İndi hər şey Ermənistan tərəfinin addımından asılıdır

Azərbaycanla Ermənistan arasında sülh sazişinin mətninin razılaşdırılması hər iki tərəfin böyük səylərinin nəticəsidir. SİA-nın məlumatına görə, bunu “TRT World” telekanalına müsahibəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib. O deyib ki, tərəflər bu razılığa qədər çox böyük müzakirələr aparıb: “Danışıqlar nəticəsində əsasən 12 sənəd layihəsi dəyişdirilib. Ancaq növbəti vacib addım bunları tamamlayacaq prosesin icrasıdır. İndi hər şey Ermənistan tərəfinin addımından asılıdır. Bəzi vaxtlar biz görürük ki, onların məsul şəxsləri yeni Konstitusiyanın qəbul ediləcəyi barədə açıqlamalar verirlər. Ancaq bununla belə nə kimi dəyişikliklərin olacağı, detallar bilinmir”.

Daha çox

Ermənistanla birbaşa dialoq vasitəçilərlə olandan daha əhəmiyyətli nəticələr verir

Azərbaycanla Ermənistan arasında birbaşa dialoq vasitəçilərlə olandan daha əhəmiyyətli nəticələr verir. SİA-nın məlumatına görə, bunu “TRT World” telekanalına müsahibəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib. Nazir qeyd edib ki, bu gün Ermənistan da daxil olmaqla hər kəs Qarabağın de-yure və de-fakto Azərbaycana məxsus olduğunu qəbul edir, hətta açıq şəkildə elan edir: “Bu o deməkdir ki, açıq qalan Qarabağ məsələsi yoxdur. Belə olan təqdirdə ortaya sual çıxır ki, Ermənistan niyə hələ də Minsk qrupunu saxlamaqda israr edir? Bilmirəm, bəlkə, bu gələcəklə bağlı planla əlaqəlidir? Əks təqdirdə, biz əsaslı məntiqli bir…

Daha çox

Azərbaycanda 11 sığorta vasitəçisinin lisenziyasının qüvvəsi bərpa edilib

Azərbaycan Mərkəzi Bankı 10 fiziki şəxsə və 1hüquqi şəxsə verdiyi sığorta agenti lisenziyalarının qüvvəsini bərpa edib. SİA bu barədə tənzimləyici quruma istinadən xəbər verir. Bununla bağlı qərar aprelin 18-də “Sığorta fəaliyyəti haqqında” qanuna əsasən qəbul olunub. “Sığorta vasitəçilərinin fəaliyətinin bərpası onların lisenziyalarının qüvvəsinin dayandırılmasına əsas verən halları aradan qaldırılmas olub”, – məlumatda deyilir.

Daha çox

Yol polisi səfərə çıxan sürücülərə müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsinin həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib. Bu barədə SİA-ya İdarədən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində bir necə gün davam edən qeyri-sabit hava şəraiti mülayimləşsə də, külək və yağışın yaratdığı fəsadlar tam aradan qaldırılmayıb: “Bir sıra bölgələrdə hələ də əlverişsiz hava şərtləri hökm sürür ki, bu da həmin ərazilərdə avtomobil idarə edərkən daha diqqətli olmağı tələb edir. Xüsusilə, gecə və səhər saatlarında müşahidə olunan dumanlı, çiskinli havanın görünüş məsafəsini məhdudlaşdırdığını, sürüşmə ehtimalını əhəmiyyətli dərəcədə artırdığını nəzərə alaraq, sürücülər zəruri ehtiyat tədbirləri görməli, özləri və digər…

Daha çox

“Azərbaycan-Gürcüstan münasibətləri bundan sonra dinamik inkişaf edəcək”

“Gürcüstan-Azərbaycan əlaqələrində diqqəti cəlb edən əsas cəhət ondan ibarətdir ki, dünyamızda çox az sayda qonşu ölkələr Azərbaycan və Gürcüstan qədər səmimi dostluq münasibətlərinə, sıx iqtisadi əməkdaşlığa və birgə layihələr iştirakçılığı səviyyəsinə malikdirlər. Bunu Gürcüstan Prezidenti seçildikdən sonra ilk rəsmi səfərini məhz Azərbaycana reallaşdırmaqla Gürcüstan Prezidenti də sübut etmiş oldu. Azərbaycan Gürcüstanla Cənubi Qafqaz regionunda reallaşdırılsada, bütövlükdə qlobal strateji əhəmiyyətə malik olan “Enerji ” və “Komunikasiya ” layihələrinin iştirakçılarıdır. Yəni bu layihələrdə iştirak Azərbaycan-Gürcüstan arasında əməkdaşlığın əsas istiqamətlərini təşkil etməklə, əhəmiyyət ilə də xüsusi seçilir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad…

Daha çox

Nisyə satışla məşğul olan sahibkarlar kredit bürosuna məlumat vermək öhdəliyindən azad edildi

Azərbaycanda nisyə mal alqı-satqısı ilə məşğul olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslər, əgər təqvim ili ərzində nisyə satış dövriyyələri 100 000 manatı keçərsə belə, artıq kredit bürolarına məlumat təqdim etmək öhdəliyindən azad ediliblər. SİA xəbər verir ki, bu dəyişiklik Prezident İlham Əliyevin təsdiqlədiyi “Kredit büroları haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb. Əvvəllər bu kateqoriyaya aid sahibkarlar müştərilərinə dair kredit tarixçələrini fəaliyyət göstərən ən azı bir kredit bürosuna təqdim etməyə borclu idilər.

Daha çox

Ulu Öndərin qeyd etdiyi kimi, millətin milliliyini ən birinci təsdiq edən onun dilidir

“Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi kimi, millətin milliliyini ən birinci təsdiq edən onun dilidir. Şübhəsiz ki, musiqi də, ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də millətin milliliyini təsdiq edir. Əgər Azərbaycan dili olmasa, Azərbaycan dilində ədəbiyyat da olmaz. Azərbaycan dili olmasa, Azərbaycan dilində mahnılar olmaz, musiqi olmaz”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar Rəhimzadə deyib. Onun sözlərinə görə,Ümummilli Lider bu fikirləri ilə hər bir xalqın, dövlətin tanıdılmasında, varlığını təsdiqləməsində dilin böyük rola malik olduğunu bir daha sübut edir: “Əbəs yerə deyilmir ki, bir…

Daha çox

Bakıda genişmiqyaslı təmizlik işləri aparılıb

Yaz mövsümündə şəhərin sanitar təmizlik səviyyəsinin daha da yüksəldilməsi və mövcud yaşıllıqlara qulluq göstərilməsi məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyəti aprelin 19-da paytaxtda genişmiqyaslı təmizlik işləri aparıb. SİA xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) məlumat verilib. Bildirilib ki, Bakı Şəhər İcra Hakimiyyəti Kommunal təsərrüfat xidmətlərinin texnikası əsas küçə və prospektlərin bitki və canlılara ziyansız yuyucu maddələrlə yuyulmasını aparıb, güclü yağışdan sonra yığılan torpaq qatı təmizlənib. Təmizlik işləri zamanı həm də məhəllədaxili və ara yollar da yuyulub. Xidmətin əməkdaşları tərəfindən prospekt və küçələrin, səki kənarlarının, bordyurların və…

Daha çox