Rubionun Rusiya ilə ABŞ arasında sülhə dair bəyanatı sual altındadır

…Rusiya Ukraynasız ABŞ-la razılığa gələ bilsə, atəşkəs mümkündür, lakin dövlət katibi Marko Rubionun sözlərini şərh etməyə tələsməyə ehtiyac yoxdur. SİA-nın məlumatına görə, bunu politoloq Dmitri Juravlev deyir. Bundan əvvəl Macarıstanın Fundamental Hüquqlar Mərkəzinin analitiki Zoltan Koskoviç X sosial şəbəkəsindəki səhifəsində ABŞ dövlət katibi Marko Rubionun Ukraynadakı münaqişə ilə bağlı açıqlamasının Kiyev üçün pis əlamət olduğunu bildirmişdi. Onun sözlərinə görə, “Rusiya ilə ayrı sülh” Avropa İttifaqının iflasına və Ukrayna hakimiyyətinin hərbi iflasına gətirib çıxaracaq. Juravlev xəbərdarlıq edib ki, macar analitikin Rubionun sözlərini şərh etməsi yanlış ola bilər. Ekspert təklif edib ki,…

Daha çox

Kəmaləddin Heydərov Naxçıvan şəhərində vətəndaşları qəbul edəcək

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov 21 aprel 2025-ci il tarixdə Naxçıvan şəhərində, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin binasında saat 10:00-dan vətəndaş qəbulu keçirəcək. Bu barədə SİA-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, qəbula gələn vətəndaşların qeydiyyatı Nazirliyin binasında 20 aprel 2025-ci il tarixdə saat 11:00-da başlayacaq: “Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq. Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər”.

Daha çox

Dövlət Vergi Xidməti sahibkarlara xəbərdarlıq edib

Son zamanlar İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinə (https://e-taxes.gov.az; https://new.e-taxes.gov.az) daxil olmaq üçün vergi orqanının verdiyi vergi ödəyicilərinə verdiyi istifadəçi giriş məlumatlarının ələ keçirilməsi halları müşahidə edilməkdədir. SİA bu barədə quruma istinadən xəbər verir. Məlumata görə, belə halların qarşısının alınması məqsədilə vergi ödəyicilərinı bir sıra önləyici tədbirlərin görülməsi tövsiyə olunur.

Daha çox

Uşağımızın adı və ona edilən MÜDAXİLƏLƏR

Uşaqlara ad qoyma prosesi çox vaxt valideynlər üçün çətin olur. Bu prosesdə uşaqlara qoyulan adların psixoloji təsirlərinin də nəzərə alınması vacibdir. Bir çox ailələrdə ailə böyükləri ad qoyma məsələsinə müdaxilə də edir. Amma hər bir halda övladının adını onun rəhbəri, yəni ata və anası birlikdə təyin etməlidir. Yəni, hər kəs ad qoyma haqqını öz övladında istifadə etməlidir. SİA mövzu ilə bağlı araşdırma aparıb. Bu proses zamanı “Uşağımıza hansı ad daha çox yaraşar?”, “Qardaşının yaxud bacısının adına uyğun gəlməlidirmi?”, “Bu ad gözəl səslənir, onu belə adlandırmalıyıq?”, “Bu adın gözəl mənası varmı?”,…

Daha çox

“Azərkosmos” hədiyyə almaq üçün xərclədiyi 154 min manatı büdcəyə bərpa etməli olacaq

Hesablama Palatası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlikdə (“Azərkosmos”) apardığı auditin nəticələri əsasında bir sıra hüquq pozuntuları ilə bağlı müvafiq dövlət qurumlarına məlumat verilməsi və qanunvericiliyə uyğun tədbirlərin görülməsi ilə bağlı təkliflər irəli sürüb. SİA xəbər verir ki, bu barədə Hesablama Palatasının bülleteninin 2024-cü il üzrə dördüncü nömrəsində bildirilir. Palata vergi qanunvericiliyinin və dövlət satınalmaları qaydalarının pozulması ilə bağlı audit tapıntılarının aidiyyəti üzrə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə, Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə təqdim edilməsini təklif edib. Eyni zamanda, Agentliyin və onun İdarə…

Daha çox

“Azərbaycanın maraqlarına zidd davranışlardan Gürcüstan hər zaman çəkinib”

“Gürcüstan prezidentinin ilk rəsmi səfərini Azərbaycana etməsi xüsusi vurğuıanmalıdır”. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib. Onun sözlərinə görə, o, prezident seçildikdən sonra hələ ölkəsindən kənara çıxmamışdı: “İlk səfərini Azərbaycana etdi və bununla da Azərbaycana olan rəğbətini göstərmiş oldu. İkinci bir tərəfdən onu Azərbaycanın baş naziri, milli məclisin sədri ilə eyni zamanda Prezident İlham Əliyevin özü ilə görüşləri, müzakirələri oldu. Təbii ki, bu görüş və müzakirələr iki ölkə arasında münasibətlərin daha irəli aparılması baxımından olduqca vacibdir. Azərbaycan həmişə Gürcüstanı etibarlı tərəfdaş kimi görmək istəyir və buna da nail ola…

Daha çox

Ermənistanda Rusiya telekanallarının sayının azaldılmasına çağırış edilib

Ermənistan Radio və Televiziya Komissiyasının sədri Tiqran Akopyan ictimai multipleksdə yayımı həyata keçirilən Rusiya telekanallarının sayının azaldılmasının zəruriliyini bəyan edib. SİA xəbər verir ki, bu barədə TASS məlumat yayıb. “Əgər biz vaxtilə Rusiyaya dövlət multipleksində tezliklər verməsəydik, münasibətlərimizdə belə gərginlik olmazdı. İndi Fransa tərəfi tezlik istəyir. Hesab edirəm ki, ictimai multipleksimizdə xarici telekanalların iştirakı əhəmiyyətli dərəcədə azaldılmalıdır”, – o qeyd edib. Ermənistanda ictimai multipleks vasitəsilə xaricdən yalnız Rusiyaya məxsus telekanalların yayımı həyata keçirilir.

Daha çox

Övladlığa uşaq götürmək üçün hansı şərtlər tələb olunur?

“Övladlığa götürmə vaxtı ilk növbədə uşağın mənafeyinə uyğunluğunun müəyyən edilmədir. Övladlığa götürmək istəyən şəxslə (şəxslərlə) müsahibə aparılır”. Bu sözləri SİA-ya açıqlamasında vəkil Ramil Vəliyev deyib. Onun sözlərinə görə, övladlığa götürmək istəyən şəxs təlimlərə cəlb edilir. Övladlığa götürülən uşaq sınaq müddətində uşağı övladlığa götürmək istəyən şəxsin (şəxslərin) evində yerləşdirilə bilər: “Övladlığa götürmə barədə məhkəmə qətnaməsi ilə həyata keçirilir. Övladlığa götürmək üçün müraciət edən şəxslərə dair müəyyən məhdudiyyətlər mövcuddur. Aşağıda göstərilən şəxslər övladlığa götürmə vaxtı imtina edilə bilər. 1. Məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslər; …

Daha çox

Ədliyyə Nazirliyinin əməkdaşlarının maaşları yeni redaksiyada təsdiq edilib

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin və Tibb Baş İdarəsinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarının məbləğləri yeni redaksiyada təsdiq edilib. SİA xəbər verir ki, Baş nazir Əli Əsədov bu barədə qərar imzalayıb. Həmin qərarla “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının, Penitensiar xidmətinin və Tibb Baş İdarəsinin dövlət qulluqçusu olmayan mülki işçilərinin Vahid Tarif Cədvəli üzrə aylıq vəzifə (tarif) maaşlarının məbləğləri” və “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçularının aylıq vəzifə maaşlarının məbləğləri” yeni redaksiyada təsdiqlənib. Maliyyə Nazirliyinə tapşırılıb ki, bu qərarın icrası ilə əlaqədar…

Daha çox