Azərbaycan – İran münasibətləri dərin tarixi köklərə malikdir. Xalqlarımız əsrlər boyu bərabər yaşayıblar. İran 1991-ci il dekabrın 25-də Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub, 1992-ci il martın 12-də isə iki ölkə arasında tam diplomatik münasibətlər qurulub. Böyük tarixi köklərə əsaslanan münasibətlər Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə gəlişindən sonra inkişaf mərhələsinə qədəm qoyub. Bu əlaqələr sonrakı illərdə də möhkəm siyasi iradə sayəsində genişlənib və bu gün əməkdaşlığın bütün sahələrini əhatə edir. Bu möhkəmlənən əməkdaşlıq fonunda İran və Azərbaycanın daim bir-birinə qarşılıqlı dəstəyi və…
Daha çoxDay: April 29, 2025
Avstriya Prezidenti Azərbaycan İcmasının Pasxa təbrikinə cavab verib
Avstriyada fəaliyyət göstərən Azərbaycan icması Pasxa bayramı münasibəti ilə Avstriya Respublikasının Prezidenti Alexander van der Bellenə rəsmi təbrik məktubu ünvanlayıb. Avstriya Azərbaycanlıları Cəmiyyətindən SİA-ya verilən məlumata görə, məktubda Pasxa bayramının sülh, ümid və yenilənmə kimi bəşəri dəyərləri təcəssüm etdirdiyi vurğulanıb, Avstriya xalqına sağlamlıq, rifah və qarşılıqlı hörmətə əsaslanan bayram arzulanıb. Avstriyada yaşayan azərbaycanlılar adından dövlət başçısına həmrəyliyin və dostluğun ifadə olunduğu mesaj çatdırılıb, mədəniyyətlərarası dialoq və dinc birgəyaşayışın əhəmiyyəti xüsusi qeyd edilib. Avstriya Prezidenti Alexander van der Bellen təbrikə böyük hörmətlə cavab verib. Prezidentin Administrasiyası tərəfindən göndərilən rəsmi məktubda Azərbaycan…
Daha çoxNYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb
Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb. SİA xəbər verir ki, iyunda çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 0,3% artaraq 3,332 ABŞ dolları təşkil edib.
Daha çoxSarıcalı və Ballıcaya növbəti köç karvanları yola salınıb
Prezident İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi planlı şəkildə davam etdirilir. SİA xəbər verir ki, bu çərçivədə Ağdam rayonunun Sarıcalı və Xocalı rayonunun Ballıca kəndlərinə növbəti köç karvanları yola salınıb. Ağdam rayonunun yenidən qurulan Sarıcalı kəndinə bu mərhələdə 39 ailə – 169 nəfər, Xocalı rayonunun Ballıca kəndinə isə 15 ailə – 68 nəfər köçürülüb. Köçürülən ailələr ölkənin müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlərdir. Doğma yurda qayıdan sakinlər onlara göstərilən hərtərəfli dövlət qayğısına görə Prezident İlham Əliyevə və Birinci…
Daha çoxABŞ husilərə kömək edənlərə sanksiya tətbiq etdi
ABŞ Yəmənin “Ənsar Allah” hərəkatının husi üsyançılarına dəstək verən şirkət və gəmilərə qarşı sanksiyalar tətbiq edib. SİA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb. Məhdudiyyətlər Mavrikidə qeydiyyatdan keçmiş “Bagsak Shipping”, eləcə də Livanda qeydiyyatdan keçmiş “Great Success Shipping” və “Zaas Shipping & Trading” şirkətlərinə qarşı tətbiq edilib. Sanksiya siyahısına həmçinin Panama və San Marino bayraqları altında üzən tankerlər də daxil edilib.
Daha çoxBakının yağışlı yollarında tıxac müşahidə edilir
Bakının bir çox yollarında tıxac müşahidə edilir. SİA xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 2. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində; 3. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində; 4. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində; 5. Niyazi küçəsi, “Azneft” dairəsi istiqamətində; 6. “20 Yanvar” dairəsində; 7. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 8. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro…
Daha çoxKanadada parlament seçkilərində Mark Karninin partiyası qalib gəlib
Kanadanın Baş naziri Mark Karninin rəhbərlik etdiyi Liberal Partiyası parlament seçkilərində qalib gəlib. SİA-nın məlumatına görə, ölkənin ictimai yayım şirkəti olan Kanada Yayım Korporasiyası Liberal Partiyasının parlamentdə 343 yerdən əksəriyyətini qazanaraq Mühafizəkar Partiyasını üstələdiyini elan edib. Castin Trüdonun istefasından sonra Baş nazir olan Mark Karni daha 4 il müddətində bu vəzifəni icra edəcək. Yekun nəticələr tam elan olunmayıb. Ona görə də hakim partiyanın qanunverici orqanda qanunları koalisiyasız qəbul edə bilməsi üçün mütləq çoxluğa malik olub-olmayacağı hələlik məlum deyil.
Daha çox2025-ci ildə Britaniyaya kiçik qayıqlarla keçənlərin sayı rekord həddə çatıb
Aprelin 28-ə olan məlumata əsasən, 2025-ci ildə kiçik qayıqlarla Britaniyaya keçənlərin sayı 10 min nəfəri keçib. SİA “Sky News”a istinadla xəbər verir ki, son üç ildə bu göstərici yalnız iyun ayının ortalarında qeydə alınırdı. Nəşr qeyd edir ki, Britaniyaya kiçik qayıqlarla keçənlər barədə məlumatlar 2018-ci ildən etibarən toplanmağa başlayıb. Həmin ildən La-Manş boğazı ilə kiçik qayıqlarla keçidlər Böyük Britaniyaya qeyri-qanuni girişin əsas marşrutlarından birinə çevrilib. Məsələ Böyük Britaniyada siyasi partiyalar üçün əsas müzakirə mövzusuna çevrilib. Baş nazir Rişi Sunakın “Qayıqları dayandır” (“Stop The Boats”) şüarı ilə verdiyi vəd gözlənilən nəticəni…
Daha çoxUkrayna tərəfi Vladimir Putinin atəşkəs qərarına reaksiya verib
Ukrayna uzunmüddətli, etibarlı və tam atəşkəsi dəstəkləməyə hazırdır və Rusiyanı da təkcə parad günləri deyil, dərhal və 30 gün müddətinə atəşkəs elan etməyə çağırır. SİA xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Andrey Sibiqa özünün X sosial şəbəkə hesabında yazıb. “Rusiya həqiqətən sülh istəyirsə, atəşi dərhal dayandırmalıdır. Niyə mayın 8-ni gözləyək? Əgər istənilən tarixdə və 30 gün müddətinə atəşi dayandırmaq mümkündürsə, niyə bunu ancaq parad üçün edək? Ukrayna davamlı, etibarlı və tam atəşkəsi dəstəkləyir. Biz daim bunu təklif edirik, lakin ən azı 30 gün müddətinə”, – deyə XİN rəhbəri…
Daha çoxİcazəsiz Həccə gedənlər cəzalanacaq
İcazəsiz Həccə gedənlər cəzalanacaq
Daha çox