Gizli texnologiyalar nüvə sınaqlarını təbii fəlakətlər adı altında gizlətməyə imkan verir …Los Alamos Milli Laboratoriyasının seysmoloqları gözlənilməz kəşf ediblər: belə çıxır ki, sınaqlar üçün uyğun vaxt və yer seçilərsə, nüvə partlayışlarını zəlzələ kimi uğurla ötürmək olar. Bu nəticə 2012-ci il hesabatında bu cür maskalanmanın qeyri-mümkün olduğuna dair iddialarla ziddiyyət təşkil edir. SİA-nın məlumatına görə, tədqiqat aşağıdakı kimi aparıldı: mütəxəssislər Nevada poliqonundan məlumat götürdülər və həqiqi nüvə partlayışını simulyasiya edən siqnalın amplitudasını artırdılar. Sonra əldə edilən məlumatlar müasir seysmik sensorları aldatmaq üçün real zəlzələlərin oxunuşları ilə…
Daha çoxDay: April 30, 2025
Dünyanın ən asan köçə biləcəyiniz ölkələri…
…Dünyanın hər yerindən əcnəbiləri birləşdirən “InterNations” internet saytı 2024-cü ildə əcnəbilərin məskunlaşmaq və dostluq etmək üçün hansı ölkələrin daha asan olduğunu öyrənməklə bağlı sorğu keçirib. SİA-nın məlumatına görə, araşdırma dörd sahədə aparılıb: köçürmə asanlığı, mədəniyyət və qonaqpərvərlik, yerli əhalinin mehribanlığı və dostluq… …Respondentlər Latın Amerikası, Cənub-Şərqi Asiya və İslam dünyasını ən qonaqpərvər ölkələr kimi tanıyıblar. Deməli, İndoneziya yuxarıda göstərilən dörd sahədə üzrə dördüncü, yerli əhalinin dostluğu üzrə ikinci yeri tutub. Maraqlıdır ki, siyahıya Kosta Rika və Meksika başçılıq edir. Yerli qonaqpərvərlik reytinqində Oman 8-ci, Misir isə 10-cu yerdə qərarlaşıb. …Yenə…
Daha çoxGünəşdə güclü partlayışlar oldu
Aprelin 29-da Günəşdə üç güclü partlayış baş verib. SİA xəbər verir ki, bunu TASS-a Rusiya Elmlər Akademiyasının Tətbiqi Geofizika İnstitutundan deyiblər. Bildirilir ki, partlayışların gücü M sinfinə aid olub: “İlk partlayış Bakı vaxtı ilə saat 09 radələrində baş verib. Bundan əlavə, gün ərzində daha iki partlayış olub”. Qeyd edək ki, Günəşdə partlayışlar rentgen şüalanmasının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X.
Daha çoxCinayətkar ermənilərin məhkəməsi davam etdirilib…
Azərbaycan Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi aprelin 29-da davam etdirilib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub. Hakim Zeynal Ağayev dindirmədən əvvəl məhkəmə prosesində…
Daha çoxTrampdan unikal nəticə
Məşhur snooker oyunçusu Cadd Trump bir mövsüm ərzində 100 sençuri (bir cəhddə 100+ xal seriyası) seriyasə çüəyyənləşdirib. SİA xəbər verir ki, Tramp bu unikal nəticəyə görə “World Snooker Tour”dan 100 min funt-sterlinq bonus alacaq. Bu barədə WST-nin mətbuat xidməti məlumat yayıb. Tramp bu nəticəyə snooker üzrə dünya çempionatının 2-ci raundunda Şon Mörfi ilə görüş zamanı nail olub. 35 yaşlı idmançı karyerasında ikinci dəfə bir mövsümdə 100 sençuri edir. İngilis bu uğura ilk dəfə 2019/20 mövsümündə nail olub.
Daha çoxBabək rayonunun bir neçə kəndində müvəqqəti qaz olmayacaq
Naxçıvanın Babək rayonunun bir neçə kəndində müvəqqəti qaz olmayacaq. SİA xəbər verir ki, qazın verilməsində fasilənin yaranmasına səbəb 100 mm və 159 mm boruların korroziyaya uğramasıdır. Bildirilib ki, Babək rayon Qahab, Naxışnərgiz, Nəcəfalıdizə, Nəhəcir və Göynük kəndlərində 30.04.2025 tarixdə saat 09:00 dan müvəqqəti dayandırılacaq.Təmir işləri başa çatdıqdan sonra qaz təchizatı bərpa ediləcək.
Daha çoxBu gün XTQ-nin yaradılmasından 26 il ötür
Bu gün Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) yaradılmasından 26 il ötür. SİA xəbər verir ki, XTQ Müdafiə Nazirliyinin nəzdində 1999-cu ilin aprelin 30-da qurulub. Qüvvələrin formalaşmasında Birinci Qarabağ müharibəsi iştirakçısı olmuş zabit və gizirlər iştirak ediblər. Xüsusi Təyinatlı Qüvvələrin bölmələri 2016-cı ilin aprelində baş vermiş döyüşlərdə iştirak ediblər. Döyüşlər zamanı düşmənin çoxsaylı canlı qüvvəsi və hərbi texnikası məhv edilib. XTQ dünya müdafiə sənayesinin aparıcı şirkətlərinin istehsalı olan müasir silahlar, döyüş vasitələri və texnikalara malikdir. İkinci Qarabağ Müharibəsi zamanı da XTQ şəxsi heyəti xüsusi qəhrəmanlıq göstərib. Onu da qeyd edək ki,…
Daha çoxPolşaya 1,33 milyardlıq raket göndərilir
ABŞ Dövlət Departamenti Polşaya dəyəri 1,33 milyard dollar olan 400 “hava-hava” tipli AIM -120D raketinin çatdırılmasını təsdiqləyib. SİA xəbər verir ki, bu barədə Pentaqonun hökumətlərarası müqavilələrə əsasən hərbi texnika və silahların xaricə çatdırılmasına cavabdeh olan Təhlükəsizlik Əməkdaşlıq Agentliyi məlumat yayıb. Çatdırılmaya həmçinin raketlər üçün nəqliyyat konteynerləri, istiqamətləndirici sistem dəstləri, proqram təminatı, ehtiyat hissələri və digər avadanlıqlar daxil olacaq.
Daha çox“Azərbaycanla Çin münasibətlərində inkişaf sıçrayışı baş vermişdir”
“Azərbaycan Prezidentinin Çinə səfəri çərçivəsində Azərbaycanla Çin arasında gələcək əməkdaşlığı daha yüksək səviyyə qaldıracaq, şaxələndirəcək və müvafiq olaraq da, münasibətlərin inkişaf mərhələsini müəyyən edəcək çox sayda sənədlər imzalandı”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Mirbəşiroğlu deyib. Onun sözlərinə görə, ümumi qeyd etmək lazımdır ki, imzalanan sənədlər hər iki tərəf üçün olduqca əhəmiyyətli olmaqla, müxtəlif sahələri əhatə etdi: “Bu mənada xüsusi olaraq tarixi sənəd qismində Azərbaycanla Çin arasında hər tərəfli və qarşılıqlı strateji əlaqələrin qurulması haqqında birgə bəyanatı qeyd etmək lazımdır. Vurğulamaq lazımdır ki, ötən ildən bu günümüzə qədər Azərbaycanla Çin…
Daha çoxSənəd “çox tezliklə” imzalana bilər…
Media: Bu gün Ukrayna və ABŞ minerallar sazişini müzakirə edəcəklər… Ukrayna və ABŞ mineral ehtiyatlar üzrə sazişi bu gün, aprelin 29-da hökumət və texniki qrup səviyyəsində müzakirə edəcəklər, ona görə də tezliklə imzalana bilər. SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidentinin ofisindəki mənbəyə istinadən Suspilne məlumat yayıb. …Sənədin imzalanmasına gəlincə, bu, çox yaxında baş verə bilər, lakin hələ ki, konkret tarix yoxdur: “Xüsusən, texniki detallar hələ də həll edilməlidir, lakin ümumilikdə saziş demək olar ki, hazırdır”, – mənbə qeyd edib. Əli Babayev
Daha çox