarışların yüksək şəraitdə keçirilməsinə hər hansı şübhə ola bilməz”

“Artıq bir müddətdir ki, MDB-yə daxil olan ölkələrin olimpiyada sistemi ilə oyunlar keçirilir. 3-cü MDB oyunlarının Azərbaycanda keçirilməsi nəzərdə tutulmuşdur. Bu oyunların keçirilməsi iştirakçıların özünün göstəricilərinin yaxşılaşdırılmasına, gələcək qitə və dünya yarışlarına, eyni zamanda Olimpiyadalara hazırlıq üçün yaxşı bir imkan etməsinə şərait yaradlır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib. Onun sözlərinə görə, Azərbaycan bu oyunların keçirilməsi üçün çox ciddi sürətdə hazırlaşır: “Azərbaycanda bunun üçün müvafiq idman qurğuları, hazırlıqlı hakimlər, eyni zamanda çox sayda idmançıları və idman heyətini qəbul etmək üçün məişət şəraiti vardır. Eyni zamanda artıq mükəmməl…

Daha çox

Belarus şirkəti Ukraynanın sanksiyaları altına düşür

Sanksiyalara 16 məhdudiyyət bəndi daxildir… …Aprelin 18-də Ukrayna prezidenti Vladimir Zelenski yeni sanksiyalarla bağlı fərman imzalayıb. Əsasən Rusiya şirkətləri olan 60 müəssisənin siyahısında Belarusun SvetloqorskXimvolokno şirkəti 20-ci yerdə idi. SİA-nın məlumatına görə, sanksiyalara 16 məhdudiyyət bəndi daxildir. Bunlara aktivlərin bloklanması və ticarət əməliyyatlarının məhdudlaşdırılması, tranzitin dayandırılması və iqtisadi, maliyyə öhdəliklərinin icrasının dayandırılması daxildir. …Ukrayna Xarici İşlər Nazirliyi Avropa İttifaqının, Amerika Birləşmiş Ştatlarının və digər dövlətlərin səlahiyyətli orqanlarına sanksiyaların tətbiqi barədə məlumat versin və onlarla oxşar məhdudlaşdırıcı tədbirlərin tətbiqi məsələsini qaldırsın, – deyə fərmanda qeyd olunub.…

Daha çox

Ev alarkən nələrə diqqət etmək lazımdır?

“Sovet hakimiyyəti dövründə insanlara torpaq ayrılarkən xüsusi mühəndislər bu torpaqlara baxış keçirirdi və həmin ərazilər onlar rəy verdikdən sonra insanlara paylanırdı. Bu torpaqların təbii fəlakətlər üçün nə dərəcədə dözümlü olub-olmaması yoxlanılırdı, zəlzələ, sürüşmə və yaxud da, sel basması hadisələri xüsusi ilə nəzərə alınırdı. Amma haradasa Sovet höküməti dağıldıqdan və Azərbaycan Respublikası müstəqilliyinə qovuşduqdan 5-10 il sonra bu adət sanki unudulmağa doğru getdi”. Bu sözləri SİA-ya açıqlamasında məzil üzrə ekspert Anar Nəsirov deyib. Onun sözlərinə görə, insanlara torpaq ayrılarkən bu şeylər nəzərə alınmadı, insanlara harada gəldi, necə gəldi, heç bir mühəndis…

Daha çox

Neft-qaz sektoru üzrə daxilolmaları proqnozu 6,7 milyon manat üstələyib

Cari ilin yanvar-mart aylarında dövlət büdcəsinin gəlirlərində qeyri neft-qaz sektoru üzrə daxilolmaların 65,1 faizini və ya 3 milyard 224,9 milyon manatını vergi orqanlarının xətti ilə daxilolmalar, 28,9 faizini və ya 1 milyard 430,5 milyon manatını gömrük orqanlarının xətti ilə daxilolmalar, 2,8 faizini və ya 136,7 milyon manatını dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar, 3 faizini və ya 154,9 milyon manatını sair daxilolmalar, 0,2 faizini və ya 10,4 milyon manatını dövlət əmlakının icarəyə verilməsindən daxilolmaları təşkil edir. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin 2025-ci ilin…

Daha çox

Elektron məlumat bankının nüsxəsi “Hökumət buludu”nda yerləşdiriləcək

Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının nüsxəsi “Hökumət buludu”nda yerləşdiriləcək. SİA xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı “Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının təşkili və aparılması Qaydası”nın təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin 2013-cü il 15 yanvar tarixli Qərarında dəyişiklik edilməsi haqqında qərar imzalayıb. Qərarla Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə tapşırılır ki, Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron Məlumat bankının formalaşdırılmasını doqquz ay müddətinədək təmin etsin. Eyni zamanda, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə məlumat bankının “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin…

Daha çox