Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti İnzibati Xətalar Məcəlləsində cərimələrlə bağlı edilən dəyişikliklər barədə vətəndaşlara müraciət edib. Dövlət Xidmətindən SİA-ya verilən xəbərə görə, müraciətdə deyilir: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə hərbi qanunvericilik sahəsində normativ hüquqi aktların təkmilləşdirilməsi, şəffaflığın təmin olunması və müddətli həqiqi hərbi xidmətə çağırışdan yayınma hallarının qarşısının alınması, habelə ölkənin çağırış və səfərbərlik resursunun dürüstləşdirilməsi istiqamətində aparılan islahatlar çərçivəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin “Hərbi uçot, hərbi qeydiyyat və səfərbərlik qaydaları əleyhinə olan inzibati xətalar” fəslində 2025-ci il 7 mart tarixli Azərbaycan Respublikası 152-VIIQD…
Daha çoxDay: April 30, 2025
Azərbaycanda avtomobil kreditləri bahalaşıb
Bu ilin I rübündə Azərbaycanda avtomobil kreditlərinin orta illik faiz dərəcəsi 12 % təşkil edib. SİA Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu 2024-cü ilin sonundakı göstəricidən 2 faiz bəndi yüksəkdir. Yanvar-mart aylarında məişət avadanlıqlarının alınması üçün verilən kreditlərin orta faizi dəyişməyərək 25 % qalıb, yaşayış sahələrinin təmiri üçün verilən kreditlərin orta faizi isə 16 % (dəyişməyib) təşkil edib. I rübdə kredit kartları vasitəsilə milli valyutada verilən istehlak kreditləri üzrə orta faiz dərəcəsi 2024-cü ilin sonundakı göstərici ilə müqayisədə 1 faiz bəndi azalaraq 25 %-ə düşüb. Digər istehlak kreditləri…
Daha çoxDMX rəisi vətəndaş qəbulu keçirib
Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov vətəndaş qəbulu keçirib. Bu barədə SİA-ya Dövlət Xidmətindən məlumat verilib. Bildirilib ki, qəbulda vətəndaşların müraciətləri dinlənilib və müvafiq qaydada qeydə alınıb. Dövlət Xidmətinin rəisi qaldırılan digər məsələlərin qanunvericiliyin tələblərinə uyğun olaraq qısa müddətdə həllinə dair tapşırıqlar verib. Qeyd edək ki, qəbul prosesində həmçinin dördüncü “Yüksəliş” müsabiqəsinin mentorluq proqramı çərçivəsində qalibi Şahlar Məmmədov da iştirak edib. Müsabiqə qalibinin xüsusi hazırlanmış proqram çərçivəsində silsilə tədbirlərə cəlb edilməsi nəzərdə tutulub.
Daha çoxHindistanda arılar hakimlərə hücum etdi
Hindistan Superkubokunda keçirilən oyun arı hücumuna görə təxirə salınıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Hindistan Superkubokunda “İnter Kaşi” və “Mumbai Siti” komandaları arasında keçirilən matçda top tribunanın yuxarı hissəsindəki arı pətəyinə dəydikdən sonra xaosa çevrilib. Arıların hakimlərə və azarkeşlərə hücumundan sonra matç 15 dəqiqə dayandırılmalı olub.
Daha çoxİlham Əliyev İsrail Prezidenti İsxak Hersoqu təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev İsrail Prezidenti İsxak Hersoqa təbrik məktubu göndərib. SİA-nın məlumatına görə, məktubda deyilir: “Hörmətli cənab Prezident, İsrail Dövlətinin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram. Azərbaycan ilə İsrail arasında mövcud olan dostluq əlaqələrinin və əməkdaşlığın yüksək səviyyəsi xalqlarımızın tarixi bağlılığının, bir-birinə bəslədiyi hörmətin və rəğbətin bariz ifadəsidir. Qarşılıqlı etimad və dəstək kimi möhkəm təməllər üzərində qurulmuş Azərbaycan-İsrail dövlətlərarası münasibətlərinin dinamik və hərtərəfli inkişaf etməsi məmnunluq doğurur. Azərbaycan yaxın dostu…
Daha çoxÖldükdən sonra hansı hadisələr baş verə bilir?
Ölüm insan həyatının ən sirli və qaçınılmaz hadisələrindən biridir. Tarix boyu insanlar bu mövzu ətrafında müxtəlif fikirlər formalaşdırmış, suallar vermiş və cavablar axtarmışlar. Ən çox verilən suallardan biri isə budur: insanlar ölümdən qorxurlarmı? Əslində insanların çoxu bir şəkildə ölümdən qorxur. Bu qorxu fərqli formalarda ortaya çıxır. Bəzi insanlar üçün ölüm, sevdiklərindən ayrılmaq deməkdir. Bəziləri üçün isə həyata bağlı planların, arzuların yarımçıq qalması narahatlıq doğurur. Ən dərin qorxulardan biri isə ölümün tam bir yoxluq olduğu düşüncəsidir. İslam dünya görüşünə görə, ölüm insan üçün bir son deyil, yeni bir aləmin – bərzəx…
Daha çox“AzərEnerji” ölkənin ən böyük yarımstansiyasını inşa edir
“AzərEnerji” ASC 500/330 kilovoltluq yeni “Nəvai” yarımstansiyasını inşa edir və ordan ölkənin müxtəlif istiqamətlərinə yüksəkgərginlikli ötürmə xətləri çəkilir. Bu barədə SİA-ya səhmdar cəmiyyətindən bildirilib. Məlumata görə, Azərbaycanda tikilən 2 qeqavat bərpa olunan enerji mənbələrinin enerjisistemə inteqrasiyasını dayanıqlı və təhlükəsiz şəkildə həyata keçirmək, əsas qovşaq yarımstansiyası funksiyasını daşımaq üçün respublikanın ən böyük yarımstansiyalarından biri tikilir. Yeni tikilən yarımstansiya və yeni çəkilən 500 və 330 kilovoltluq yüksəkgərginlikli xətlər ötürücü sistemdə yeni mərhələnin başlamasıdır. Bu layihə əslində iki mərhələdən ibarətdir. Birinci mərhələdə “AzərEnerji”nin daxili imkanları və bir hissəsi dövlət büdcəsi hesabına ayrılan vəsaitlə,…
Daha çoxAzərbaycan – Çin – İran münasibətlərində yeni mərhələ
Milli Məclisin deputatı Sevinc Fətəliyevanın SİA-ya müsahibəsini təqdim edirik: – Azərbaycan-Çin münasibətləri bizə nə verir, regiona nələr vəd edir? – Prezident İlham Əliyevin Çinə səfəri, həqiqətən də tarixi hadisə oldu. Ona görə ki, bu, iki ölkə arasında əməkdaşlıqda yeni mərhələnin qədəm qoymasına səbəb oldu. Dünyada güc balansının dəyişməsi fonunda Çinin rolu getdikcə artır. Əsrlərlə Çin dünyanın aparıcı qüvvəsi kimi fəaliyyət göstərən bir dövlətdir. Lakin bu gün də həm iqtisadi məsələlərdə, həm də siyasi məsələlərdə Çinin çəkisi kifayət qədər çoxdur. Dünyada bir neçə böyük güc varsa, Çin onların arasındadır. Çinin Azərbaycana…
Daha çoxDünya fond bazarlarının əsas indeks göstəriciləri
Aprelin 29-da Amerika fond bazarlarında Dow Jones indeksi 0,75% – 40,527.62 bəndədək, S&P 500 indeksi 0,58% – 5,560.83 bəndədək, Nasdaq indeksi isə 0.55% – 17,461.32 bəndədək artıb. SİA-nın məlumatına görə, Avropa fond bazarlarında aprelin 29-da FTSE 100 indeksi 0,55% – 8,463.46 bəndədək, Almaniyanın DAX indeksi 0,69% – 22,425.83 bəndədək artıb, Fransanın CAC-40 indeksi isə 0,24% – 7,555.87bəndədək azalıb. Dünya bazarlarında avronun dollara qarşı məzənnəsi 0.09% azalaraq 1.1377 dollar təşkil edib.
Daha çoxAzərbaycan Qazaxstanla yeni Konvensiya layihəsi üzrə danışıqlara başlayıb
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə Qazaxstanın Milli Gəlirlər Komitəsi gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında yeni Konvensiya layihəsi üzrə danışıqlara başlayıb. SİA bu barədə Dövlət Vergi Xidmətinə istinadən xəbər verir. Məlumata görə, görüşdə qurumun Beynəlxalq vergitutma və vergi monitorinqi baş idarəsinin rəisi Orxan Musayev, Qazaxıstanın Maliyyə Nazirliyinin Vergi və Gömrük qanunvericiliyi departamentinin direktor müavini Ablayxan Bağıbəyov və Dövlət Gəlirləri Komitəsinin Qeyri-rezidentlərin vergiyə cəlb olunması idarəsinin rəis müavini Kımbat İbraeva iştirak edirlər.
Daha çox