Mərkəzi Avrasiya regional kosmik gücə çevrilə bilər

Mərkəzi Avrasiya regional kosmik gücə çevrilə bilər. SİA xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin (“Azərkosmos”) İdarə Heyəti sədrinin müavini Fuad Aslanov Bakıda keçirilən Kosmik Texnologiyalar Konfransında (STC2025) bildirib. “Bu konfransda 30-a yaxın ölkə təmsil olunur, ümumi iştirakçı sayı 400-ü keçib. Dünən biz bir çox maraqlı təqdimatlar gördük. Mərkəzi Avrasiyada suveren kosmik proqramların inkişafını müşahidə etmək mənim üçün çox maraqlı idi. Hesab edirəm ki, bu gün kosmos artıq qapalı məkan deyil. Biz mütləq beynəlxalq tərəfdaşlarla əməkdaşlığa can atmalıyıq, çünki bir çox yerli biliklər mövcuddur. İnanıram…

Daha çox

“Vətəndaşları sosial şəbəkələrdə belə şəxslərin fəaliyyətlərini boykot etməyə çağırırıq”

“Azərbaycan hüquqi-demokratik dövlətdir. Bu cür dövlətlərdə vətəndaşların konstitusiya hüquqları mövcuddur və bu hüquqlar dövlət tərəfindən qorunur. Hər bir vətəndaşın qanunla müəyyən edilmiş hüquqi statusu var və hüququ pozan əməllərinə görə müvafiq cəzalar tətbiq olunur. Cinayət, inzibati xəta, mülki və sair məcəllələrdə əks olunan hüquq pozuntuları ilə bağlı müvafiq tədbirlər görülür”. Bu sözləri SİA-ya açıqlamasında sosial və mənəvi məsələlər üzrə ekspert Ramal Əliyev deyib. Onun sözlərinə görə, demokratik quruluşların müsbət tərəfləri olduğu kimi mənfi tərəfləri də mövcuddur: “Bu mənfilərdən biri, xüsusən, son dövrlərdə artan LGBT ideologiyasının cəmiyyətimizə təbliği və bu ideologiyanın…

Daha çox

Rusiyanın aparıcı taxıl ixracatçılarından ibarət missiya Azərbaycana gələcək

Bu ilin may ayında Rusiyanın aparıcı taxıl ixracatçılarından ibarət bir biznes missiyasının Azərbaycana səfər edəcəyi gözlənilir. SİA bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, nazir Məcnun Məmmədov qonşu ölkədən olan həmkarı Oksana Lutla onlayn görüş keçirib. Görüş zamanı iki ölkə arasında kənd təsərrüfatı sahəsində mövcud vəziyyət müzakirə olunub, tərəflər iqtisadiyyatın digər sahələrində olduğu kimi, aqrar sahədə də əməkdaşlığın dinamik inkişaf etdiyini vurğulayıblar. O.Lut deyib ki, kənd təsərrüfatı iki ölkənin əsas əməkdaşlıq istiqamətlərindən biridir. O, Rusiyanın Azərbaycanla aqrar sahədə əməkdaşlığın genişləndirilməsində, biznes subyektləri və iş adamları arasında işgüzar…

Daha çox

Diplomatlara təminat və kompensasiyaların verilməsi qaydaları təsdiqlənib

Azərbaycanın dövlət orqanlarının aidiyyəti sahələr üzrə diplomatik nümayəndəliklərə və konsulluqlara, beynəlxalq təşkilatlara, diplomatik nümayəndəliklərin tabeliyində yaradılan təşkilatlara təyin etdikləri, diplomatik nümayəndəliklərin və konsulluqların mövcud olmadığı dövlətlərdə isə ayrıca fəaliyyət göstərən xarici dövlətlərdəki nümayəndələrinə və onların işçilərinə təminat və kompensasiyaların verilməsi qaydaları təsdiqlənib. SİA xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Daha çox

Kriptovalyuta bazarının son göstəriciləri

Aprelin 25-də kriptovalyuta birjalarında “Bitcoin”in qiyməti artıb. SİA xəbər verir ki, dünyanın ən bahalı kriptovalyutası Bakı vaxtı ilə saat 10: 00-da “CoinMarketCap” platformasında 0.71% bahalaşaraq 93 252 ABŞ dolları təşkil edib. Son bir gündə “Ethereum”un qiymətində isə azalma müşahidə edilib. Sözügedən kriptovalyutanın dəyəri 0.15% azalaraq 1767 ABŞ dollarına bərabər olub. İlk beşlikdə olan XRP son sutkada 0.11% ucuzlaşıb, BNB isə 0.21% bahalaşıb. Qeyd edək ki, “Bitkoin”in ən yüksək qiyməti ötən il dekabrın 16-da qeydə alınıb və qiyməti 108 min dolları ötüb.

Daha çox

Rusiyadan Çexiyaya neft nəql dayandırılıb

Çexiya hökuməti qərara alıb ki, üç il ərzində “Dostluq” boru kəmərinin Çexiyaya aid hissəsinin gələcək taleyi ilə bağlı qərar qəbul edəcək. SİA xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabinetinin yaydığı məlumatda bildirilir. Məlum olduğu kimi, bu boru kəməri ilə uzun illər ərzində əvvəlcə SSRİ-dən, daha sonra isə Rusiyadan Çexiyaya neft nəql olunub. Hazırda məsələ ilə bağlı yekun qərar verilmədiyindən, boru kəməri konservasiya olunmuş vəziyyətdə saxlanılacaq. Boru kəmərindən istifadə gələcəkdə həyata keçiriləcək strateji layihənin bir hissəsi olacaq, lakin həmin layihənin forması hələ müəyyən edilməyib. TAL Trans-Alp boru kəmərinin genişləndirilməsinin başa…

Daha çox

“Uzaq sahillərdə” filmi Berlində bərpa olunub

Azərbaycanın Almaniyadakı səfirliyinin sifarişi ilə “Uzaq sahillərdə” filminin (1958) alman dilindəki versiyası Berlində rəqəmsallaşdırılaraq bərpa edilib. Səfirlikdən SİA-ya verilən məlumata görə, filmin görüntü və səs keyfiyyəti əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb. Qeyd edək ki, “Uzaq sahillərdə” filmi 1959-cu ildə Almaniyanın DEFA studiyası tərəfindən Berlində alman dilinə dublyaj edilərək “Damals in Triest” adı ilə nümayiş etdirilib. Səfirliyin DEFA studiyası və arxivlərlə apardığı iş nəticəsində filmin alman dilindəki versiyası aşkarlanaraq Berlində klassik filmlərin bərpası ilə məşğul olan şirkət tərəfindən yüksək keyfiyyətdə bərpa edilib. Filmin bərpa olunmuş versiyası aprelin 23-də səfirliyin təşkilatçılığı ilə Berlinin tanınmış…

Daha çox

Kiyevə kütləvi hücum olub

Kiyevdə Rusiya tərəfindən həyata keçirilən kütləvi hücum nəticəsində həlak olanların xatirəsi anılacaq. Aprelin 25-i matəm günü elan edilib. SİA xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko Teleqramda məlumat paylaşıb. “Sabah, 25 aprel düşmənin paytaxta kütləvi hücumunun qurbanlarının xatirəsinə matəm günü elan edilib”, – deyə şəhər meri bildirib. Qeyd edək ki, Rusiya ordusunun Kiyevə kütləvi aviazərbələri nəticəsində 12 nəfər ölüb.

Daha çox

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Aprelin 24-də Amerika fond bazarlarında Dow Jones indeksi 1.23% – 40,093.40 bəndədək, S&P 500 indeksi 2.03% – 5,484.77 bəndədək, Nasdaq indeksi isə 2.74% – 17,166.04 bəndədək artıb. SİA-nın məlumatına görə, Avropa fond bazarlarında aprelin 24-də FTSE 100 indeksi 0.05% – 8,407.44 bəndədək, Fransanın CAC-40 indeksi 0.27% – 7,502.78 bəndədək, Almaniyanın DAX indeksi isə 0.47% – 22,064.51 bəndədək artıb. Dünya bazarlarında avronun dollara qarşı məzənnəsi 0.45% artaraq 1.1339 dollar təşkil edib.

Daha çox