Rusiyanın daimi nümayəndəsi Trampla ziddiyyət təşkil etməyə başladı… Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib ki, hazırda Ukraynada atəşkəs mümkün deyil. “Biz Ukrayna tərəfinin əməl etmədiyi enerji infrastrukturu ilə bağlı məhdud atəşkəs əldə etməyə cəhd etmişik. “Belə bir şəraitdə hazırkı mərhələdə atəşkəsdən danışmaq qeyri-realdır”, – Nebenzya BMT Təhlükəsizlik Şurasının qapalı məsləhətləşmələrindən sonra jurnalistlərə bildirib. SİA-nın məlumatına görə, bunu “The Moscow Times” yazır. …ABŞ prezidenti Donald Tramp martın 18-də Rusiya prezidenti Vladimir Putinlə telefon danışığında Rusiya və Ukraynaya 30 gün ərzində enerji infrastrukturuna qarşılıqlı zərbələrdən çəkinməyi…
Daha çoxDay: April 18, 2025
Dövlət sərhədində müşahidə edilən PUA zərərsizləşdirilib
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir. Aprelin 18-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində narkotik vasitənin pilotsuz uçuş aparatı vasitəsilə (PUA) İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb. SİA yerli mənbələrə istinadən xəbər verir ki, DSX-nin mətbuat mərkəzindən verilən məlumata görə, keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində hava məkanımıza qanunsuz daxil olan kiçik ölçülü PUA vaxtında aşkarlanaraq zərərsizləşdirilib. Hadisə yerinə baxış zamanı ümumi çəkisi 543 qram narkotik vasitə (8 qram…
Daha çoxSadələşdirilmiş gömrük bəyannaməsi ilə bağlı mobil tətbiqin dizaynı dəyişdirilir
Hazırda Dövlət Gömrük Komitəsinin (DGK) “Smart Customs” mobil tətbiqindən 2 milyondan çox insan istifadə edir. SİA xəbər verir ki, bunu DGK-nin Rəqəmsal İdarəetmə Baş İdarəsinin nümayəndəsi Elgül Həsənli “Rəqəmsal gömrük və media” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı bildirib. Onun sözlərinə görə, yaxın zamanda tətbiqin yeni dizaynı təqdim olunacaq: “‘Smart Customs’ tətbiqində xüsusi alqoritmə əsaslanan avtomatlaşdırılmış çat-bot sistemi fəaliyyət göstərir. Hazırda İOS istifadəçilərinin sayı 1,1 milyonu keçib, Android istifadəçilərinin sayı isə 930 mindən çoxdur”. Xatırladaq ki, 2021-ci ilin yanvarın 1-dən təkmilləşdirilmiş “Sadələşdirilmiş Bəyannamə – Elektron Ticarət” (Smart Customs) layihəsinin tətbiqinə başlanılıb.
Daha çoxMüdafiə Nazirliyində görüş keçirilib
Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsində bir sıra dövlət qurumları və Qeyri-Hökumət Təşkilatları (QHT) nümayəndələrinin, həmçinin ekspertlərin iştirakı ilə tədbir keçirilib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, eləcə də torpaqlarımızın bütövlüyü və ölkəmizin suverenliyi uğrunda canını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub. Tədbirdə müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq qərarı ilə təsdiq edilmiş Müdafiə Nazirliyinin Kommunikasiya Strategiyası haqqında zəruri məlumatlar verilib. Qeyd olunub ki, ordu quruculuğunda aparılan islahatların tərkib hissəsi kimi, strateji kommunikasiya…
Daha çoxRus “Qeran”ları ilk dəfə Qələbə Paradında nümayiş etdiriləcək
Xüsusi hərbi əməliyyatlar zamanı istifadə olunan “Qeran-2” kamikadze pilotsuz uçan aparatları ilk dəfə mayın 9-da keçiriləcək Qələbə Paradında nümayiş etdiriləcək. SİA-nın məlumatına görə, Hərbi Xəbərçi Telegram kanalı xəbər verir ki, pilotsuz təyyarələr paradın məşqi zamanı görüntülənib. Kanal arxada iki “Qeran” olan dörd oxlu KamAZ-6350 yük maşınının əks olunduğu fotoşəkilə diqqət çəkib. Pilotsuz təyyarələr qara rəngə boyanmışdır ki, bu da gecə saatlarında pilotsuz təyyarələrin görünməsini azaldır. Delta qanadlı təyyarə quyruqsuz dizayndan istifadə edilməklə hazırlanır. Pilotsuz təyyarə itələyici pervaneli daxiliyanma mühərriki ilə təchiz edilib. 200 kiloqramlıq cihazın təxminən 50 kiloqram ağırlığında döyüş…
Daha çoxAzərbaycanda kameral vergi yoxlamaları ilə bağlı yeni dəyişiklik edilib
İqtisadiyyat Nazirliyinin Kollegiyasının qərarına görə, “Kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalar”a dəyişiklik edilib. SİA xəbər verir ki, bununla bağlı iqtisadiyyat naziri Mikayıl Cabbarov müvafiq qərar imzalayıb. Dəyişikliyə əsasən, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarına dair bəyannamə (hesabat) hər rübün sonunda – növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir. Bundan əlavə, vergi ödəyicisi, sığortaedən və ya sığortalı ölkədə fəaliyyətini müvəqqəti dayandırdıqda, ləğv edildikdə və ya fəaliyyətinə xitam verildikdə, bu barədə ərizə və ya arayışda göstərilən tarixdən etibarən…
Daha çox“Gürcüstanla Azərbaycan arasında çox ciddi müttəfiqlik münasibəti var”
“Gürcüstanla Azərbaycan arasında çox ciddi müttəfiqlik münasibəti var. Eyni zamanda nümunəvi qonşuluq münasibətimiz var. Gürcüstanın hansısa kritik vəziyyətlərdə olması ilə bağlı informasiyalar var. Amma hər hansı bir şərtlərdə Azərbaycanla Gürcüstan arasında bir problemin yaşanmadığını görürük. Əksinə həmişə bir-birinə ciddi dəstək verən ölkələr kimi tanınırlar. Ona görə də Gürcüstan Prezidentinin Azərbaycana səfəri bu dostluğun bariz nümunəsidir”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib. Onun sözlərinə görə, dostluq münasibətlərinin də inkişafı gələcəkdə daha çox olacaq: “Çünki insanlarımızın böyük əksəriyyəti də Gürcüstan-Azərbaycan münasibətlərində həmişə əlaqələrin qorunmasına dəstək verirlər. Bu gün…
Daha çoxDondurulmuş tərəvəzlər zərərlidir?
“Dondurulmuş tərəvəzlər müasir dövrümüzdə bir alternativ kimi təqdim olunsa da, bəzi potensial zərərləri və diqqət edilməli məqamları var”. Bu sözləri SİA-ya açıqlamasında təhlükəsiz qida mütəxəssisi Asim Vəliyev deyib. Asim Vəliyev sözlərinə belə davam edib: “İlk olaraq tərəvəzlərin dondurulma prosesi zamanı onların tərkibindəki bəzi vitaminlər, xüsusilə C vitamini kimi istiliyə və emala həssas olan maddələr azala bilir. Bu qidaların ümumi qida dəyərinin düşməsinə səbəb olur. Digər tərəfdən də bəzi istehsalçılar tərəvəzləri dondurmadan öncə onları qızdırır (blanşlaşdırma prosesi). Bu hal isə əlavə vitamin itkisinə səbəb ola bilir. Bəzi dondurulmuş tərəvəzlərə daha yaxşı…
Daha çoxAnar Quliyev Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibəti ilə paylaşım edib
Azərbaycanın tarixi abidələri xalqımızın minilliklər boyu formalaşan mədəniyyəti, milli kimliyi və mənəvi dəyərlərinin canlı şahidləridir. SİA xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev “X” sosial şəbəkəsindəki hesabında bildirib. O qeyd edib ki, aprelin 18-i dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur: “Bu abidələr və tarixi yerlər keçmişin yadigarı olmaqla yanaşı, gələcəyə uzanan böyük bir yolda ən mühüm bağlantıdır. Vətənimizin tarixini əks etdirən, xalqımızın kimliyini gələcək nəsillərə miras qoyan mədəni irsimizi qorumaq hər birimizin borcudur”.
Daha çoxŞəhid Münasib Mehdiyev dəfn edilib
Birinci Qarabağ müharibəsinin şəhidi Münasib Mehdiyevlə Samux rayonunun Qovlarsan kəndində keçirilən vida mərasimi başa çatıb. SİA-nın məlumatına görə, M.Mehdiyevin nəşi Qovlarsan kənd qəbiristanlığında dəfn olunub. Dəfn mərasimində şəhidin doğmaları, qazilər, rayon rəsmiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Daha çox