2024-cü ildə Çin və Azərbaycan arasında tranzit daşımalarında 86 % artım olub. SİA xəbər verir ki, bunu Prezident İlham Əliyev Pekində Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində bildirib. “Biz qonşularımızla birlikdə yüklərin keçidini xeyli asanlaşdırmaq və sürətləndirmək üçün birgə müəssisə yaratmışıq. Məsələn, bu gün nəqliyyat infrastrukturu və həmçinin gömrüyümüzdə idarəetmədə islahatlar, o cümlədən rəqəmsallaşma ilə əlaqədar Çindən Azərbaycan vasitəsilə Qara dənizə yüklərin daşınma müddəti cəmi 10-12 gündür. Bu, yalnız başlanğıcdır. Düşünürəm ki, Azərbaycan vasitəsilə nəqliyyat marşrutları həqiqətən də bu gün mövcud olan digər marşrutlar arasında ən təhlükəsiz, ən…
Daha çoxDay: April 26, 2025
Azərbaycanın əksər rayonlarında hava yağıntılı keçib, şimşək çaxıb
Azərbaycanın əksər rayonlarında aprelin 25-i gün ərzində hava şəraiti yağıntılı və küləkli keçib, arabir şimşək çaxıb. SİA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin aprelin 26-sı saat 12:00-a olan məlumatında qeyd olunub. Bildirilib ki, düşən yağıntının miqdarı Qaxda 6, Gədəbəydə 5, Şahbuz, Daşkəsən və Şəkidə 3, Kəlbəcər, Sədərək və Balakəndə 2, Naxçıvan, Naftalan, Qəbələ, Xınalıq, Zaqatala, Qrız, Mingəçevir, Göygöl, Gəncə, Goranboy, Şəmkir, Tərtər və Yevlaxda 1 mm-dək olub. Qərb küləyi əsib, küləyin maksimal sürəti Göyçayda 22, Mingəçevirdə 18, Naxçıvanda 16, Şərurda 15 m/s-dək güclənib. Havanın maksimal temperaturu Bakıda və…
Daha çoxAzərbaycan süd və qaymaq idxalını 41 % artırıb
Bu ilin I rübündə Azərbaycana 4 327 ton süd və qaymaq idxal edilib. SİA Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə süd və qaymağın dəyəri 6 milyon 441 min ABŞ dolları təşkil edib. Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 257 ton (40,9 %), dəyər baxımından isə 1 milyon 725 min ABŞ dolları (36,6 %) çoxdur. Hesabat dövründə süd və qaymaq idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,1 %-ni təşkil edib.
Daha çoxAzərbaycan-Qazaxıstan İşgüzar Şurasının fəaliyyəti müzakirə edilib
Azərbaycan və Qazaxıstan iki ölkə arasında yaradılmış İşgüzar Şuranın fəaliyyətini müzakirə edib. SİA xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinnin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov “X” sosial şəbəkəsində hesabında bildirib. Onun sözlərinə görə, müzakirələr İşgüzar Şuranın həmsədri, Qazaxıstanın Beynəlxalq Sahibkarlar Birliyinin (KIT) təsisçisi Dauren Bimov və heyəti ilə görüşdə baş tutub. “Görüşdə ölkədə KIT-in nümayəndəliyinin fəaliyyətinə, İşgüzar Şura çərçivəsində əməkdaşlığa dair fikirlərimizi bölüşdük”, – deyə sədr qeyd edib.
Daha çoxTramp Romada Meloni, Starmer və Zelenski ilə görüşəcək
ABŞ Prezidenti Donald Tramp Romada İtaliyanın Baş naziri Ciorcia Meloni, Böyük Britaniyanın Baş naziri Kir Starmer, həmçinin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşlər keçirməyi planlaşdırır. SİA TASS-a istinadən xəbər verir ki, bu barədə “La Repubblica” qəzeti məlumat yayıb. Daha əvvəl bildirilmişdi ki, D.Tramp xanımı ilə birlikdə Papa Fransiskin dəfn mərasimində iştirak edəcək. “La Repubblica” qəzetinin yazdığına görə, Trampın Romada qalması 15 saatla məhdudlaşır. V.Zelenskinin tədbirdə iştirakı sual altında idi. Nəşrin məlumatına görə, onun adı Müqəddəs Taxtın mətbuat xidməti tərəfindən jurnalistlərə təqdim edilən müxtəlif ölkələrin nümayəndə heyətlərinin yenilənmiş siyahısında var. İtaliya…
Daha çoxİstanbul bələdiyyəsinin təxminən 50 nümayəndəsi saxlanılıb
İstanbul polisi şəhər bələdiyyəsinin korrupsiyada şübhəli bilinən daha 47 nümayəndəsini saxlayıb. SİA xəbər verir ki, bu barədə “TRT Haber” telekanalı məlumat yayıb. Saxlanılanlar arasında daha əvvəl həbs edilmiş İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun bir sıra departament rəhbərləri və katibliyi var.
Daha çoxABŞ-İran birbaşa olmayan görüşü bu gün başlayır
ABŞ və İran arasında yüksək səviyyəli birbaşa olmayan görüşün üçüncü raundu texniki məsləhətləşmələrdən sonra aprelin 26-da Omanın paytaxtı Maskatda başlayacaq. SİA xəbər verir ki, məlumatı xarici KİV yayıb. Bildirilib ki, iki ölkənin mütəxəssislərindən ibarət heyət İran nüvə proqramı üzrə potensial razılaşmanın detallarını müzakirə edəcəklər. Məlumata görə, siyasi danışıqlarda İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Ərakçi ABŞ təmsilçilərinə isə prezidentin xüsusi səfiri Stiven Uitkoff rəhbərlik edir. Mütəxəssislərin danışıqlarına ABŞ-ni Dövlət Departamentinin siyasi planlaşdırma üzrə direktoru Maykl Enton, İranı isə xarici işlər nazirinin müavinləri Məcid Təxt-Rəvançi və Kazem Qəribabadi təmsil edirlər.…
Daha çoxDiasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Gürcüstanda soydaşlarımızla görüşüb
Gürcüstana səfəri çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədr müavini Vaqif Seyidbəyov və komitənin əməkdaşları, Azərbaycan Diasporuna Dəstək Fondunun (AADF) icraçı direktoru Əkrəm Abdullayev ,eləcə də Azərbaycan səfirliyinin məsul əməkdaşları Laqodexi rayonunun Qabal kəndinin sakinləri ilə görüşüblər. SİA xəbər verir ki, görüş “Qabal İnkişaf Mərkəzi”nin təşkilatçılığı ilə keçirilib. Mərkəzin rəhbəri Yavər Məmmədov “Qabal İnkişaf Mərkəzi”nin fəaliyyəti və görülən işlər barəsində qonaqlara ətraflı məlumat verib. Mərkəzin qarşısında duran məqsədlər və vəzifələr barədə rəy və təkliflər qeyd olunub. Vaqif Seyidbəyov çıxışında bildirib ki, səfər çərçivəsində Gürcüstanın şəhər və kəndlərində DİDK-in layihələri…
Daha çoxAzərbaycan səfiri Belarusun Ticarət-Sənaye Palatasının sədri ilə görüşüb
Azərbaycanın Belarusdakı səfiri Məhərrəm Əliyev Belarusun Ticarət-Sənaye Palatasının sədri Mixail Myatlikovla görüşüb. SİA xəbər verir ki, bu barədə Azərbaycanın Belarusdakı səfirliyinin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib. “Görüş çərçivəsində tərəflər əsas sektorlarda biznes tərəfdaşlığının gücləndirilməsi məsələlərini müzakirə edib. Bununla yanaşı, Belarus şirkətlərinin nümayəndələrinin Azərbaycana qarşıdakı səfərinin proqramı, Bakıda keçiriləcək biznes forumun təşkili, azərbaycanlı həmkarlarla B2B formatında görüşlər, birgə layihələr üzrə danışıqlar barədə ətraflı fikir mübadiləsi aparılıb”, – paylaşımda qeyd edilib.
Daha çoxBMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Simulyasiya Konfransı keçirilir
Xankəndi şəhərində Qoşulmama Hərəkatı Gənclər Təşkilatı (QHGT) və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin birgə təşkilatçılığı ilə Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Simulyasiya Konfransı keçirilir. SİA xəbər verir ki, ikigünlük konfransda tələbələr, müxtəlif ölkələrin nümayəndə heyətləri, beynəlxalq təşkilat və media nümayəndələri kimi müxtəlif rollarda çıxış edəcəklər. Tədbir COP29-un əsas mövzuları və məqsədləri haqqında maarifləndirmək, gənclərin iqlim fəaliyyətində iştirakını artırmaq və iştirakçılar arasında ünsiyyət və ictimai nitq bacarıqlarının inkişafını təşviq etmək məqsədi daşıyır.
Daha çox